25.🔱Mehriban Kərimova

95 12 8
                                    

1.Salam zəhmət olmasa özünüzü tanıdın

- Salam xoş gördük!Mən Mehriban.

2.Wattpadda nə zamandır varsız və tanışlığınız necə başladı?

- 2015 ci ilin yayından wattpad cəmiyyətinin bir parçasıyam.Ən çox aktiv olduğum zaman kəsiyi 2016 -2017 ci illəri əhatə edir.Burda olmaq mənə xoşdur,wattpad-ı hekayə yazıb onu müəyyən kütləyə çatdırmaq şansım olduğunu öyrəndiyim gündən bəri sevirəm.O vaxtacan dəftərlərə yazıb tanışlarıma şəxsən oxutdururdum bütün yazılarımı.

3.Kitab yazmağa sizi wattpad-mı həvəsləndirdi ya daha öncədən yazırdınız ?

- Mənə elə gəlir çoxluq elə ibtidai sinifdən şeir-nağıl yazaraq başlayıb.Mən də istisna deyiləm.Anam çox sağ olsun ki,məndə nağıllara sevgi oyadıb,bunun nəticəsində yaxşı hekayə dinləməyi və danışmağı sevirəm.Eyni zamanda fotoqrafiya ilə də məşğul oluram.Mənim üçün incəsənət insanlara müəyyən ruh halını çatdırmaq üçün vasitədir.

4.Yeni yazarların yazdıqlarına diqqət edirsiz?

- Wattpad-da gəzinirəm vaxtaşırı,bəzi yerli müəlliflərin işlərini izləyirəm.Bunlardan toplasan 5-10 nəfər olar.Qalan müəllifləri izləmirəm,lakin yaradıcılılarında uğur diləyirəm,əlbəttdə.Deyəcək sözlərinin olması çox xoşdur.

5.Sizin üçün kitab yazmaq nə ifadə edir?

- Bir şeylər yazmaq,çəkmək,yaratmaq həmişə ruhi aləmlə bağlıdır.İstər özünü ifadə etmək,istərsə də ünsiyyət qurmaq üçün alət olaraq yazılar bir şeyləri çatdırmaq  şansıdır.İnsanlarla ünsiyyətdə olmağı sevirəm.Mənə elə gəlir ki,hekayələrim öz hisslərimi onlara ötürəcək özəl bir atmosfer yaratmağa xidmət edir.Eynilə başqalarını da yazılarını oxuyanda nə qədər səmimi olduqlarına diqqət edirəm.Öz daxili aləmini analiz edən insan, onu mənasız yerə romantikləşdirəndən daha maraqlı və səmimi gəlir mənə.

6.Wattpadd sizin aktiv olduğunuz 2015-2016 cı illərdə  necə idi ?

- Mən aktiv olanda wattpad da aktiv kimi görünürdü.İndi mən aktiv deyiləm deyə buranıda yatmış kimi ,hesab edirəm.Amma görürəm ki,diqqətə layiq işlər var.Ümid edirəm,daha çox yaradıcı insan burda toplaşar.

7.Sevib mütailə etdiyiniz  yazarlar var?

(Əksər yazarlar niyə isə bu sualı yalnış anlayır,onun üçün burdaca izah edəcəyəm.Hər kəsin daimi oxucusu olduğu bir yazar vardır ki,hər kitabını oxuyar .Sizin üçün elə yazıçılar varmı?)

- Goethe,Herman Hesse,Wirginia Woolf,Simone de Beauvoir,o müəlliflərdir ki, kitablarımı oxuduqdan sonra yaradıcılıq və həyatları ilə də tanış olub sevimlim hesab etmişəm və daimi oxucularıyam.

8.Daha çox hansı janrları oxuyursunuz və yazırsınız?

- Elmi- fantastika,epistolyar roman,psixologiya ilə bağlı non-fiction kitabları sevirəm.Novellalar və distopik romanlar yazmağa çalışıram.Eyni zamanda səhnə üçün pyes yazmaq cəhdlərimdə olub,lakin bu həvəsim orta məktəbdə səhnələşdirməyə çalışdığım çıxış ilə də bitdi.

9.Kitablarınızda real həyatdan kölgələr varmı ?ya sadəcə hər biri zehninizin emalıdır?

- Hekayələrimdə olan hadisələrə və qəhrəmanların  daxili aləmlərinə,onların reallıqlarına hər kəsdən öncə mən inanıram Sanki hardasa artıq var olan bir hekayəni kiməsə təkrar danışıram,bu nöqtədə ən dərin detalları bilən üçüncü şəxs kimi sən özünü müşahidəçi,hətta tanrı kimi hiss edirsən.Birdə belə bir fakt:yazılarım bir ruh halını yansıtsın deyə yazarkən ağlımda olanları səsləndirib bir ton verirəm.Hal hazırda mən illərini incəsənətə adamış orta yaşlı utancaq xanım obrazının səsi ilə yazıram

10.Musiqi ,film ,kitab sizin üçün hüzur vəəd edirmi əlbəttdə öz seçənəklərinizdə əlavə edə bilərsiz.Sərgi ,konsert bir sıra aktivitələr bunlar sizdə necə təəssürat yaradır ?

- İnsan axtardığı materialistik olmayan hər şeyi özündə tapa bilər.Gurultulu səslənsə də,stoicism fəlsəfəsi bunu təsdiqləyir.

11.Yazdığınız hansı kitabda ki ,obrazda öz xaraktrinizdən nüanslar qatmısız?

- Heç biri.Qəhrəmanlarım öz daxili aləmlərinə sahib individuallardır,fantaziyam buna imkan yaradır

12.Yazarların  öz daxilində ki insanı sətirlərdə kəşf etdiyi doğrudurmu ?

- İçimizdəkini ətrafda axtardığımız üçün  kitablar yaxşı güzgü ola bilirlər.

13.Wattpadda sevmədiyiniz nədir ?

- Bəzən çox ciddiyə alınmağını.

14.Yazarlar kitablarında daha çox hansı səhvlərə yol verirlər ?

-Tənqid qismi məni maraqlandırmır .

15.Ən son oxudğunuz kitabdan bir cümlə istəyirəm ")

-Hal -Hazırda Daniel Keyes in The Minds of Billy Miligan kitabını oxuyuram.Amma paylaşacağım cümlə Nitsşedən olacaq: "Niyə yaşamağı bilirsənsə,istənilən necəyə dözmək olar".
Bununla həyatın məna kəsb etməsinin  yaxşı və ya pis yaşamaqdan daha vacib olduğunu vurğulayır.

16.Oxuculara nə demək istərdiniz ?

- Həyatdan zövq alsınlar və özlərinə yaxşı baxsınlar.

17.Müsahibəmiz yekunlaşdı.Mənə sualınız varsa buyrun ")

- Sizin cəhdinizi təqdir etdiyimi demək istəyirəm.


Mehriban xanıma uğurlar diləyirəm və təşəkkür edirəm bu xoş müsahibə üçün")
Şura

Gülümsəyin sizi yazıram ")Hikayelerin yaşadığı yer. Şimdi keşfedin