Untitled Part 7

93 13 1
                                    

   Bir gün Baharı çalışma otağına çağırdı. Bahar nə olduğu ilə maraqlanırdı, buna görə də Azadın yanına gəldi. Çox vaxt Azad bir sözü olarsa bütün qrupla danışardı. Bu dəfə isə Baharla tək danışmaq istəyirdi. Bahar qapını döyüb otağa girdi. Azad tez ayağa qalxdı, ona oturmağa yer göstərdi. Oturduqdan sonra bir müddət heç biri danışmadı, sonra Bahar dilləndi:

   -Niyə çağırmışdın məni? Uşaqların yanında demədin?

   -Əslində, səndən bir şey xahiş edəcəkdim, onların yanında utandım.

   -Nə?- Baharın marağı artırdı.

   -Bunu gərək əvvəlcədən eliyərdim, amma nə bilim, heç fikrini soruşmadım.

  -Nəyi axı?- Bahar səbirsizlənirdi.

  Azad köks ötürdü, başını tutdu, ağrı gözlənilmədən gəlmişdi, amma Baharın qabağında dərmanları qəbul edə  bilməzdi. Odur ki, özünü ələ almağa çalışdı,əllərini başından çəkib dəftərə uzatdı, onu alıb Baharın qabağına qoydu. Baharın gözləri bayaqdan Azadı izləyirdi, amma bir şey demədi, dəftəri aldı və  həvəslə oxudu.

 -Təzə mahnı yazmısan? Nə gözəl sözləri var!- Bahar mahnıya heyran olmuşdu,- bəs nə etməyimi istəyirsən?

  -Səninlə duet oxumaq.

 -Mənlə? Əminsən? Mənim səsimi eşitməmisən axı.

  -Sənin səsin möhtəşəmdir, əslində, keçən dəfə pianoda çalaraq mahnı oxuyurdun, çox əla səsin vardı,- bunu deyərkən bir az qızardı, əlini alnına apardı, ağrıyan başını bir az sürtdü.

  Bahar da ondan geri qalmayaraq qızarmışdı, nəyi isə xatırlamağa çalışırdı sanki:

 -Sən hələ getməmişdin?

  -Yox, amma indi məsələ bu deyil, mənimlə duet oxuyarsan?

  -Bilmirəm, mən... fikirləşərəm,- Bahar bir az təəccübləndi,- hansı sözləri mən deyəcəm?

  -Sən “quş” olacaqsan, mən də “soxulcan”.

   Bahar özünü saxlaya bilmədi, güldü. Quş və soxulcanın sevgisi haqqında yazılmış mahnı onu  çox təəccübləndirmişdi.

  -Bəs niyə belə yazmısan? Yəni, axı quş elə soxulcanla qidalanır, onlar axı bir yerdə olsa, soxulcan ölər,- Bahar qəribə bir kədər və təəssüflə dedi.

  -Yox, heç vaxt! Düzdü onlar birgə ola bilməzlər, amma  quş soxulcanı çox istəyir, onu yeməz,- Azad  mahnının mənasını izah etməyə çalışdı.

  -Amma...Nə bilim, yaxşı oxuyaram. Musiqisi necə olacaq?

  Azad yavaş tempdə mahnını oxumağa başladı, Bahar isə qane olmamışdı:

  -Bu mahnı çox kədərlidir. Yazdığın mahnıların hamısı kimi! Niyə bir az əyləncəli mahnı yazmırsan?

  Azad bunu heç düşünməmişdi. Mahnılar onun fikrinə necə gəlmişdisə, o da eləcə yazmışdı. İndi bu haqda düşünəndə  Baharın haqlı olduğunu gördü.

  -Bəs nə edim?

   -Gəl buna bir az xoşbəxtlik qataq!-Bahar ayağa qalxdı,-qoy uşaqlara da göstərim, bir şey taparıq,-sonra döndü,-sən yaxşısan?

  -Hə,-Azad bədənini düzəltdi,- sadəcə yorğunluq,- qızı şübhəyə salmaq istəmirdi. Bahar otaqdan birinci çıxdı, Azad da çıxmamışdan qabaq dərmanlarını ovuclayıb uddu. Əsas salona gedərkən sakitləşdiyini hiss edirdi.

   O gün “Quş və soxulcan”ın üstündə işlədilər. Mahnının oxunma tərzini olduğu kimi saxlayıb,  musiqisini gitar ilə tamamladılar. Bahar sonradan piano və ksilefon da əlavə etməyi önərdi. Məşq edərək oxudular, Azadın haqlı olaraq dediyi kimi Baharın uşaq qədər sevimli bir səs tonu vardı, bu da mahnıya xüsusi bir gözəllik verirdi. Mahnı uzun müddətli cəhdlərdən sonra istənilən kimi əyləncəli alındı, üstəlik sevinc və ümidlə dolu. Mahnını oxumaq Azad və Bahara sonsuz həzz verirdi. Mahnını uğurlu şəkildə yazdırdıqdan sonra hərə öz evinə yollandı. Bu dəfə Azad özünü çox yorğun hiss edirdi, belə ki, bir-neçə saata artıq yuxuya getmişdi.

Ümidlər və qorxularDonde viven las historias. Descúbrelo ahora