Barmaq izi və şahid.

309 31 49
                                    

Rolun önündə polkovnik Əkbər Cabbarov, yan oturacaqda isə müstəntiq Konan Hill vardı. Səhərin erkən saatları olmasına baxmayaraq küçədəki şəxslərin çoxluğu 9-cu cinayət xəbərinin nə qədər sürətlə yayıldığını göstərirdi. Bu qəzəbli kütlənin diqqətini çəkməmək üçün polkovnik maşının üstündəki sirenanı götürmüşdü. Onlar yollarda tıxac yaradan mitinq iştirakçılarının arasından diqqətlə amma ola bildiyincə də sürətlə keçməyə çalışırdılar. Öz deyimlərinə uyğun desək "yuxarıların yanından" gəlirdilər. Bir neçə yüksək səlahiyyətli şəxs ilə görüşmüşdülər və əllərini önlərində birləşdirib uşaq kimi danlaq dinləməkdən başqa çarələri qalmamışdı. Amma bu danlaqlar onların kefini poza bilməmişdi. Bu gün dünəndən tamamilə fərqli idi! Özlərinin belə təsəvvür edə bilməyəcəkləri qədər irəliləyə bilmişdilər sadəcə bir gecədə. Dünən gecə qətl edilən uşağın bədənindən ayrı düşmüş sol qolunun əlinin barmaqları arasında həmin ələ aid olmayan, başqa bir şəxsin əlinə, böyük ehtimal qatilin əlinə aid olan bir barmaq izi tapılmışdı. Bu silsilə cinayətlər başlayandan bəri ilk idi. Alma qatili ilk dəfə idi geridə bir iz buraxırdı. Üstəlik tək yaxşı xəbər də bu deyildi. Yolda ikən polkovnikə gələn zəng bir şahid olduğunu da deyirdi. O gecə o aralıqdan çıxan qatili biri görmüş və sağ qalmağı bacarmışdı. Müstəntiq də, polkovnik də laldinməz şəkildə oturub irəliyə baxaraq şöbəyə çatmağı həvəslə gözləsələr də içlərindəki şübhə bəzən üzlərində gərginlik ifadəsinə səbəb olurdu. Sevinməyinə sevinsələr də belə bir iz tapmaq üçün 10 yaşlı bir qızın ölümünün gerçəkləşməsi onların vicdanını sızladır, qanlarını dondururdu. İtkin düşmüş qızın anasına xəbər aparıldıqda həmin faciəvi reaksiyanı görən hər insan bu mənzərənin təsirindən günlərcə çıxa bilməzdi.

Avtomobilin daxilindəki səssizlik müstəntiqin burnundakıları cibindən çıxardığı dəsmala püskürtməsi ilə pozuldu:

- Şansa bax da. Yaz da gəlməyə vaxt tapdı. Allergiyam yenə başlayıb.

- Elə bilirdim qrip olmusan. - Cabbarov döngədən dönmək üçün rolu sola doğru çevirirdi.

Müstəntiq gülümsəyib yenidən önə baxdı və bir müddət daha səssizlik çökdü. Bu qısa səssizlikdən sonra müstəntiq yavaş bir tonda, demək olar fısıltıyla sual verdi:

- Polkovnik, sizə də qəribə gəlmir?

Polkovnik guya hər şeydən xəbərsizmiş kimi cavab verdi:

- Nədən bəhs edirsən, müstəntiq?

- Niyə məhz 9-cu cinayətdə? Digər 8 cinayəti sonuncudan fərqləndirən nə idi? - müstəntiq burnunu çəkdi.

- Şübhələrini başa düşürəm, müstəntiq. Mənə də maraqlı gəlir. Belə dəqiq bir caninin bir anda bu cür xətalar etməsi həqiqətən də qəribədir.

- Ümumiyyətlə, polkovnik, bu işin içində ən başından bəri başqa bir iş var. Eşitmisiniz də yəqin, bəziləri buna terror aktı adını veriblər. Guya işi törədənlər bir dəstə, xüsusi bir qruplaşma imiş və hansısa məqsəd uğruna edirlərmiş hər şeyi. Gah deyirlər müxalifətin işidir, gah xarici güclərin, gah da deyirlər şəhərdə qulyabani var.

- Məncə, müstəntiq, sən həddindən artıq qəzet oxuyursan.

- Bəs siz necə düşünürsünüz?

- Pəncərədən ətrafa bir bax. Bu cinayətlər ölkəni necə hala saldı, görə bilirsənmi? Bu hadisənin təsiri bir terror aktınınkından belə güclüdür. Valideynlər uşaqlarını evdən çölə buraxmır, gecələr isə heç özləri də çıxmır. Mən isə düşünürəm ki, bu cinayətlərin arxasında sadəcə bir nəfər var. Yaxşı plan qura bilən, izlərin üstünü professional şəkildə silə bilən və ən əsası caniliyi bir əyləncə olaraq görən biri. Amma ən dəqiq insanlar belə əvvəl-axır bir xəta edirlər. 9-cu cinayətin fərqliliyinin bir təsadüf nəticəsində yarandığını düşünürəm. Qatil bir xəta etdi və artıq biz onun boğazından yapışmışıq. O xətanın nə olduğunu isə yaxın günlərdə özündən soruşarıq.

Qan rəngində almaHikayelerin yaşadığı yer. Şimdi keşfedin