1. Özünüzü tanıda bilərsiniz? Yaşınız, təhsiliniz, kimsiniz?
-Öncəliklə hər kəsə salam. Adım Zülfiyyədir, amma qısa olaraq hamı Zuzu kimi tanıyır. 21 yaşım var, Dillər universitetində ingilis dili müəlliməliyi oxuyuram. Bu il Allahın izni ilə son ilimdir. Bitirdikdən sonra müəllimə olub bu peşəni layiqincə yerinə yetirmək ən böyük arzumdu. Birilərinə bir şey öyrədə bilsəm, nə xoş mənə.
2. Kitablarınızı yazdığınız janr fərqlidir, ya hər biri eynidir? Eyni üslubda yazır və eyni janrda yazılan kitablara mütaliə edirsiniz?
-Xeyr, fərqlidir. Bacardığım qədər fərqlilik yaratmaq istəyirəm. Və oxuduğum kitablar da fərqli janrlarda olur. Mənim üçün əsas olan kitabın janrı deyil, əsas odur ki, oxuduğum zaman kitabı hiss edə biləm. Mən kitabı oxumuram, onu yaşayıram. Oxuduğum kitablardakı hekayələr mənə dost our. Öz yazdığım hekayələrimdəki qəhərmanlar hamısı mənə əzizdir. Həyatda o qədər çox dostum yoxdur. Bəlkə də, buna görə hər dəfə qəmgin və ya xoşbəxt olan zamanlarımda bölüm yazaraq xarakterlərimlə dərdləşirmişəm kimi hiss edirəm.
3. Ən çox sevdiyin yazar və kitab hansıdır?
-Oxuduğum kitablar arasında Dostoyevskinin "Cinayət və cəza" kitabı məndə böyük maraq yaradıb. Vicdanın insanın içindəki pisliklərə qalib gəlməsinin ən yaxşı göstəricisi məhz bu kitabda baş qəhərmanın təzahüründə özünü göstərir. Gənclərə oxumağı tövsiyyə edirəm. Əgər söhbət wattpad'dan gedirsə, İmran Tohumcu "Ateş ve Su" hekayəsini məsləhət görərdim. Sonu istədiyim qədər uğurlu bitməsə də, ilk iki kitab məndə böyük təsir yaratmışdı. Digər kitablar da, əlbəttə ki, çoxunun adını qeyd edə bilərəm.
4. Yaratdığln obrazlar öz xəyalın yaratdığım obrazdır, ya real həyatda birindən təsirlənib yaratmısan?
-"SONUM" adlı hekayəm ilk hekayəmdir və xarakterlər tamimilə xəyal ürünüdür. "Yıldız Kayması" adlı hekayəm də eynilə. Amma yeni bir hekayə yazmaqdayam. Adı "LEVA". Bu hekayəmdə yaratdığım xarakterlərdə reallığa yer verəcəyəm.
5.Kitablar nə baxımdan yoxsuldur? Bir çox kitab çap olunur. Nə əksikdir kitablarda?
-Mənim fikrimcə, "yenilik". Çünki oxuduğumuz kitablarda yazarla demək olar ki, eyni mövzulara toxunublar. Məncə, artıq yeniliklə kəşf etməyin vaxtıdır. Əks halda insan eyni bir mövzunu fərqli şəkildə oxumaqdan sıxılır. Və bu da kitablara olan oxuma istəyimizi körəldir. Əgər nə vaxtsa kitab nəş etdirsəm, bacardığım qədər fərqliliyə yol verəcəyimi düşünürəm.6. Kitablarından ən çox hansının çap olunmasını istərdin?
-"Sonum" ilk hekayəm olduğu üçün onun yeri hər zaman başqadır mənim üçün. Və onu kitab şəklində əlimə almaq istəyərdim.7. Hansısa bir filmdən və ya musiqidən təsirlənib yazdığın olub heç?
-Musiqi dümək mən demək. Musiqisiz həyatımı təsəvvür edə bilmirəm hələ ki. Təbii ki, bəzən elə bir film izləyərsən və ya musiqi dinləyərsən ki, həmin dəqiqə qələmi əlinə almaq istəyərsən. Məncə mənim kimi hekayə yazanlar məni yaxşı başa düşür, nə demək istəyirəm. Yazarların fikri hər zaman hekayələrinə nələrisə qatmaq olur. Buna görə də hər yerdə nəsə axtarırlar. Ən çox lirik janrda olan duyğu yüklü musiqilər məni ilhamlandırır. Sezen Aksu mahnıları və bu kimi digər. Filmə gəldikdə isə ən çox qorxu janrında olan filmlərə baxdığım üçün nadir hallarda təsirli səhnə gələ bilər ağlıma. "Aaj phir thum pe" hind mahnısı var ki, hekayəmin tanıtımında yer vermişəm. Mənası çox gözəldir həqiqətən8. Hər kəsin özünəməxsus dünyası var. Bəs sənin necə bir dünyan var?
-Mənim dünyamda mənə pislik edən insanlardan, məni yoran düşüncələrdən uzağam. Orda mənim hər zaman yanımda olan, dəstək olan dostlarım var. Orda mən ağlayıram, ucadan gülürəm, heç nədən çəkinmirəm. Bir sözlə, bütün etmək istəyib də edə bilmədiklərimi bu kiçik xəyalı dünyamda reallaşdırıram. Çünki yeganə yer oradır ko, orada sənin düşüncələrinə qarışacaq heç kəs olmur. Yaratdığın xarakterlər belə sənin istədiyin kimi olur. Və onları da sən idarə edirsən. Mənim dünyamda xəstəliklər yoxdur ,olsa belə çarəsiz deyə bir şey yoxdur. Mənim dünyamda hər kədərdən sonra mütləq xoşbəxtlik gəlir. O dünyam hər zaman mənə ümid etməyi öyrədir. Əsas da inam. Bir şeyə ürəkdən inan və irəlilə!
9. Nə kimi qorxuların var?
-Qorxulurım çoxdur. Məsələn həyatda istəklərimi yerinə yetirmədən yaşlanmaqdan qorxuram. Ölüm haqqdır deyiblər. Amma sevdiklərimi tez itirməkdəm, onlara zərər gəlməsindən qorxuram. İmanımı, mənliyimi itirib kinli insan olmaqdan qorxuram. Ki, insanlar bəzən bizi özümüzdən çıxarmağı çox yaxşı bacarır. Digər qorxulara gəldikdə isə, əziz oxucularım, yazarınız hündürlükdən çox qorxur.
10.Sənə iki adi söz deyəcəyəm və onlarda dərin mənalı bir cümlə qurmağını istəyəcəm.
(Kəpənək və Kül bunlar nəyi simvolizə edir sənin fikrinə görə?)-Bu iki sözdə çox dərin mənalar yaratmaq olar.Mənim üçün kəpənək və kül dedikdə,yaralı bir qadın,onun ölən ümidi və təbəssümü gözümdə canlanır.Arzuları qanadlanan bir qadınının yavaş-yavaş qanadlarının qırılması və xəyallarının külə çevrilib nəticədə təbəssümünün yox olması.Bir qadının ümidi onun üzündə hər zaman təbəssümünün olmasına yol açır.
Amma digər tərəfdəndən yalnız kəpənək dedikdə ağlıma " arzuların qanadlanması"gəlir.Kül dedikdə isə adi bir həvəsin tez yanıb alovlanması sonrada kül olması gəlir.11.Televiziya,internet və ya kitab hansı sənə daha çox xitab edir?
-Televiziyaya o qədər də yer vermirəm.İnternetdən çox istifadə edirəm.PDF kitablar və watpadda daha çox kitablar oxuyuram.
12.Nə kimi məşğuliyyətlərin var?
-Garfield fəlsəfəsi ilə gedən insan olaraq elə də çox deyil.Yazmaq ,oxumaq və gəzmək.2 Y fəlsəfəsi həyatımda üstünlük təşkil edir.
"Yemək yatmaq".Bundan başqa isə uniyə gedib gəlirəm və öz kitabları ilə xoşbəxt olan bir insanam.Dostlarıma vaxt ayırmağı sevirəm.Onların xoşbəxtliyi mənim xoşbəxtliyimdir.13. Gecə yoxsa,gündüz hansı sənə yaxındır.Kitablarını hansı saatlarda yazırsan?
-Gecəni sevirəm sanki gecə daha kövrəkdir.Ama optimist insanam.
14. Onlar olmazsa olmaz dediyin insanlar var?
-Ailəm və bəzi dostlar.
15.Zülfiyyəni yani bizim Zuzunu üç kəlimə ilə ifadə etsən ")
-Dürüst,küsəyən və pozitiv bir insan.
16.Sənin mövqelərin hansı yöndədir?
-Həyatdakı mövqem sevdiklerimi sevdiyim qədər sevilməyimdir.İnsanların bir-birinin fikirlərinə azacıq da olsa hörmət etməsi və bir- birini dinləməsi çox gözəl olar.Amma təəssüf ki,hal hazırda kimə yaxşılıq etsən qarşılığında ancaq sui istifadə görürsən.Saxta insanlar və saxta dostluqlar uzaq qalmaq.Müəllimə olub şagirdlərimə müsbət yöndə fikirlər ötürmək ən böyük məqsədimdir.
17.Müsahibəmiz yekunlaşır mənə bir sualınız varsa buyurun?
-Xoş bir söhbət oldu mənim üçün.İnşallah gələcəkdə peşəkar bir jurnalist olarsınız.O zaman ilk müsahibəni özüm sizə verəcəm.Sualım odur ki ümüd edirəm müsahibədən razı qaldınız?
+Əlbəttdə razı qaldım təşəkkürlər bu gözəl müsahibə və cavablar üçün ")
Şura.
ŞİMDİ OKUDUĞUN
Gülümsəyin sizi yazıram ")
RandomAzərbaycanın gənc Yazarları və Oxucuları ilə müsahibələr yalnız burda ! Gəlin kitablarda obrazlara həyatı bəxş edən insanları tanıyaq .. və ,Oxucu kütləmiz onlar olmasa kitab olmaz,obrazlarda hans xüsusiyyətləri sevirlər nədən narazıdılar bilək !