Hər gün insan içinə çıxmağımın səbəbkarı əziz universitetimdən canımın qurtulmağına çox az qalıb. Tapşırıqlar, "deadline" lar, müəllimlərin keflərinə ayaq uydurmaq, qrup yoldaşlarının əksər hallarda səy –səy mövzulu söhbətlərinə daxil olmaq məcburiyyəti artıq bitirdi. Amma bunun üçün ilk öncə universitetin ödənişli təcrübə yeri tapmaq tələbini yerinə yetirməli idim. Ödənişsiz, könüllü, hambal axtaran təcrübə yerləri çox idi. Lakin ödənişli yer tapmaq çox çətin idi. Və mənim bu mövzuda nə edəcəyimi bilmirdim . Valideynlərim sağ olsun mənim üçün tanışlıqla bir yer tapmışdılar. Özəl müəssisələrdən biri idi. Bu gündə həmin yerdə ilk günümdür. Amma sevincim burnumdan gəldi, iş yerində dress- kod varmış, klassik qara şalva və ya ətək , ağ köynək geyinməli idim. Niyə də ala . Niyə? Məndə belə qərara gəldim ki, hələlik öz istədiyim formada geyinim, nəsə desələr bir partiya onlarla dirəşib istədiyim kimi geyinməyə razı salım. Əgər bunlar alınmasa söz verirəm məktəbli kimi geyinəcəm .
- Salam. Mən Mehinci Xəlilova. Sənəm xanımla görüşüm var idi.
- Mehinci xanım adınız burada qeyd olunub, lakin Sənəm xanım təcili olaraq iclasa getməli oldu. Zəhmət olmasa şəxsiyyət vəsiqənizi burada qoyub, bu kartı götürün və 6 -cı mərtəbəyə qalxın. Sənəm xanımı orada gözləyə bilərsiniz.
- Anladım. Təşəkkür edirəm.
Qəbul edirəm heç də yaxşı qarşılama olmadı. Mən artıq beynimdə sinsi planlar qururam. Bəlkədə bu Sənəmçə məktəb vaxtı dədəmlə sevgili olub, sonra ayrılıblar. İndidə məndən heyf çıxır. Yaxşı qəbul edirəm səylədim bir az. Buranında maşallahı var. Oha 20 mərtəbə ? Liftlə 6 cı mərtəbəyə qalxarkən gördüyüm 20 rəqəmi ağzımı açıq qoydu. Qıraqdan da hündür mərtəbəli olduğu əlbəttdə görsənirdi, lakin 20 rəqəmini gördükdə şok keçirdim. İnsallah ora çıxmalı olmaram. Liftdən endikdə hara gedəcəyimi bilmədim, lakin bu böyük bir problem deyildi. Bir saat vaxtım var, hələlik dəhlizdəki kreslolardan birinə yayılıb gözləyəcəm, sonra isə Sənəm xanımın otağını axtararam.
Artıq Sənəm xanımı gözləməyimin üzərindən iki saat keçir. Səhər yeməyimin verdiyi toxluq hissi yavaş-yavaş yerini qarın qurultularına verirdi. Çox gözəl. İndi Sənəmçə ilə danışanda deyərəm ki, mən susum qarnım danışsın. Hə bu arada. Sənəm xanımın otağının qarşısında düz bir saatdı gözləyirəm, özüdə ayaqüstə. Gül kimi kreslom var idi. Hamsı katibənin günahıdır. Bayaqdan dolayıb məni deyir ki, indi gələr, bu dəqiqə gəlir.
- Sənəm xanım sizi gözləyir.
- Təşəkkür edirəm.( Hələ şükür.)
- Mehinci xoş gəldin, bağışla səni gözlətdiyim üçün. İstəmədən oldu qızım.
- Narahat olmayın, analyıram sizi, çox məşğulsunuz. ( İç səs : "Pahho necə də anlayışlı qızdır, bayaqdan nəsil-kök demiyib söyən elə bil bu deyildi." .Yum ağzını. Nədir heç vaxt ikiüzlü adam görməmisən?)
- Səni çox ləngitməyəcəm, atanın yanında onsuz səni gözlətdiyim üçün xəcalətliyəm. Səni şirkətin ən böyük departamentinə göndərəcəm, Səbinə xanım məşğul oacaq səninlə ikinci baş menecerdir. Sən burdan qalx 11-ci mərtəbəyə, liftlə üzbəüzdür elə o department. İndi mən Səbinə xanımada zəng edəcəm səni orada qarşılaycaq. Sənə uğurlar nə problemin olsa yaxınlaşa bilərsən. Çəkinmə.
-Çox sağ olun Sənəm xanım minnətdaram.
Allah axrımı xeyr eləsin qalxa-qalxa gedirəm, Allah 20 ci mərtəbədən saxlasın.
- Salam , bağışlayın mənə Səbinə xanım lazım idi.
- Səbinə xanım mənəm . Mehinci?
YOU ARE READING
Sizi sevmək mənim şəxsi işimdir
Romance-Mən çox üzr istəyirəm olanlar üçün , çox utancvericidir. Belə bir şeyi necə ağlına gətirib bilmirəm. Sən və mən. Heç olacaq işdir? Bilirəm sən də təəccüb keçirirsən. Bilmirəm sənə nə deyib , amma tamamilə yanlış anlaşılmadı. Üzr istəyirəm. ...