Bacıma 2

118 6 2
                                    

Günəşim...varım...parlaq ayım,
Mənim dünya gözəli sultanım
Sən qəlbimdə yer tutmuş gülüm
Səni çox sevirəm, tək doğma bacım

Sənin üçün fəda olsun bu canım
Sən mənim baharım
Sən mənim nazım
Səninlə çiçək açdı
Mənim həyatım

Birdən birə bir günəş saçdı
Uşaq gözlərim birdən qamaşdı
O günəş sən idin,
Sən idin payım
Səni çox sevirəm, nur üzlü bacım

Sən yanımda ikən,
Qalmır bir acım
Sən məni istəməsən,
Kimdir əlacım ?
Məni sev, tərk etmə
Sevimli bacım
Uzaqlara heç getmə
Parlayan tacım
Sən mənim canımsan, əvəzsiz bacım

Esmira Sinbirli

Ürəyimdən gələn Where stories live. Discover now