əgər mənim olsaydın

15 1 0
                                    


əgər mənim olsaydın
bağlayardım səni
balaca ürəyimin
ən gizli otağına
heç kim səni
tapmaq nədi
xəyal edə bilməsin
mən səni hər lənətli gecə
dua etdiyim kimi

əgər mənim olsaydın
elə sevərdim səni
ana-ataya şübhə edərdin
sevginin nə olduğunu
o an bilərdin
hər gün hər gecə
mən sənə daim
dəcəl tələbəm kimi
məhəbbət elmini
tək tək keçərdim

elə sevərdim, elə sevərdim
sevgi dənizində
inci olardın
qəlbimin ən dərinində
eşqim olardın
qoruyardım səni
bir dəniz kimi

Esmira Sinbirli

Ürəyimdən gələn Tahanan ng mga kuwento. Tumuklas ngayon