Leyla:Ay qız,dur ayağa
Müjgan:ıııh
İman:Papa gejikdim! zibilnə denən tez dursun!
Müjgan:adındı zibil!
Salaaaaaam.Mən Müjgan.Iıı yaxşı başlanğıc olmaya bilər.Yəni ən azından sizdə yaxşı təəssüratlar yaratmadığını dəqiq bilirəm.Bu gün universitetin ilk günüdür.11 ildir ki bu "zibilə" girmək üçün zabratın yollarında it kimi sürünürəm.Mama deməli iynəyə saplamalı olmuşam :D
Belə başlayaq əvvəlcə ailəm və dostlarımdan danışım.
Dado(Dadaş)-babişimmmmmm.
Leyloş(Leyla)-mamulyacığımdır kəndiləri.
İmooş(İman)-ömrümü tükədən və ölənə kimi mənə yapışılı qalacaq sülüklü böcüş.İşi düşəndə ancaq adam kimi danışar insannan.
Nuuuucan(Nurcan)-minionum mənim.17 ildir ki mənə yapışıb qopmaq bilmir.Amma məni özündən belə çox sevir.Nəysəə uzatmaq lazım deyil.
İman:bu saat ağzının üsdünnən birni yapışdıracam küçük! min maşına!
İman bunu deyəndə Leyloş ağzıma zornan squşonnulu çörək tıxırdı.Mən də ketimi geyinirdim(ən azından çalışırdım)
Müjgan:momo yoxşo doo dovoy.
Papamnan İman məni universitetin önündə düşürtdü.Ohh hələ heç kim girməmişdi çox şükür.Birdən telefonuma zəng gədli.Minionum.......
"Alo hə minionum"
"Mübüşdü bajıı o gün olsun-" deyəndə sözünü kəsdim.
"Nurcan sən Allah sən də başdama.O sözü universitetə girənnən bəri 2 yüz milyon dəfə eşitmişəm"
"yaxşı bajı,harmoniya müəlliməsi çağırır"sonra gülüb danışdı."keçən il dolamışdıq yazığı"
"ay səni piçkoloooz.Maçı deyəsən dekan çıxır"
"uğurlar"
Başının ortası keçəlləməyə başlamış boz kostyum,göy qalstuk taxmış kişi,yəni deyəsən dekanımız çölə çıxdı.Ordaki müəllim heyyəti olduğunu düşündüyüm insanlarla söhbətə başladı.Birdən sol tərəfdən hay küy gəldi.Çevrilib baxanda iki oğlanın bir telefona baxıb nəyisə müzakirə elədiyini gördüm.
"Ə sənə deyirəm ki 1-di!"
"gijdəmə ha çırparam səni!"
Dekan gəldi və ikisinin də başının arxasından birini vurub dedi
"Ə gədə güdələr nə hay huydu salıfsınız?"
"aa müəllim siz Füzulilisiniz?" dedi sarı olan.
"yox Ləkbəcərliyəm,səsinizi kəsin durun adam kimi"
Birazdan oğlanların birbirlərinə adlarıyla qışqırmaqlarından bildim ki,
Sarışın-Elvin
Qaraşın isə-Kənan idi.
Elvin yanında dayanmış,saçlarının arasından rəngli saçlar keçən qıza yapışmağa başladı
"xanım adınızı öyrənmək ol-"deyəndə telefonuna zəng gəldi.
"haaa.Eşidirəm mama.Az niyə ağlıyırsan?! gəlmişəm həə.Əstağfrullah həə hər şeyim yerindədi!"
Kənan qıpqırmızı olmuş halda gülməyə başlayanda özümüzü tuta bilmədik və nəyi var qakqıldamağa başladıq.Yanımdaki qızın qucağına düşürdüm az qalsın
"salam,mən Nigaram.Məncə yaxşı dost olarıq" dedi və göz qırpdı səmimi şəkildə
"məncə də" deyim hərzamanki,diş ətim görünən gülüşümü ortaya sərdim.
Hamı qabağına çevrildi.Universitetin yazısına baxmamışdım heç. "Bakı Dillər Universiteti".Dekanın danışığı fikirlərimi dağıttı.
"Deməli belə əzizlərim,birinci kurslara sözüm var.siz isə 2,3,4-cü kurslar marş marş auditoriyalarınıza.Uğurlar arzulayıram "molodoy studentlər"-"gənc tələbələr"
Universitetin qapısı açıldı.Zəng vuruldu və həyt boşaldı.Həyətdə haradasa 80 nəfər qaldı ki bunlar da 1-ci kurslar idi.
"Belə ki uşaqlar sizi potoklara bölməliyik.Hər potokda ən çox 20 tələbə ola bilər."
Beləcə biz bölündük.Adımız oxundu
"Zeynallı Müjgan 55A8!"
"Salam dillər universiteti,mən gəldim......"deyə pıçıldadım ayağımı qapıdan içəri atarkən