İlk gün "Dayanacaq"

89 6 4
                                    

Səhər saat 08:30 oldu, telefonun səsi ilə yuxudan oyandım. Heç sevmirəm telefonun səsi ilə yuxudan oyanmağı. Ümumiyyətlə kiminsə, nəyinsə məni yuxudan oyatmağını sevmirəm. 10 saat yatsam belə, kimsə məni oyadanda, sanki yatmamışam kimi gəlir mənə. Yəni ki, 1 saat yatım, amma özüm oyanım.
Yuxudan durquzulmaq bir problem, yataqdan durquzulmaq ikinci. Həm də nəyə görə, işə gedəcəm deyə. Gedib hansısa biznesmenin puluna pul qatacam deyə. Düzdür əvəzində mən də pul alıram, amma bu "arı məsələsi kimidir. Arıdan dəyərli balı alıb, əvəzində şəkər tozu tökürlər." Bu məsələdəki arı biz, bal bizim vaxtımız, biliyimiz, enerjimiz, şəkər tozu isə maaşımızdır."
Həmişəki kimi işə gecikirdim yenə də. Bu arada, mərkəzdə bir restoranda "aşpaz" işləyirəm. Əl-üzümü yudum, çaydanın altını yandırdım. Çaydan qızana kimi əynimi geyindim. Şirniyyatla çay içməmiş evdən çıxmıram heçvaxt. Bəlkə də öyrəşmişəm buna. Çayımı içdim və tez-tələsik evin həryerinə göz atıb, çıxdım evdən. Blokdan çıxarkən, ilk öncə həmişə göyə baxıram nədənsə. Göy üzü buludlu idi və tutqun bir oktyabr səması var idi. Dayanacağa doğru irəliləməyə başladım. Az sonra avtobus gəldi. Amma dolu avtobusa minməyi sevmədiyimdən buraxmalı oldum.

Təxminən 7 dəqiqə keçdi.

Və nəhayət göy guruldamağa başladı. Çox sevirəm bu havanı. Eqolu insanların böyük planlarını təxirə salan hava idi bu.
Sanki təbiət onlara "Ağıllı olun, bir havamın qarşısında acizsiniz deyirdi."
Mən bu fikirlərlə avtobusumu gözləyərkən, birdən sol tərəfimdə birinin olduğunu hiss etdim.
Amma mən dayanacağa gələndə onu görməmişdim axı. Yəqin ki, fikir verməmişəm. Ya da az öncə gələn avtobusdan enib. Ya da nəbilim.
Onun üzünə baxmalı idim mütləq. Çox maraqlı gəlmişdi kimdir görəsən.
Əvvəlcə göyə baxdım, sonra guya sol qolumda ağrı varmış kimi edib, qolumu masaj etməyə başladım. Və qoluma baxırmış kimi edib, başımı sola çevirib əvvəlcə qoluma sonra başımı birazca qaldırıb ona baxdım.

Mən normalda tanımadığım bir insanın gözlərinə 2 saniyədən çox baxa bilmirəm. (Yəni birdən-birə yaranan göz kontakdından gedir söhbət).
Bilmirəm nə oldu həmin anda amma gözümü ondan 6 saniyə çəkə bilmədim. 7-ci saniyədə o da mənə çevirdi üzünü. Və biraz əsəbi bir tonla:
- Nəvar? Yuxunuzda məni görübsünüz? Həmin qızdır ya o deyil deyə baxırsınız?
Açığı bilmədim nə deyim cavabında. Ürəyimdə dedim ki:
(Sənin kimi birini elə yuxumda görərəm)
Nə yalan deyim, gözəl idi.
Orta boylu, qara saçlı, şabalıdı rəngli gözləri var idi. Bilmirəm, bəlkə də gözəl deyildi amma mənə çox gözəl gəlmişdi.
Mən bu fikirlərlə qızın gözəlliyində dolaşarkən, "önünüzə baxın" sözü ilə özümə gəldim. Və avtobusum gəldi. "Yəqin ki, o da bu avtobusla gedər" fikiri ilə avtobusa mindim. Və çevrilib pəncərədən baxanda hələ də orda olduğunu gördüm. Mənə baxmayan bir qızın gözlərinə dalaraq fikirə getdim yenə. Və avtobus tərpəndi...

Səndən yuxum gəlirWhere stories live. Discover now