1.Özünüzü tanıda bilərsinizmi?
1. Sadəcə Məsudə Cabbar
☆☆☆
2.Yazarlığa necə başladınız və wattpada necə gəldiniz?
2. Yazmağı danışmaqdan daha çox sevirəm. Bu səbəblə başladı əslində. Sonra oxucularla paylaşdım deyə məsələ bu qədər böyüdü)) Wattpad sərhədsiz olduğu üçün maraqlı gəlmişdi. Əslində azadlığını sevirdim buranın. Ancaq yazılan dırnaq arası hekayələri görəndən sonra çox azadlığın da bir şey olmadığını öyrənmiş olduq ))
☆☆☆
3.İlk kitabınızı yazarkən sizə ilham qaynağı olan nə oldu ?
3. İlahm qaynağım konkret bir məvhum olmur heç vaxt. Sadəcə yazmaq istəyi gəlir və yazıram. Ən önəmlisi ilk cümləni tapmaqdır.
☆☆☆
4.Kitablarınız daha çox hansı janrda olur?
4. Daha çox psixoloji drama deyərdim. Ancaq fantastik janrı da sınamaq istəyirəm.
☆☆☆
5.Mütailə etdiyiniz yazarlar varmı?və mümkünsə adlarını bizimlə bölüşə bilərsinizmi?
5. Bütün kitablarını düşünmədən oxuyaram dediyim yazarlar çox azdır. Ayn Rand və Jean Christoph Grange ən başda gəlir.
☆☆☆
6.Kitablarınızda elə olubmu ki,oxuculara hansısa fikiri çatdırmaq istəmisiz ?
6. Bütün kitablarda bu istək olur. Əslində "ağıl öyrətmək" kimi deyil də daha çox daxili "dərdim" i çatdırmaqdır məqsədim. Daha açıq desəm, insanlardaki önyarğını qırmaq, qəlibli fikirləri məhv etmək istəyərdim.
☆☆☆
7.Ən sevdiyiniz kitabınız hansıdır ?niyə məhz o kitabınız və ya kitablarınızın ayrı bir yeri var sizdə ?
7. Ən sevdiyim kitab hələ yazmadığım kitabdır )) Ancaq xüsusi yeri olan Xoşbəxtliyə çatanda əldə qalanlar və Oynadığımız son oyun kitabları ola bilər. Məni daha çox yansıtdığı üçün.
☆☆☆
8.Kitablarınızda yaratdığınız obrazlarda bir reallıq varmı ?Yəni özünüzü ya tanıdığınız bir insanı qələmı aldığınız olubmu ?
8. Dörd kitabımda baş rollar real obrazlardır, bəli.
☆☆☆
9.Kitablarınız içində niyə isə ən çox Ən -i sevirəm ,çünkü orda real əsaslara çox vurğu edilmişdi ,kitab sanki bu günlərdən yazılmışdı yəni mənim fikrim belədir
Sizcə "Ən"-i oxuyanlar hansısa yöndən dərs çıxardırlarmı?9. Dediyim kimi, ən çox önyarğıların qırılmasını istəyirəm. Məncə Ən kitabı bu baxımdan az da olsa işə yarayıb.
☆☆☆
10.Son kitabınız "Xoşbəxtliyə çatanda əldə qalanlar" kitabınızın mövzusu nədir ?
10. Psixoloji dramadır. Müxtəlif üç insanın yollarının kəsişməsi və həmin nöqtədə ilişib qalmalarından bəhs edir.
☆☆☆
11.Oxucularla aranız necədir ?Sizə nə kimi irad bildirirlər ?
11. Yaxşıdır. Düzü, demək olar ki irad mesajı almıram. Daha çox yazdığım kitabların ikinci hissələrini istəyirlər və buna görə narazılıq edirlər ))
☆☆☆
12.Yazmaq ruh dünyasını yansıdır sizdədə belədirmi ?
12. Əlbətə
☆☆☆
13.Cəmiyyətdə və indiki dövrdə gənc yazarlarımızın problemini nədə görürsünüz ?
13. Gənc yazarlarımızdan o qədər çox oxumamışam, düzünü desəm. Bu səbəblə fikir bildirməyim doğru olmaz.
☆☆☆
14.Wattpadda bir çox gənc yazar var və çoxu tənbəldir ,qətiyyən öz üzərlərində çalışmırlar ama isyanlarıda yerə göyə sığmır .Məsudə xanım nə söyləyə bilərsiz gənc yazarlarımıza ?ki bu tənbəlliyin daşını atsınlar
14. Əgər yaxşı yazar olmaq istəyiriksə çox çalışmalıyıq. Yəni hər kəs sözləri ard arda yazıb cümlə qura bilər ancaq bu kifayət deyil. Yazının yaxşı olması yazarın özü üçün önəmli olmalıdır. Oxucunu düşündüyü üçün yox.
☆☆☆
15. Bu günə kimi neçə kitabınız rəflərdə yer alıb və neçəsi hələdə zehninizdədir ?
15. 6 kitabım satışa çıxıb və gözləmədiyim qədər tez zamanda tükənib. Hər biri mənim üçün əzizdir
☆☆☆
16.Sizi izləyən oxuculara nə demək istərdiniz ?
16. Sevgi,sevgi,sevgi!
☆☆☆
17.Müsahibəmiz yekunlaşdı mənə sualınız varsa buyrun
17. Təşəkkür edirəm. Bəs sizin dünya ilə ən böyük dərdiniz nədir? ))
Dərdi dünya olanın ,dünya qədər dərdi olar.
(Sadəcə qadınlara və uşaqlara olunan vəhşətdir dərdim)
☆☆☆
Məsudə xanıma çox təşəkkür edirəm bu gözəl müsahibə üçün
Bu səfər screen shotsuz bir müsahibədir çünkü instagramda etmişik müsahibəni orda ss etmək alınmırdı yazılar çox kiçik qalırdı .
ŞİMDİ OKUDUĞUN
Gülümsəyin sizi yazıram ")
AléatoireAzərbaycanın gənc Yazarları və Oxucuları ilə müsahibələr yalnız burda ! Gəlin kitablarda obrazlara həyatı bəxş edən insanları tanıyaq .. və ,Oxucu kütləmiz onlar olmasa kitab olmaz,obrazlarda hans xüsusiyyətləri sevirlər nədən narazıdılar bilək !