Beşinci bölüm

223 27 23
                                    

  Axşam ötən günlərdəki qız, yəni Aydan yenidən "bar"ımızın qonağı olmuşdu. Yenə yaxınlaşdı, necə olduğumu soruşdu. Qısa cavablar verərək onu özümdən uzaqlaştırmağa, soyutmağa çalışırdım. Amma deyəsən bu istədiyim nəticəni verməyəcəkdi. İnsanlar həmişə əlçatmaz olanı əldə etmək istəyib. Nitchze demişkən, "bir şeyin dəyəri onun özündən deyil, onun üçün nələrdən imtina edilməsindən aslıdır".

Əslində onun mənə göstərdiyi diqqət xoş gəlirdi və yanında olduğum müddət digər bütün problemlərimi unudurdum. Deyəsən zaman keçdikcə bu məndə aslılıq yaradırdı, çünki onsuz keçən gecələr nəsə boşmuş kimi gəlirdi. Elə tez-tez söhbət edirdik. Və görürdüm ki, bu gülərüz qızın əslində daxilində necə ağrıları , problemləri var.

-Xəzər , insanlar niyə gedirlər?

-Gözləntiləri qarşılanmadığı üçün.

-Onda gözlənti yaratmamalıyıq?

-Bacardığıımız qədər gözləntiləri azaltmalıyıq.

-Deməli günah gedənlərdədir?

-Bəzən hə, bəzən yox. Amma çox vaxt hə, getmək üçün gəlirlər.

-Bəs, ölən insanlar?

-Onlar məcbur olur, kimsə yaxınını incitmək istəməz ki. Həm də, hamımız eqoist olduğumuz, özümüzü düşündüyümüz üçün pis oluruq. Axı tək qalırıq.

-Haqlısan, amma bir ailə səni tək buraxacaqdısa niyə dünyaya gətirsin ki?

-Bəzən düşüncəsiz olduqları üçün, bəzən də getmək seçim deyil məcburiyyət oduğu üçün.

Deyərək əlimdəki bakalı təmizləyirdim.

-Xəzər, bəs itirdiyin insanlar olub?

-mm, gedənlər olub. Amma çalışmışam ki, diqqətim əlimdə qalan kartlarda olsun.

-Bəs əlində kart qalmayıbsa necə?

-Əllərim ki, var.

Deyərək gülümsədim, o da tam səmimi olmasa da gülümsədi.

-Bəs sən necə Aydan, çox insanı yola salmısan?

-Yola salacaq qədər vaxtım olmayıb.

-Səni pis edəcksə, danışmaya bilərik.

-Yox, narahat olma. Artıq öyrəşmişəm.

-Əgər danışmaq istəsən, dinləyərəm.

-İnsanlara keçməyəcək nələrisə danışmaqdan yorulmşam.

-Dinləməyəcək insanlara fikirlərini demək, onsuz da mənasızdır.

-Həqiqətən dinləyəndə nə dəyişir ki, keçir?

-Keçmir, amma bilirsən ki...

-Nəyi bilirəm?

-Əslində heçnə keçmirmiş. Sadəcə biz xatirələrin yanından keçərək xoşbəxtliyə çatacağımızı sanırıq.

-İnan ki, xoşbəxtlikdən əlimi üzmüşəm.

-Amma sənə gülmək yaraşır. Ola bilər ki, səmimi gülmürsən, yenə də üzündə yaranan çox kiçik təbəssüm nəyə desən dəyər.

-Çox sağ olun, Xəzər bəy

Dedi və gözəl simasını təbəssüm bürüdü. Bir neçə dəqiqə sonra sağollaşdıq, ardınca onu taksiyə qədər ötürdüm. Aydanla olduğum müddətdə digər bütün problemləri unudurdum, amma məndən bir neçə addım uzaqlaşan kimi beynim məni güldüyümə peşman edirdi.

DAYANACAQHikayelerin yaşadığı yer. Şimdi keşfedin