Bəzən bəzi həyallar bizi gerçəklikdən uzaqlaşdırır, bizi yaşaya bilməyəcəyimiz tamam başqa bir aləmə hisslərimizin ən dərin nöqrələrinə səyahətə aparır. Bəs görəsən bunların həqiqətən bir gün başımıza gəlmə ehtimalı varmı? Yoxsa hər biri anlıq bir sevinc və ya kədərdənmi ibarətdir? Bəlkədə bunların bir çoxu düşündüyümüzdən çox-çox yaxında, arxa məhəlləmizdə yaşanır. Ya da biz bir həyalpərəst axmağıq və buda bizim ən axmaq həyallarımızdan biridir. Kim bilə bilər. Axı bunu bilməyin heç bir yolu yoxdur. Ən azından hal-hazırda və bizim üçün.. Bəlkə düşündüyümüzdən daha yaxında kimlərinsə bizim köməyimizə ehtihaycı var. Ya da bizim özümüzün belə fərqində olmadan kimlərinsə köməyinə ehtiyacımız var. Ancaq hər birimizin fərqində olmadan özümüzü kəşf etməyə ehtiyacımız var. O məşhur qorxu filmlərindəki qaranlıq arxa küçələrdən biri idi bura, yol ilə gedir ama heç ürpərmədən addımlarımı səssizcə atmağa davam edirdim. O vaxta qədər ki, bu qorxunc və bir o qədər də axmaq fikir mənim ağlımın o dərin , dərrakədən uzaq quyusuna düşməmiş, çiçəklənib bir toxumdan ağaca dönüşməmişdi... (hekayədən bir parça)
6 parts