İşıq düyməyə basdığım an yandı. Anlıq çox sevindim. İlk öncə gözümün önündəki "məxluqları" düşündüm. Onların nə olduğundan belə əmin deyildim. Bəlkədə qaranlıqda gözümə görünmüşdülər. "Bəs işığı yandıranda gördüklərim". Bir anlıq durdum. "Gözüm qaranlığa alışdığı üçündür" dedim. Yatmalı idim, ancaq qorxurdum. İşığı söndürə bilməzdim. Danlanacağımı bilirdim. Yenədə başqa nə edə bilərdim ki? Bir az düşündükdən sonra işığı söndürüb yerimə qaçdım. Yatmağa çalışırdım. Sonda bütün fikirləri beynimdən atmağı bacardım və yuxuya getdim.
Səhər tez durub evdən çıxdım və yeni kəşf etdiyim əraziyə yol tutdum. Bu ərazi bizim evimizdən təhmini 200 metr uzaqda yerləşirdi. Ancaq buraya dolayı yol ilə gedilə bilindiyi üçün təhmini 300-340 metrlik yol gedirdim. Bura çox xoşuma gəlmişdi orada özümə yer salıb sığınacaq hazırlayacaqdım.
Bir müddət sonra nəyinsə əksik olduğunu gördüm. Nə qədər düşündüm, ancaq bu əksik olan şeyin nə olduğunu anlaya bilmirdim. Nə etsəmdə özümü tək hiss edirdim. Sonra "PİŞİK!" dedim. İçimdə nə isə pis bir hiss var idi. "Bəlkə ona nəsə olub?! Amma.. amma bundan mənə nə? O məni sadəcə ona yemək verəcəyimi düşündüyü üçün təqib edirdi! Əlbəttə! Başqa heç bir açıqlaması ola bilməz bu hadisənin."
Axşam düşdü. Sığınacağım hazır idi. Bu gün heç nə kəşf etməmişdim. Sasəcə 2 fərq var idi. 1) Qara pişiyin olmaması; 2) bu gün gəlib nəsə miyovuldayan o pişik.
Evə qayıdarkən gözüm yol kənarında nəsə qəribə bir şeyə sataşdı. Kiçik və qara idi. "Göz yanılmasıdır" deyib yenə keçdim. "Miyov" səsini eşitdim. Eynilə yuxudakına bənzəyirdi. Amma "fikir vermirdim" sadəcə yola dəvam. Ancaq bu qəribəliklərə olan narağım məni geri çəkirdi.
ŞİMDİ OKUDUĞUN
Xəyalmı? Gerçəklikdən Uzaq Dünya.
Mystery / ThrillerBəzən bəzi həyallar bizi gerçəklikdən uzaqlaşdırır, bizi yaşaya bilməyəcəyimiz tamam başqa bir aləmə hisslərimizin ən dərin nöqrələrinə səyahətə aparır. Bəs görəsən bunların həqiqətən bir gün başımıza gəlmə ehtimalı varmı? Yoxsa hər biri anlıq bir s...