İş yerim.

43 4 0
                                    

Avtobusun arxa tərəfinə keçib, pəncərəyə yaxın bir yerdə əyləşdim. Dayanacaqdan uzaqlaşmağa başlamışdım artıq. Yağışın damcıları isladan pəncərədən çölə baxa-baxa dayanacaqdakı qızı fikirləşməyə başladım.
(Kim idi görəsən? Onu buralarda görməmişdim heç. Niyə o qədər uzun baxdım ona? Mən niyə onu fikirləşirəm ki indi? Bəlkə sevgilisi var? Bəlkə evlidir? Lap sevgilisi var, lap evlidir, onsuz da o orda qaldı. Birdə harda görəcəm ki onu? Nəysə unut getsin.)
Və belə fikirlər beynimdə oynaşarkən artıq avtobus mərkəzə çatırdı. Nəhayət dayanacağa çatdım. Avtobusdan endim və dayanacağın solundakı köşkə yaxınlaşdım.
- Salam qaqaş. Bir paçka "boz Winston" zəhmət olmasa.
- Aleykum Salam. Buyur.
- Çox sağol.
Köşkün yanına keçib, siqaretin birini yandırdım. Yol gedərkən siqaret çəkməyi sevmədiyimdən, dayanıb çəkirəm çox vaxt. Həm də yağış yağarkən siqaret çəkmək bir başqadır mənə görə. Telefonu cibimdən çıxardıb saata baxdım, artıq 18 dəqiqə gecikirdim işə. Əşi "boş ver" deyib, cibimə qoydum telefonu. Siqareti bitirib yoluma davam etməyə başladım. İşlədiyim restoran dayanacaqdan 100 metr qədər aralıda yerləşir. Özünə məxsus yeməkləri ilə tanınan bir restorandır bura. Buna görə də qonaqlarının 90 faizi elit təbəqənin insanlarıdır.
"Elit təbəqə"
Puldan başqa heçnə görməyənlər. Özünü ağıllı sanan başı boşlar. Həyatın ancaq bunların ətrafında döndüyünü sanan məmur balaları. Bir də məmur balalarının "balaları". Daha sonra bunlara yaltaqlanan müdiriyyət.
17 yaşlı ərgən məmur balasına, "müəllim" deyən müdiriyyət.
Yəni çox sahədə olduğu kimi, bizdə də vəziyyət belə idi.
Biraz sonra restoranın işcilər üçün olan girişinə çatdım. İçəri daxil olub, işə giriş vaxtımı yazıb, soyunub-geyinmə otağına daxil oldum. Deyəsən ən gec mən gəlmişdim işə. Əynimi dəyişib, otaqdan çıxıb, mətbəxə daxil oldum.
Səhər yeməyi təlaşı var idi mətbəxdə. Hərə bir tərəfə qaçır, tavaların səsi, aşpazların gərgin üzü. Bir tərəfdən də aparatdan sifariş qəbzləri çıxmağa davam edir, mətbəxin şefi isə çıxan sifarişləri aşpazlara deyir. Tez-bazar öz bölməmə keçdim və yavaş-yavaş işin reysinə düşməyə çalışdım.
(Mətbəx, irəli getməyə görə hər yola əl atan aşpazlarla doludur. Şefə yaltaqlıq edən, torba tikən və s.)
Az keçmişdi ki, aşpazlardan biri:
(Şefə səsinin eşitdirəcək şəkildə)
Aşpaz: - Hardaydın Fuad? Yenə gecikibsən.
Mən: - İşinlə məşğul. Onun sənə heç bir dəxli yoxdur.
Aşpaz: - Mən işimlə məşğulam onsuz da. Amma səni məşğul görmürük niyəsə, gecikməkdə ustalaşıbsan artıq.
Mən: - Gözlə işimi qurtarım danışacam sənlə.
Aşpaz: - Problem deyil.

İş yavaş-yavaş səngiməyə başlayırdı. Özümə çay süzüb, siqaret çəkmək üçün çölə çıxdım. Biraz keçmişdi ki, şef gəldi.
Şef: - Fuad niyə gecikirsən işə?
Mən: - Özümdən asılı deyil bu. İşə tez gəlməyi sevmirəm.
Şef: - Demirəm ki, tez gəl. Vaxtında gəl deyirəm.
Mən: - Çox vaxt vaxtında gəlirəm onsuz da. Həftədə 1 ya 2 dəfə olur ki, belə gecikirəm.
Şef: - (Əsəbi tonla) Heç o 1-2 dəfə olmasın deyirəm Fuad. Vaxtında gəl deyirəm.

Az sonra bayaq sözləşdiyim aşpaz da gəldi.
Aşpaz: - Şef necə edək bu Fuadla?
Mən: - Nə dedin?
Şef: - Mən artıq danışdım onunla.
Mən: - Yox e nə dedin sən? Bu Fuadla?
Aşpaz: - Həə.. Bu Fua...

Sözünü bitirər bitirməz əlimdəki çay stakanını aşpazın başında sındırdım. Zərbənin təsirindən yerə yıxıldı və qalxmaq istəyəndə boğazından yapışıb;
- Mənə bax yaltaq şərəfsiz, səni deşik-deşik edərəm dedim.
Daha sonra digər işcilərin və şefin müdaxiləsi ilə bizi ayırdılar.
Və artıq işdən qovulacağımı anlamışdım. Soyunub-geyinmə otağına qayıdıb əynimi dəyişdim. Restorandan çıxıb, dayanacağa doğru irəlilədim. Dayanacaqdakı yerimi alıb, qaş-qabaqlı simamla avtobusun gəlməyini gözlədim. Özümə gəlməyə başlayırdım ki, birdən sol tərəfimdə birinin olduğunu hiss etdim...

Səndən yuxum gəlirWhere stories live. Discover now