1. Qısaca özünü tanıda bilərsən?
-Yox, çünki mən elə qısaca sözlərlər tanınacaq biri deyiləm.
2
. Adın, təhsilini mən bilirəm, bəs oxucu?
-Oxucu hekayələrimi oxuduca tanıyacaq, çünki hekayələrim mənim fikrimin məhsuludur. Belə deyim ki, sakit biri kimi görünüb kamufle olan, amma etdiyi işlərdən bir çoxunun xəbəri olmayan biri. Və bu sayədə hər kəsin güvənini asanca qazana bilən biri.
3. Kamuflyaj olmaq niyə axı?Sən MTN işçisi və ya cinayətkar deyilsən. Buna səbəb nədir?
-Mənim tam olaraq necə biri olduğumu hər kəs bilmir, bilə də bilmir. Əkizlər bürcü olmağın faydaları.
4. Kitabın niyə məhz zombilərdəndir?
-Çünki bu elə bir mözvudur ki, bunda hər şeyi yazmaq mümkündür: sevgi, aksiyon, gerilim və s.
5. Yazmağa ilk nə vaxt başladın?
-15 yaşımdan bəri. İlk vaxtlar ancaq Azərbaycanca yazırdım
6. Wattpad'da başladın yazmağa, yoxsa başqa bir vasitədə?
-Wattpad'da.
7. Yazmaq, ya oxumaq?
-Oxumağı daha çox xoşlayıram.
8. Bir çox yazar kitablardakı obrazlarda özünü əks etdirir, gər bir obrazında bir xüsusiyyətini bəxş edir. Sən etmisən?
-Baş obrazları hə, digərlərini qismən.
9. Kitabın haqqında məlumat verə bilərsən, ən çox ön planda olan nədir?
-İlk bölümündən bəlli olduğu kimi, hadisələr Fərhadın üzərində baş verir, yəni bir növ onun həyatını yazmışam. O və dostlarının yaşam mübarizəsidir əsas mövzu.
10. Fərhadda bir az sən görürəm. Doğrudur?
-Tam olaraq özümü yazmışam Fərhad obrazında.
11. Hansı janrda kitab daha çox oxuyursan?
-Bilim kurgu.
12. Bir yazar və oxucu kimi kitablarda bəyənmədiyim üslub var?
-Üslub deyərkən?
+Yəni hansıda bir kitabda o mövzunu görəndə üzünü turşudursan?
-Yadıma gəlmir.
13. Düşüncələr önəmlidir, ya görsəl görünüm?
-Düşüncələr.
14. İnsanların düşməni nədir?
-Onları yanlış yola yönləndirən düşüncələri.
15. İnsanlar hər biri ayrı qrupdur. Məsələn, 100 nəfərdən ibarət bir cəmiyyət var. Bunlar realistdirlər, həm də ateist və daha neçə fərqli qrup. Sən hansı qrupa aidsən?
-Yerinə və zamanına görə dəyişən biri.
16. Səni yansıdan bir musiqi var?
-Yoxdur.
17. Müsabiqəni yekunlaşdırırıq. Mənə verəcəyin bir sual varsa, buyur.
-Yox, çox sağ ol suallar üçün.
^^^
+İlk müsahibəmi səndən aldım ayağın yüngül olmasa qorx məndən.
-Dəyməz😁😁***
Təhdidimidə etmişəm 😁qısa cavablar verdiyi üçün onu qətlə yetirmək kimi planım da var idi 🔫
b3yazzomb1 Cəlil bir daha təşəkkürlər .
ŞİMDİ OKUDUĞUN
Gülümsəyin sizi yazıram ")
RandomAzərbaycanın gənc Yazarları və Oxucuları ilə müsahibələr yalnız burda ! Gəlin kitablarda obrazlara həyatı bəxş edən insanları tanıyaq .. və ,Oxucu kütləmiz onlar olmasa kitab olmaz,obrazlarda hans xüsusiyyətləri sevirlər nədən narazıdılar bilək !