Kişilər üçün nəsihət

22 1 0
                                    

Qadınlar üçün çox yazıram, dedim ki biraz kişilər üçün də yazım.

Ona görə bu yazımı bir dəftərə qeyd edin, lazım olar. Esmira Qandidən məsləhətlər)) (bacım demiş)

Siz kişilər bir mövzuda çox yanılırsınız. Siz düşünürsünüz ki " Hə, mən indi psixoloji manipulyasiya edərək ( qostinq, orbitinq, mostinq və s) nə qədər qız tutacam, kef edəcəm ha ha, gedim bu psixoloji manipulyasiya qız tutmaq haqqında kitab oxuyum, şəxsi həyatım super olacaq". Amma elə deyil. Siz çox yanılırsınız.

Çünki sizin həmən manipulyasiyalarınız, hər cür hoqqalarınız, ancaq və ancaq münasibətlərdə təcrübəsiz və sizə güclü hissləri olan qadına təsir edəcək. Başqa qadına təsir etməyəcək.
Həyatınızda iki cür qadın ola bilər. Düşünə bilərsiniz ki hər kəs sizdən ötrü dəli divanədi. Ancaq belə deyil. Sizi bəyənən qadın və sizi sevən qadın deyə iki tip qadın ola bilər həyatınızda.
1. Sizi bəyənən qadın. Sizi sadəcə bəyənir, bəlkə görünüşünüzü, durumunuzu, bəlkə başqa xüsusiyyətləri, amma sadəcə sizi elə belə bəyənir. Sizinlə yalnız xoş vaxt keçirmək istəyir. Yalnız əyləncəsiniz. Başqa heçnə. Sizə böyük hissləri yoxdu. Manilulyasiyalarınız ona heç cür işləməyəcək ona görə. Gülüb keçəcək. Təcrübəsi varsa yəni işiniz daha da çətindi. Nə etdiyinizi anlayacaq. Yəni bu tip xanıma oyunlar etməyə dəyməz. Gülünc duruma düşəcəksiniz.
Manipulyasiyalarınız ona işləməyəcək, çünki sizə hissləri yoxdu, sizsiz yaşaya bilər. Siz olmadı başqasına keçə bilər, və həyatındakı başqa nə varsa onlara yönələcək. Böyük bir anlam daşımırsınız onun üçün. Ona görə özünüzü yormuyun. Sizinlə münasibətdə olsa belə sizdən müəyyən mənada daha üstün biri qarşısına çıxsa sizinlə münasibəti bitirəcək. Siz kobud cavab verib, rədd etsəniz bəlkə gülüb keçəcək, bəlkə bir iki gün sizi söyəcək, amma üçüncü gün heç sizi xatırlamayacaq.

2. Münasibətlərdə təcrübəsiz və sizə qarşı güclü hissləri olan qadın. Bu qadına manipulyasiyalarınız yaxşı işləyəcək. Egonuz qalxalacaq. Məndən yoxdu deyəcəksiniz. Niyə? Çünki o sizi sevir. Manipulyasiyalar olmasa da sevəcək. Sizi siz olduğunuz üçün sevir, dəyər verir və qəbul edir. Ona görə hər dəfə siz ona pis davrananda, psixoloji şiddət edəndə, o əzab çəkir, dəlilik edir. Sizə bu gülməli gəlir. Və burada çox yanılırsınız.

Demək istədiyim odur ki sevgi səbətlə göydən tökülmür. Əsl sevgi. Hər bir qadın sizi sevmir. Sizi bəyənə bilər. Amma əsl sevən nadirən olur. Həyat belədi. İnsanlar belədi. Siz gülüb keçirsiniz, amma bəlkə həmin sizə qarşı sevgidən dəlisov olan bir qadına şans verməməklə həyatınızın şansını qaçırırsınız.

Patriarxal düşüncələriniz həyatınızın xoşbəxtliyini əlinizdən alır. Axı tək sevmək xoşbəxt etmir adamı, sevilmək də xoşbəxt edir.

Yəni deməyim odur ki manipulyasiyalar heç bir işə yaramır. Bir müddətlik yaraya bilər. Sizi sevən qadının üstündə. Amma əğər o qadının gözləri açılsa , sizin onunla oynadığını anlasa onu həmişəlik itirəcəksiniz.

Deyəcəksiniz ki necə anlayım həmin qadın məni bəyənir və ya sevir? Məncə bunu anlamaq o qədər də çətin deyil. Hətta hərdən gözlə görünəcək qədər asanddır.

Ürəyimdən gələn Donde viven las historias. Descúbrelo ahora