Artıq təcrübə həftəm başlamışdı. Bu gün ilk həftəmin son günüdür. Açığı iş həyatı təsvvür etdiyim kimi istismar edici bir yer deyilmiş,üstəlik də darıxdırıcı, insanın özünü aşındıran iyrənc bir bataqlıqmış . Yaxşı iyrənc sözü bir az artıq oldu bəlkədə ,amma çox boğazdan yuxarı iş dostluqları,münasibətlərinə rast gəldim və bu nə az,nə çox bir həftə ərzində baş verdi. Elə məhz bu səbəbdən ömrünün axırına qədər oxumaq daha məntiqli gəlir. Ömrünü axırına qədər oxumaq deyəndə səhv anlamayın magistr,doktorantura nəzərdə tutmuram. Kəsilib universiteti bitirməməyi nəzərdə tuturam. Magistr,doktorantura dedim yenə o Phd-li zəhləmgetmiş gəldi gözümün qabağına. Alim Ağalarov. Həyatım boyu onun qədər eqolu,kobud birini görməmişəm. Nə qədər eləsə də,nəzakətli rolunu yaxşı oynaya bilmr. İçüzü özünü göstərir. Əlində ələc olsa o bilmiş ədasıyla hamını(başdada mən olmaqla) ayağının altına qoyub əzər, daima əsəbi,nədənsə narazıdır. Hamının bunun babasına borcu var elə bil. Bir gün duxumu yığıb çıxacam qabağlna ,deyəcəm a gədə havan kimədir sənin? Menecersəne sən. Şirkət dədədnin deyil bir az sadə ol. Zibil yenə ona baxıb yarım saatdır içimdə deyinirəm,o da mənə baxır. Özüdə qəribə baxır, birinci günkü kimi qəzəbli yox. Elə bil hiss eliyir fikirləşdiklərimi. Ondan zəhləm getdiyini bilməsində heç bir problem yoxdur. Amma digər hisllərimi .Olmaz.Bilməməlidir...
Nə isə gəlin birinci gündən danışım sizə. Keyfiyyətli adamın sözü bir olar deyib, öz istədiyim kimi geyinib getdim.Əlbətdə ki,çox ağını çıxarmadan. Ağ sweatshirt, qara klassikə bənzər qara şalvar və converse. Rahatlıq.Xöşbaxtlıx. Açığı bu rahatlıq binaya daxil olanda özünü diskomfort hissinə çevirdi. Ona görə indi adi ballerina ayaqqabisi və pencək , köynək geyinirəm. Çünki içərdə hamı lazım olan kimi geyinmişdi və mənə qəribə baxırdılar. Alimçə isə vurdu qol oldu. Məni otağına çağırdı , Səbinə xanımı da ki,məni qandırsın . Məndə heç nə demədim. Sonra hamının mənə qəribə baxışlarına daha artıq dözə bilməyəcəyimi dərk edib, səhər belə geyinməyəcəyimə söz verdim,amma bir əmma var idi. İndi bu Alim elə biləcək mən "zadniyə"atmışam. Denən səni nə işinə qalıb ? Biləcək,biləcək də. Amma yox danlaq dozum əskik qalıbmış ki, girib otağına izahat verdim.
Alim: Gəl.
Mehinci: Mən sizə bir şey demək istəyirəm.
Alim: Buyur (Normal buyur deyildi bu, buyurun ikinci həfindən sonrası sual tərzində,lağca deyilirdi. Yəni sənin mənlə nə işin xanım coverse?)
Mehinci: Mən sabahdan dress-koda əməl edəcəm.
Alim: Lap yaxşı. Olmalı olan bu idi.
Mehinci: Amma siz danladınız deyə yox. Özünüz də, gördüyünüz kimi mənim rahat stilim var. Yəni dress-koda əməl etməməyimin səbəbi burani podyu hesab etməyim deyil. Sadəcə bu gün gördüm ki, mənə qəribə baxıllar, bur rahatlıq bura uyğun deyil. Ona görə bacardığım ki,dress-koda əməl edəcəm.
Alim: Bəli,amma bunun mənə nə dəxli var. Mənə nəticə maraqlıdır. Həqiqətən bu izahata ehtiyac yox idi. Başa düşdum sizi məndən qorxmursuz, öz qərarınızdır bu. Amma doğurdan ehtiyac yox idi.
Mehinci: Mən demək istədim yenə də.
Alim: Mehinci xanım hər demək istədiyinizi gəlib mənə deməyin xahiş edirəm. Mən hər istədiyinizi deyəcəyiniz insan deyiləm,ölçün-biçin.
Bəli tamda belə cavab vermişdi mənə. Deyirəm də,sizə PHD-li heyvərədir.
Amma bir əmması var yenə. Mən ona qarşı çox sevgifason şeylər hiss edirəm.. İnsallah o skan edirmiş kimi baxan yaşıl gözləri bunu görməz....
ESTÁS LEYENDO
Sizi sevmək mənim şəxsi işimdir
Romance-Mən çox üzr istəyirəm olanlar üçün , çox utancvericidir. Belə bir şeyi necə ağlına gətirib bilmirəm. Sən və mən. Heç olacaq işdir? Bilirəm sən də təəccüb keçirirsən. Bilmirəm sənə nə deyib , amma tamamilə yanlış anlaşılmadı. Üzr istəyirəm. ...