1.Bölüm-Qaranlıq "keçid"

27 2 0
                                    

O məşhur qorxu filmlərindəki qaranlıq arxa küçələrdən biri idi bura, yol ilə gedir ama heç ürpərmədən addımlarımı səssizcə atmağa davam edirdim. O vaxta qədər ki, bu qorxunc və bir o qədər də axmaq fikir mənim ağlımın o dərin , dərrakədən uzaq quyusuna düşməmiş, çiçəklənib bir toxumdan ağaca dönüşməmişdi...

Yeni məhəlləmizin arxa tərəfindəki uzun və bir o qədər də səssiz və qaranlıq yol ilə iləriləyirdim. Uşaqlıqdan gələn bir xəyalpərəstliklə həm ətrafımı araşdırır (köhnə binalar və evləri, eyni zamanda atılmış və gərəksiz əşyaları) bu alçaq binaların hansı dövürdən qalması ilə bağlı fikir yürüdürdüm. Səhv anlaşılmaq istəmirəm. Bu binaların sadəcə bir neçə il əvvəl tərk edildiyinin fərqində idim, sadəcə yenə o gerçək olacağına inandığım xəyallarda itib-batmışdım. Heç nəyin fərqində deyildim və olmaq da istəmirdim. Tək istədiyim bu yalnız, sakit və bir o qədər də ürpərtici (bunun hələ fərqində deyildim) olan bu ərazini kəşf etmək və hər kəsdən uzaq ola biləcəyim bir "sığınaq" tapa bilmək idi . Hansı ki, o məşhur kitablardakı baş qəhrəmanların məskən saldığı kənar məhəllələr kimi. Amma.. o an bir şeyin fərqinə vardım. Mən nə bir ərazini bölüşmək, nə də ki, kiminsə "lideri" olmaq istəyirdim. Mən sadəcə kiçik bir əraziyə ya da köşkə (nə desəz artıq) sahib olmaq və öz liderim olub "vəhşi təbiətə" hakim olmaq istəyirdim. Birdən kənardakı kağız parçasının səbəbsizcə tərpəndiyinin fərqinə vardım və içimə ani bir ürpərti düşdü. Heç düşünməzdim ki, bu qədər kısa bir müddətdə bu qədər fikir yürüdə və hekayə qura bilərdim. Anidən bir pişiyin kağızın arxasından sıçrayıb, yola tərəf qaçması ilə bu dərin və qəribə yuxudan ayıldım.

(Hər şeyin başlanğıcı 3. bölüm sonu, 4. bölüm)

Xəyalmı? Gerçəklikdən Uzaq Dünya.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin