5.🔱Fatimə (oxucu)

141 25 2
                                    

1.Özünüzü tanıda bilərsiniz?

-Fatimə nam-ı dəyər Fatoş.27 iyun möcüzəsi,cəzası.Hamı ilə yola gedən uysal biriyəm.

2.Fatimə oxucu olaraq kitablardan narazıçılıqların nələrdir?

-Bir oxucu olaraq,kitablarda diqqət etdiyi  ilk şey yazarın axıcı dilidir.Yazar ordan-burdan yazanda o kitabı oxumaqdan həzz almıram,detala yer vermirlər,çünki çox dərinliyə gedəndə maraqlıda olmur.Məsələn:Səhər qız oyananda ilk öncə 0.008 saniyə fərqlə sol gözünü açdı,daha sonra isə sağ gözünü.Yəqin ki, nə demək istədiyim aydındır.

3.Kitablar yoxsa filimlər?

-Kitablar daha maraqlıdır məncə.Çünki kitablarda daha çox təsvir etmək mümkündür.Amma aksion kitabları oxumağı  sevmirəm.Fikrimcə aksion filmləri kitablarda daha cəlb edicidir.Məndən soruşsanız ki,kitab oxumaq ,ya film mən deyərdim ki həyatımda izlədiyim film sayı 5 -i keçməz.

4.Planlı birisən yoxsa, nə varsa onu yaşayırsan?

-Planlı olmaq planımda var,amma plana uymağı bacarmıram.

5.İnsanlar arasında seçim edirsən?Məsələn:həyat tərzi,yaşadığı mühiti ailəsi fərqli olan birisi ilə danışmaram və görüşmərəm dediyin biri və ya biriləri varmıdır?

-Bəzən seçim edirəm.Misal olaraq yüksək egolu,kobud,danışdıqca batan insanlarla danışmağı sevmirəm.Həyat tərzi isə,onun gün ərzində etdiyi məni çoxda  maraqlandırmaz.

6.Hədəfinə aldığın bir mövqe var?

-Hədəflərim çoxdur,lakin bilən bilir.Mənim üçün hal-hazırda öz arzularım bir xəyal olaraq qalır.Buna baxmayaraq çox istəyərdim ki,təcrübəli bir tərcüməçi olum.

7.Xəyallara gedən yollarda nələr var?

-Acılar,əngəllər özgüvənin olmaması və.s .Saydıqca bitməz

8. Fatimə sənin yazıb yaratdığın anketlərin var və çox gözəldir.Bu sənə insanlara tanımağa kömək edir?

-Əlbəttə,onları da elə bu məqsədlə yaratmışam.Tanıyaq və tanıdaq deyə.İnsanların haqqında bilmədiklərimi orda  öyrənirəm.Bəzi dostlarım var ki,mənim anketlərim tanış olub mehribanlaşıblar.

9.Mənə Fatiməni 3 kəlimə ilə ifadə edə bilərsən?

-"Fatoş 3 kəlimədən ibarət deyil" ! deyə egolu bir giriş edə bilərəm,amma bilirsiz məndə ego olmaz.O üç kəliməni seçmək çətindir.Amma xəyal pərəst,neqativ və uysal biriyəm.

10.Bulud yoxsa yağış?

- Bulud olmazsa yağış olmaz.Onun üçün bulud.

11.Hansı bir yazarın kitabında kı  obrazı canlandırmaq istəyərdin?

-  Aqata Kristinin - Erkul Puerro obrazı olmaq istərdim.

12.Mentalitet adı altında moderinliyə fikrin necədir?

-Azərbaycan mentalitet və modernlik anlayışına heç toxunmayaq.Elə dərin mövzudur ki, girsək çıxa bilmərik.Bircə onu deyim ki,bu rayondan gələn birinin "bakılıyam qadan alım,elə burdajana doğulmuşam da bə"deməyi kimidir.

13.Din ayrımın var? Yoxsa hər birinə sülh məramlı yanaşırsan?

-Xeyr mən dinə bağlı bir ailənin və nəslin nümayəndəsi olduğuma görə Allahın bəxş etdiyi hər bir dinə hörmətlə yanaşıram.Ateist və deistlərdə mənim üçün qeyri adi bir şey ifadə etmir.

14.Tənhalıq yoxsa böyük bir kütlə ilə dostluq etmək?

-Əslində tənhalığı sevirəm.Amma bir müddət sonra insanın özünə ətraf yaratmaq ehtiyacı yaranır.Yenədə tənhalıq deyirəm.

15.Wattpadda yazılan kitabların nəyindən narazısan bir oxucu kimi iradların nələrdir?

-Kitablarda yazım xətaları mövzunun düzgün sujet xəttinə sahib olmaması göz qanadır.Amma onuda qeyd edim ki,bura yeni başlayan yazarlar üçün nəzərdə tutulduğundan, bunlara səbr etmək lazımdır.

16.Fatiməni ifadə edə biləcək musiqi var?

-Dinlədiyim hər bir musiqidə özümdən bir parça tapıram.Bəzilərini qeyd edim.

Mustafa Ceceli- Simsiyah
Gripin-Nasılım biliyormusun?
Allame-Kısır döngü
İmagine Drangons-Believer

17.Müsahibəmiz yekunlaşdı əzizim Fatimə mənə sualın varsa buyur.

-Sualım yox amma demək istədiklərim var.Cavablarda tam fikrimi ifadə edib etmədiyimi bilmirəm,təşəkkürlər.Və
"Yaxışı ki,varsan❤

+Çox gözəl ifadə etdin,və yaxşı ki varsan əziz dostum🖤

thefatemisGözəl göyçək Fatoşumla olan müsahibəmizdən 😍
Mən ona əslində "Batonçik"😉deyirəm

Gülümsəyin sizi yazıram ")Hikayelerin yaşadığı yer. Şimdi keşfedin