Untitled Part 11

56 12 0
                                    

Nəhayət konsert günü gəlib çatdı. Azad konsertdən əvvəlki gecə yata bilməmişdi, heç qrupun üzvləri də yatmış sayılmazdılar. Gecə yarısına kimi hazırlıqları tamamlayıb, səhər tezdən də oyanmışdılar. Musiqi alətlərini səhnədə yerləşdirib, məşqlər etdilər. Konsert axşamüstü saat 6-da başlayacaqdı, vaxtı elə seçmişdilər ki, nə konsert gec bitsin, nə də günün istisində başlasın. Konsertə bir-iki saat qala Azad artıq özünə verdiyi sözü yerinə yetirməli olduğunu düşündü. Hər şeyi konsertdən sonra da açıqlaya bilərdi, xüsusilə də Baharın başının belə qarışıq olduğu vaxtda onun zamanını almağı heç istəmirdi. Amma ürəyi sakit deyildi, özündə hər şeyi danışmaq məcburiyyəti hiss edirdi. Buna görə də dincəlmək üçün oturduğu an Baharı yaxaladı və həyəcanını gizlətməyə çalışaraq söhbətə başladı:

   -Bahar, sənə mühüm bir şey deməliyəm, daha doğrusu etiraf etməliyəm,- cəsarətini sonradan itirməsin deyə birbaşa məsələyə girişdi.

   -Nə etiraf edəcəksən?- Bahar maraqlanmış kimi görünmürdü, daha çox yorğun görünürdü.

   -Diqqətlə qulaq as, ancaq söz ver ki, həddindən artıq emosional reaksiya göstərməyəcəksən.

   -Nə demək istəyirsən axı?

   -Mən 3 ay bundan qabaq həkimə getmişdim,- Azad sözlərini ehtiyyatla seçirdi,- mənə bir xəstəliyimin olduğunu bildirdi.

   -Nə xəstəliyi?- Bahar belini dikəldib qabağa əyildi.

   Azad bir qədər tərəddüddən sonra,-xərçəng xəstəliyi,-dedi.

   Bahar nəfəsini tutdu, sərt hərəkətlə ayağa qalxdı.

  -Nə danışırsan? Zarafat filan deyil?

   -Yox,- Azad başını aşağı saldı.

  Bahar necə qalxmışdısa, eləcə də oturdu. Nə edəcəyini, nə deyəcəyini bilmirdi.

   -Hardadı?

   -Başımda,- Azad barmağı ilə işarə etdi. Bahar içini çəkdi, əlləri ilə ağzını tutdu. Sonra titrək səslə soruşdu:

   -Müalicəyə getdin? Çox güman ki, müalicəsi var, elə deyil?- deyə soruşdusa da, cavabı bildiyini düşünürdü.

  -Müalicə qeyri-dəqiqdir. Yəni sağalmaq şansı çox azdır.

  -Müalicə götürmədin?- Bahar inamsız gözlərlə ona baxdı.

  -Yox, mənası yoxdu onsuz...

  -Sən nə danışırsan? Necə yəni mənası yoxdur?- Bahar təkrar ayağa qalxdı,- səncə həyatn mənasızdır? Sənin yaşamağının mənası yoxdur? Yoxsa özünü lazımsız biri kimi hiss edirsən?- artıq gözləri yaşarmışdı, qışqırmamaq üçün özünü güclə saxlayırdı,- mən səni bu dərəcədə axmaq bilməzdim.

   -Amma nəyim qalıb ki, bu həyatda? Ailəm yox, valideynlərim, bacı-qardaşlarım, hamısı ölüb. Nəyə görə yaşamaq üçün bu qədər mübarizə aparmalıyam?

  -Axmağın biri axmaq, məgər yaşamağa heç nə yoxdur? Bəs biz burada nəyik? Məgər bir qrup yaratmamışdıq? Həmişə dost olacağıq deyə söz verməmişdik? Hələ bir üç aydır bunu bizdən gizlətmisən...

   Azad deməyə söz tapmırdı, sadəcə üzünü digər tərəfə çevirdi; Baharın gözlərinə baxa bilmirdi. Bahar isə hələ də sözünü bitirməmişdi:

  -Bəs yaxşı, işin necə olsun? Bizi fikirləşmədin, heç olmasa çöldə yığılan pərəstişkarlarını düşünmədin? Səni tanımaya-tanımaya sevirlər, bəziləri səni özlərinə nümunə götürürlər, səni belə görsələr nə fikirləşərlər? Ya öldüyünü görsələr?

  -Bahar, xahiş edirəm, üstümə belə gəlmə, əgər həqiqətən dəqiq bir yol olsa idi, mütləq sınayardım sağalmaq üçün, amma inan ki, heç bir şey dəqiq deyildi. Elə bilirsən ölməyi belə çox istəyirəm?-Azad onu yumşaltmaq üçün əlindən gəldiyi qədər sakit danışdı.

  Bahar qərarsız görünürdü. Gözlərini əlləri ilə sildi, xırıltılı səslə soruşdu:

   -Nə qədər vaxt qoymuşdu? Həkimi deyirəm.

  -İki ay demişdi,- Azad gülümsədi,- amma gördüyün kimi, hələ də ayaqdayam.

 Bahar da gülümsəməyə çalışdı, amma bacarmadı.”Sonra danışarıq”-deyib oradan ayrıldı. 

Ümidlər və qorxularOnde histórias criam vida. Descubra agora