Dördüncü bölüm

214 32 11
                                    

Yadımdadır bir gün qardaşımla ciddi söhbət edirdik. Məndən bir neçə yaş böyük olsa da digər insanlar kimi onun da yönləndirilməyə ehtiyacı vardı. Amma sanki bunun üçün çox gecikmişdim.

-Xəzər, ata bilmirəm bu zibili. Qanımdadı,onsuz yaşaya bilmirəm.

-Qardaşım başa düşürəm amma azaltmalısan da, görürsən nə vəziyyətdə olduğumuzu.

-Kor deyiləm, görürəm mən də. Sadəc..

Qardaşım artıq səsini yüksəltmişdi. Mən də içimdə yığdıqlarımla partlamağa hazır bomba kimiydim. Sözünü kəsdim.

-Görürsən, bir şey elə də. Elə bütün günü beləsən, ya sülənirsən, ya da o faişənin yanında gecələyirsən. Pul lazım olanda da gəlib düşürsən ayaqlarımıza. Yekə kişisən ə, gör bizi nə günə qoymusan.

-Xəzər nə danışdığına fikir ver, sənə çox üz vermişəm deyəsən.

-Sənin güzgüyə baxmağa üzün qalmayıb e, nə üz verməkdən danışırsan.

Artıq aramızdakı kiçik söhbət mübahisəyə çevrilirdi.

-A bala sakitləşin, qonşular var, ayıbdı.

Deyən anam səsimizi eşidib otağa daxil oldu.

-O qonşuların da..

-Ağzının danışığını bil..

Artıq qardaş olduğumuzu unudurdum sanki, ani hərəkətlə əlim onun yaxasına doğru uzandı. O da masanı itələyərək ayağa qalxdı. Əlini belinə atıb bıçağını çıxartdı. Bu bıçaq babamızdan yadigar idi. Öz nəvəsinə, qanı canı bir olan nəvəsinə hədiyyə etmişdi, lakin heç düşünməzdi ki, həmin bıçaq indi nəvələrinin qanını tökmək üçün meydana çıxmışdı. Anamın bağırtılarından sonra qardaşım da ayıldı sanki, söyüş söyərək qapını açdı, kurtkasını götürüb qapını möhkəmcə çırparaq çıxıb getdi. Anam evdə küncə çökərək fəryad edirdi. Atamın adını sayıqlayırdı, mən də elə evin ortasında dayanıb dolan gözlərimi qardaşımın çırpdığı qapıya zilləmişdim...

Həmin anlar beynimdən silinmirdi, hər gün yatmağa çalışanda gözümün önündə canlanırdı. Qardaşımın simasındakı qəzəbi , anamın qırışlı əllərindəki əsməni birinci dəfə idi belə yaxından görürdüm. Anamın gözünün içinə baxa bilmirdim, qardaşımın yerinə mən utanırdım. Günlər beləcə keçirdi, olanları unutmaq üçün daha çox içirdim. Biz problemi düşünərək həll edə bilməyəndə, içərək o problemi xalçanın altına süpürürük. Mən də problemlərdən qaçırdım, sərxoş olmadığım saatlarda ya yatırdım ya da Zümrüdlə görüşürdüm. Amma axır vaxtlar yaşadıqlarımdan sonra onla da az-az danışmağa başlamışdıq.

Həmişəki kimi öz piştaxtamın arxasında dayanaraq sərxoş halda məkandakı insanları seyr edirdim. Kimisi özünü mahnının axarına buraxmışdı, kimisi özünü yanındakının qollarına buraxmışdı. Elə mən də özümü boşluğa buraxırdım. Lakin 30 dəqiqədən çox olar ki, məni izləyən bir xanım piştaxtaya doğru yaxınlaşdı.

-Salam

Başımı yelləyrək salam verdim.

-Niyə kefin yoxdu?

-Anlamadım.

-Niyə kefin yoxdu?

-Sualı anladım, sadəcə niyə sorşduğunuzu anlamadım

-Burdakıların kefi səndən aslıdı axı, insanlar bura əylənməyə gəlir sən də əylən biraz.

-Kim deyir ki əylənmirəm, bəlkə mənim əyləncəm bu cürdür.

DAYANACAQHikayelerin yaşadığı yer. Şimdi keşfedin