"Yada Sal Məni" hekayəsi 44 günlük Vətən müharibəsi(İkinci Qarabağ müharibəsi) dövründə Şahruz adlı gənc arxeoloqun bir axşam tıxacda başlanan və ailəsinə bir məsələni açmağa hazırlaşdığı günləri anladır. Həyatının adi axışında, sevdikləri ilə birlikdə yaşadığı səmimi anların fonunda, oxucu Şahruzun niyə belə qərarlar verdiyini anlamağa çalışır. Lakin bu sakitlik içində gizli bir gərginlik, qəfil və gözlənilməz bir həqiqət yatmaqdadır. Bu, bir ailənin, bir dostluğun və vətən sevgisinin təsirli hekayəsidir."