Azad nəfəsini dərib başını əllərinə söykədi. Baharın ürəyindən keçdiklərini tam olaraq demədiyini hiss edirdi, bütün kədərini və əsəblərini onu günahlandırmaqla pərdələdiyi düşünürdü. Saata baxdı: bir saata yaxın vaxt qalmışdı. Durub hazırlaşmaq istədi, ancaq qalxarkən başı fırlandı, yıxılmamaq üçün stolun qoltuğundan tutdu. Konsertdən qabaq qəhvə içib özünə gəlməyə qərar verdi.
Konsert başlamaq üzrə idi, artıq səhnənin ətrafı pərəstişkarlar axını ilə dolub-daşırdı. Əvvəlcə qrup səhnəyə çıxaraq alqış topladı. Oxunacaq ilk mahnının musiqisini alətləri ilə məşq etdilər. Mahnı köhnə mahnılardan biri- “Qəhrəmanlar” adında, tez bir zamanda məşhurluq qazanan mahnı idi. Musiqi yenidən başaldıqda artıq Azadın səhnəyə çıxma vaxtı idi. Azad hər konsertdən əvvəl olduğu kimi həyəcanlı idi. Bu bir növ imtahana girmək, ya da minlərlə insanın qabağında mühazirə oxumaq kimi bir şey idi. Dərindən nəfəs alıb səhnəyə addımladı. Elə bu an böyük bir alqış qopdu: pərəstişkarlar coşmuşdu. Hər tərəfdən onun adını çağırırdılar. Bu Azadın yaşadığı ən böyük xoşbəxtliklərdən biri idi. O da qışqıraraq hamını salamladı və mahnısını oxumağa başladı. Hər kəs xoşbəxt görünürdü, əylənir və yumruqlarını havada sallayırdı. Azad isə aralarında ən xoşbəxti idi. İlk mahnısından sonra təzə albomundan mahnılar səsləndirməyə başladı, hansı ki, auditoriyanı daha da coşdurdu. İnsanlar demək olar ki, bütün mahnıları əzbərə bilirdilər. Bir neçə mahnını Azad onlarla bir yerdə oxudu. Arada köhnə hitlərini də səsləndirdi: keçmişdə mahnıları daha canlı, daha xoşbəxt idi. Konsert boyunca həmişə pərəstişkarlarla əlaqə saxladı, səhnədə həmişəki rəqs hərəkətlərini etdi. Azad səhnədə hər şeyi unutdu; xəstəliklərini, həyatını, ehtiyaclarını. Çünki səhnə onun hər cür ehtiyacını ödəyirdi; səhnə onun özünü rahat və azad hiss etdiyi yer idi, səhnədə pis hadisə baş vermirdi, səhnədə hamı onu sevirdi. Odur ki, bir neçə mahnıdan sonra artıq özünü itirmişdi; mahnılarını oxumaqla bərabər, onun mənasına və sözlərinə uyğun hərəkətlər və mimikalarla aktyorluq etməyə başlamışdı. Tər içində qalmışdı, amma səsi hələ də canlı idi, yorulmuşdu, ancaq hər alqış və sevinc nidasıdan enerji alırdı. Nəhayət “Quş və soxulcan” mahnısına sıra gəldikdə, Baharı yanına dəvət etdi. Auditoriya çılğına döndü, hər tərəfdən Baharın adı səslənirdi. Bu mahnı da qurtardı, amma Azad Baharı buraxmadı. Gitarını əlinə alıb onunla birgə daha bir duet oxumaq istədi. Bu planlaşdırılmamışdı, odur ki, Bahar təəccübləndi. Ancaq pərəstişkarlar da qışqıraraq xahiş edincə Bahar razı oldu. Azad yenidən xoşbəxtlik qanadlarında uçurdu.
ESTÁS LEYENDO
Ümidlər və qorxular
Ficción GeneralŞöhrət və uğuru gənc yaşlarında yaxalamış, lakin dəhşətli xəstəlikdən qaça bilməmiş başarılı sənətkar dostlarının köməyi ilə öz qorxularına qalib gəlməyə və yaşamaq ümidini qorumağa çalışaraq, böyük məqsədini gerçəkləşdirməyə doğru yola çıxır. Qeyd:...