Yağış

14 0 0
                                    

yağış ağlayır
mənim kimi
məhəbbətindən
səma yalvarır
qəlbim kimi
çarəsizlikdən

günəşə yalvarır
ümid bağlayır
yaralı könlündə
sevgi saxlayır

yazığım gəlir mənim yağışa
mənim kimi axmaqdır
safdır o da
inanıb hansısa şirin nağıla
günəşə yalvarır
ümid bağlayır
yaralı könlündə
sevgi saxlayır

eşqindən dənizlər coşur
dəli çaylar axır
dəryalar qopur
yağış anlamır
sevir günəşi
mənimtək səni
sevdiyim kimi

Esmira Sinbirli

Ürəyimdən gələn Où les histoires vivent. Découvrez maintenant