Yenə fikrin qarışıb şair
Neçə başqa dünyanı sığdırmısan beyninə
Üzünün hər qırışı yorğunluqdan danışır
Alışır..
Varlığın hər gün yoxluğuna qarışır
Yoxluxunsa elə hey kimsəziliklə yarışır
Elə bilirsən baxışlarına uçurumlar yaraşır?
Yenə fikrin qarışıb şair
Arabir özünə də baş çək də
Nağıllar danışırsan həyata dair
Leylanın məcnunu var Şirin və sair
Elə bilirsən nağılların reallıqla yarışır?
Yenə fikrin qarışıb şair
Dünya barmaqlarının ucunda
Heç olmaya sən də dərddən yazırsan
Azırsan..
Çaşırsan..
Hərdən düşüncələrinə məzar qazırsan..
Elə bilirsən boşluqları yoxluğuna atırsan?
ŞİMDİ OKUDUĞUN
"Göy üzünün pəncərələri"
PoetryQarışıq şeirlər'im🌵 Bir gün yazmışdım bir kənara yazdıqlarımla əlaqəli: "Bir addım, bir başlanğıc və bir başlanğıc istər təməli sağlam istər zəif olsun, sənə sonsuz xoşbəxtlik və gözəl gələcəyə ümid verirsə bundan vaz keçməməlisən" Kiçik başlanğıcl...