4.🔱Hümbət Ismayılov

177 25 27
                                    

1.Salam özünüzü təqdim edə bilərsiniz?

- Hümbət İsmayılov.19 yaşım var.Həvəsim incəsənətə olsada istəmədiyim bir ixtisasda təhsil alıram.Hər şeyə rəğmən həyatımda ki,tək bacarığımla şairəm.

2.Yazmağa neçə yaşınızda başladınız?

- Dəqiq yadımda deyil,təxmini 9- cu sinifdən.

3.Yazmaq nə deməkdir sizin üçün?

-Yazmaq mənim üçün ən çarəsiz anlarda çıxış yoludur.Dünya hal hazırda mənfəət əldə etməyə başı qarışmış insan adlı canavarlarla doludur və burda saf insanlara yer yoxdur əzilirlər.Buna görə fikirlərini, dərdini və ən əsas xalqın insanların dərdini hər kəsə çatdırmağın bir yoldur.
Deyəsən çox uzun cavab oldu.

4.Asudə vaxtlarınızda kitab seçiminiz şeir yoxsa roman  kitablarında yana olur?

-Romanlarda yana.

5.Professinonal şəkildə bir yazar olmaq  istəyirsiniz,  ya sadəcə bir xobbidir?

-Təbii ki, həvəskar olduğum işi peşəkar səviyyədə öyrənmək istəyərdim amma təəssüf ki,həyat çox insanı yaradılışda ona verilən bacarıqdan uzaqlaşdırır.Amma burdan hər kəsə səslənirəm.
"Həvəsdən düşməyin bəzi həvəsəkarlıqlar,peşəkarlıqda daha üsründür."

6.Gözünüzə xitab edilməlidi ya,qəlbinizə?

- Gözümüzdə böyütdüklərimiz qəlbimizin başına elə oyunlar  açır ki,gözümüzdən düşür.Qəlbinin sevdiyi və qəlbini sevən birisi kifayətdir.

7.Şeirlərinizin mövzusu nə haqqındadır?

- Şeir 1, kitabımda 80% eşq,məhəbbət idi.20% isə digər mövzular yəni ( Ana,dostluq,vətən,həyat).Şeir 2. Kitabımda isə tamamən insanların yaşadıqlarını hisslərini həyatı xalqı ifadə etməyə çalışıram və onu qeyd edim ki,şeirlərimin əksəriyyəti pessimizim yönümlüdür.

8.Pessimist yoxsa optimist birisiz?

- Öz özlüyümdə pessimist.Amma məsələ ətrafımdakılar olduqda xeyli optimist.

9.Uzun mənasız bir həyat,ya qısa amma dolu- dolu xoşbəxt anlar yaşadığın bir həyat,hansını seçərdiniz?

- Mümkün qədər qısa.

10.Sizcə insanlıq nədir?

-Həm bolca cavablandırmaq istədim,həmdə özüm etmədiyim şeyi demək istəmədim.İnsanlıq nə üçün yaradıldığını,hardan gəldiyini və hara gedəcəyini tapmaq və hal hazırda olduğun yerdə - dünayada digərlərinə qarşı mehriban olmaq,fiziki qiymət verməmək insanlara və insanlığa xidmət etmək mənfəəti kənara atmaqdırmənə mənə görə insanlıq.

11.Yazmaq yoxsa silmək daha rahatdır?

-Fiziki baxımdan silmək rahatdır,mənəviyyata qaldıqda isə silmək çətindir.

12.Film və musiqidən təsirlənib qaraladığınız bir- iki sətir olub?

-Əlbəttdə bu ikisi mənə çox təsir edən şeylərdir ümumilikdə.

13.Düşünüb yaşayırsan hər şeyi yoxsa zamanın axarına buraxırsan?

-Zamanın axarına buraxıram.Adətən yaşandıqdan sonra səbəbini düşünürəm  və sonrada unuduram.

14.Oxuduğunuz kitablarda nələrdən narazısınız?

-Real oxuduğum kitablar təcrübəli yazıçılara aid olduğu üçün orda narazı ola biləcəyim bir şey yoxdur tək narazılıq özümdədir ki,az oxuyuram.
Onlinelara gəldikdə isə,düzdür gənclər üçün nəzərə alınmış bir proqramdı bu amma həddindən artıq uşaq ağlı ilə yazılmış hekayələr olur.Gənclər xüsusilə qızlar baxdığı serialların təsirindən çıxmamış və xarakter oğurluqları da edərək,məqsədsiz hekayələr yazırlar.Bunlarla çox rastlaşmışam və belə şeylərə ümumilikdə narazıyam.

15.Kitab oxuyarkən seçimləriniz hansı janrda olur?

-Dram janrlı romanları sevirəm.Dərs çıxarılacaq bir hekayə olmalıdır.

16.Kitab oxuyan və yazan gənclərə tövsiyyəniz nədir?

-Bir gəncə tövsiyyə etmək üçün hələ çox kiçiyəm əslində.Amma həmyaşıdları olaraq bildirə bilərəm ki
   -Kitab oxuyanlar əsla oxumaqdan əl çəkməsinlər  və vaxtının çoxunu buna sərf eetsinlər(axmaq kitablar istisna)
   - Kitab yazanlar isə əgər yazarlıq qabiliyyətləri doğurdan varsa bu işdən əsla əl çəkməsinlər.Hər şeyə rəğmən yazsınlar və kədərlərinə təşəkkür etsinlər çünkü kədər bizlərə dərin yazılar yazdırır.

17.Müsahibəmiz yekunlaşdı və mənə sualınız varsa buyurun.

- Sualım yoxdur dərin təşəkkür və minnətdarlığım var.

Şura.

~~~~
Qətiyyən təhdid deyilən bir şey yoxdu ↓👇

Humbett Müsahibəmiz üçün sizə çox  təşəkkür edirəm

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Humbett Müsahibəmiz üçün sizə çox  təşəkkür edirəm.

Gülümsəyin sizi yazıram ")Hikayelerin yaşadığı yer. Şimdi keşfedin