Eşq budur mu görəsən?

31 3 3
                                    

Və yenə fikirləşməyə başladım. "Mən bura gələndə kimsə varıydı mı" deyə.

(Bəlkə avtobusdan düşüb? Yox. Mən bura gələndən avtobus dayanmayıb burada. Ağlıma ilk gələn səhər gördüyüm qız oldu. Bu odur mu görəsən? O, mən gəldiyim avtobusa minməmişdi axı.
Nə dəxli var belə baxanda?
Bəlkə elə mənə görə buraxıb o avtobusu, ondan sonra gələnə minib bəlkə.
Bir dayan görüm Fuad. Nə əl ayağa düşübsən?
Bəlkə heç o deyil? Çevril bax da gör kimdir.)

Daxilimdə gedən uzun mitinqdən sonra baxmaq qərarı aldım. Amma necə baxım? Qol bəhanəsini səhər etmişəm. Qərar verdim ki, "sağdan sola tərəf gələn bir maşını izləyim və izləyə-izləyə başımı sola döndərim." Elə də etdim, və sağdan gələn bir maşını izləməyə başladım, izləyə-izləyə başımı sola çevirdim və bu o idi. Mən başımı çevirəndə artıq mənə baxırmış, elə mən başımı çevirdiyim andaca göz kontaktı yarandı. 3-4 saniyə bir-birimizə baxdıqdan sonra ikimiz də gözümüzü çəkdik.

Bir şey var idi ki, mən ona baxanda çox qəribə olurdum. Sanki səhrada susuzluqdan boğazım quruyub və kimsə mənə soyuq su verir. Dəyişik hisslər keçirirdim. Üzdə tutulub qalırdım amma daxilimdə bağçalarda pikniklər, bayramlar, şənliklər keçirilirdi.

Az sonra yenidən ona baxdım. O da mənə baxaraq;
- Dəqiqləşdirə bildin?
Mən: - Nəyi?
Qız: - Yuxuda gördüyün mənəm yəni?
Mən: - Zarafatdır yəni bu? Hardasa gülməli idim?
Qız: - Xeyr! Mən tam ciddiyəm. Adətən insan insanı hardansa tanıyanda belə baxır.
Mən: - Xeyr səni tanımıram. Sadəcə mənə maraqlı olan bir görünüşün var. Ona görə elə baxıram.
Qız: - .....
Mən: - Birdə ki, bugün səhər və indi eyni hal yaşandı. Səhər dayanacağa gələndə səni görmədim. Amma birdən arxa solumda olduğunu gördüm, indi də elə. Mən sənə fikir vermirəm gələndə ya necə olur bu?
Qız: - Burada böyüdüləsi nə var ki? Mən səndən sonra gəlirəm. Və normal olaraq arxanda solunda dayanıram. Amma səndən biraz sonra gəlməyim təsadüfdür. Yəni eyni gündə iki dəfə olması.
Mən: - Anladım. Yəqin ki, böyütmüşəm.

Sonra sakitcilik çökdü ətrafa. Bütün səslər kəsilmişdi. Bu sakitcilik, məktəb vaxtı direktor sinifə girdikdə yaranan sakitciliyi xatırlatdı mənə. Yolda maşın yox, yanımızdan insanlar keçmir, sanki həyat dayanmışdı. Yağış isə getdikcə bərkiməyə başlayırdı. İslanmamaq üçün dayacağın altına girməyə qərar verdiyimdə, onun artıq dayanacağın skamyasında əyləşdiyini gördüm. Tez-tez yola baxırdı. Yəqin ki, avtobusun gəlib gəlmədiyini yoxlamaq üçün. Və biraz sürən səssizliyi pozdum.

Mən: - Hava belə olanda adətən avtobuslar gecikir. Hava şəraitinə görə yavaş sürürlər asvalt sürüşgən olur deyə. Gələr yəqin indilərdə.
Qız: - (Gülərək) Çox sağol məlumata görə.
Mən: - Nəyə güldün ki?
Qız: - Birdən-birə belə rəsmi danışmağına gülürəm. Həm səndən heçnə soruşmadım ki. Hardan ağlına gəldi bunları demək?
Mən: - Yola baxırsan tez-tez. Ona görə dedim ki, biləsən.
Qız : - Bildim.
Və hələ də gülməyə davam edirdi. Gülərkən necə də gözəl idi. Yağışın səsi onun gülüşünə qatışmışdı və mən məhşur bir bəstəkarın əsərinə qulaq asırammış kimi bu ikiliyə qulaq asırdım. Az sonra adını soruşmaq gəldi ağlıma.

Mən: - Adın nədir ki, sənin?
Qız: - Məryəm.. Sənin bəs?
Mən: - Məryəm adını həmişə sevmişəm. Həmişə fikirləşirdim ki qızım olsa adını Məryəm qoyacam. Mənim adım Fuaddır.
Məryəm: - aa nə gözəl, sevindim buna.

"Məryəm mənim gözlərimə baxıb gülümsəyirdi. Mənsə avtobusun gəlməməsi üçün dua edirdim." Eşq budurmu görəsən?

You've reached the end of published parts.

⏰ Last updated: Dec 19, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Səndən yuxum gəlirWhere stories live. Discover now