1.🔱Aygün Novruzova

879 70 60
                                    

1. Aygün, neçə yaşın var?

-20 yaşım var.

2. Təhsilini davam edirsən?

-Kollec bitirmişəm, komputer operatoruyam və işləmirəm.


3. Yazmağa necə başladın?

-Sadəcə içimdən gəldi deyə bilərəm.Yəni yazmaq üçün bir səbəb lazım deyil


4. Alkonost nə deməkdir?Niyə məhz belə bir kitab?

-Alkonost başı çox gözəl bir qadın olub,bədəni möhtəşəm bir quş bədəni olan bir varlıqdır və onun çox möhtəşəm səsi var.Çünki kitabın təməli möhtəşəm bir qadından asılıdır.


5. Kitabını yazarkən necə motivasiya edirsən özünü? Yoxsa ağlına səir deyirsən durum yazım?

-Mən yazarkən bir həftə günü, bir ayın filan günü deyə ayıra bilmirəm.Özümü sadəcə yazdıqlarıma, düşündüklərimə verirəm. Beləcə də, motivasiya olmuş oluram.


6. Kitabdakı qəhrəmanları kimdənsə ilhamlanıbsan?Yoxsa hər biri öz zehnindəki obrazlardır?

-Qətiyyən heç bir kitabdan, yazardan, filmdən ilhamlanmamışam.Əlbəttə xarakter olaraq kimlərsə kiməsə oxşada bilər, amma mən onları öz beynimdəm doğmuşam.Bilənlər bunu çox gözəl anlayırlar.


7.Hər bir yazar kitabını rəfdə görmək istər.Bəs sən kitabını rəfdə görmək istəyərsən?Yoxsa sənin etdiyin sadəcə sevimli məşğuliyyətdir?

-Əlbəttə, hər bir yazar üçün kitabını yazıb əlinə almaq möhtəşəm bir hissdir. Mən də çox istəyərəm ki, oxucularımın çoxluğu sayəsimdə kitabım ön planda olsun və onu rəflərdə görüm.


8. Yazar olduğun qədər həm də oxucusan. Kitablarda nəyi bəyənib, nəyi bəyənmirsən?

-Bir oxucu olaraq, kitablarda dialoq və ya mövzu təkrarı çox olur. Bəyəndiyim isə çox vaxt kitablardakı obrazlardır.


9. Aygün duyğusal biridir?

-Yox, mən duyğusal deyiləm...


10. Hədəflərin nələrdir? Hər kəsin həyatında bir amalı vardır, bəs sənin?

-Hədəfim sadəcə kitabımın 1M baxış sayı almasıdır.


11. Çox sevdiyin bir yazar və kitab var?

-Sözün açığı burada türklərin kitablarını gördüyümdən, onları oxumuşam. Lakin bizdə Bəhlul var burada. Onun kitabları hər zaman gözəl olur. Türklərin isə Binnur Şafak Nigiz'in KEHF və REYC kitabları möhtəşəmdir.


12. Kəlmələr sənin üçün nə ifadə edir?

-Kəlmələr mənə görə həyatdakı ən qiymətli şeydir. Onda görə də, harada və necə kəlmələr israf etdiyimizə fikir verməliyik...


13. Özünü necə motivasiya edirsən?

-Bir çox şeylə; məsələn, kitab oxumaq özü brlə insanı yazmağa motive edir...


14. Ağlından çıxara bilmədiyin bir kitab səhnəsi var?

-Əslində çoxdur, sıralamaq olmaz. Ona görə də, hamısı yadımda qalmır.


15. Bir kitabla yetinəcəksən, ya ağlında başqa kitab proyekti var?

-Artıq yeni bir kitaba başlamışam.


16. Oxucu kütlənə nə çatdırmaq istəyirsən kitablarınla?

-Əslində, tam olaraq oxucularıma əyləncə və maraq qatmaq istəyirəm, bəzən bir az da həyat bacarığı.


17. Müsabiqəmiz yekunlaşdı.Mənə verəcəyin bir sual varsa, buyur.

-Sual yox amma sənə bol uğur arzu edirəm həyatda.

***

Aygun_novruzova
Aygünlə müsahibəmiz çox uzun çəkdi nə az nə çox tam tamına 21 gün çəkdi oktyabrın 10 dan başlamışıq Qaynanasına çoxlu sevgilərimi çatdırdım bu müddətdə😁
Ama olsun kiçik Qalaktikalımızın Ana namizədi deyə keçirəm 😄😘

Bir daha təşəkkürlər ...

Gülümsəyin sizi yazıram ")Hikayelerin yaşadığı yer. Şimdi keşfedin