Arxa məhəllə ilə ilərləməyə davam edirdim. Bütün yol səbəbsizcə qarşıma çıxan bütün daşları təpikləyir, hər gərəksiz əşyanın üstündən tullanıb özümə yeni "hədəf" seçirdim. Artıq hər hansı bir hadisəylə qarşılaşmaq, yeni bir şey kəşf etmək istəyirdim.. Buraya gəldiyimiz ilk gündən heç bir maraqlı hadisə ilə qarşılaşmadığım üçün sıxıldığımın fərqinə varmışdım. Nə heç kəslə dava etməmiş, nə də heç bir davanın izləyicisi olmamışdım. Bəlkə də bu arxa məhəllələrdən çıxıb, öz yaşıdlarım ilə oynamalı idim. Ya da məktəbin açılmağını gözləyib, "uşaqlar məni dışlayırlar" bəhanəsi ilə hər gün məktəbdən qaçaraq gizli sığınacağıma getməli idim. Gizli sığınacaq? Axı hələ mövcud olmayan bir yer haqqında necə belə düşünə bilərdim?! Ya da bu yer tam gözümün önündə, bu "köhnə kırallıqda"mı yerləşirdi? Birdən yolboyu qarşıma çıxmış olan o qara pişiklər haqqında düşündüm. Sanki məni izləyirdilər. Bunları düşünərkən bir tərəfdən də bunların yalan olduğunu düşünür, bu cür hadisələrin yalnız hekayələrdə olacağını deyirdim. Amma.. Hər şeyin bir gerçək tərəfi ola bilər. Bu an qara pişik mənə yaxınlaşıb ayağıma toxundu. "Ah ac-yalavac tənbəl pişik. Yemək istəyirsən hə. Məndə acam. Nə etmək olar.. Gəl kırallığımızı quraq sonra yeməyə bir şey taparıq" deyib onu da öz yanıma aldım. O an gözümün önündən parlaq bir işığın keçdiyini hiss etdim. Lakin "aclıqdandır" deyib fikir vermədim. Təbii ki, bunların bir başlanğıc olduğunun fərqində deyildim. Nə vaxtsa bunun bir başlanğıc olduğunu desələr "Hansı problemin başlanğıcı!" deyərək donub qalardım. O an isə seçilmiş şəxs idim. İndi isə.. İndi oturub bunları yazıram. Hələlik bu qədər.. Sabah yenə sənə yazacağıma söz verirəm, mənim əziz və sevimli günlüyüm.
ŞİMDİ OKUDUĞUN
Xəyalmı? Gerçəklikdən Uzaq Dünya.
Mystery / ThrillerBəzən bəzi həyallar bizi gerçəklikdən uzaqlaşdırır, bizi yaşaya bilməyəcəyimiz tamam başqa bir aləmə hisslərimizin ən dərin nöqrələrinə səyahətə aparır. Bəs görəsən bunların həqiqətən bir gün başımıza gəlmə ehtimalı varmı? Yoxsa hər biri anlıq bir s...