1. bölüm- 2 Fevral 2021

88 15 13
                                    

"Buradan çıxıb hara gedək?" Yorğun baxışlarımı bəyazın hakimi olduğu qış mənzərəsindən çəkib Zərifəyə zillədim

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"Buradan çıxıb hara gedək?" Yorğun baxışlarımı bəyazın hakimi olduğu qış mənzərəsindən çəkib Zərifəyə zillədim.

"Əlbəttə ki, evə." Masada yer alan hər üç baş mənə çevrildi. Sanki zehinlərində dediklərimin ciddi olub olmadığını ölçüldülər.

"Universitetin verdiyi 14 günlük tətili evdə keçirəcəksən?" Danışan qarşımda oturan Gülər olmuştu. "Keçən il nə gözəl gəzmişdik, çoxlu videolarımız, şəkillərimiz olmuşdu. Yenə edək, gəzək, çoxlu xatirələr toplayaq. Bizə qalan sadəcə onlar olacaq."

"Ürəyim istəmir." Artıq ilıqlaşmış olan qəhvəmdən bir udum aldım. "Siz istəsəniz, gedin. Mən evə qayıdacam." Masaya çökən iki saniyəlik sükutdan sonra başları ilə məni təstiqləyib gəzinti söhbətinə qaldıqları yerdən davam etdilər. Mənsə başımı önə əyib stəkanı sağa sola çevirməyə başladım.

Üniversitetin ilk ilində yaşadıqlarımız həqiqətən əyləncəli idi. Oktyabrda maşın yarışına, noyabrda konsertə getmişdik. İmtahan stresindən biraz olsun uzaqlaşmaq üçün "Soyuq Əllər İsti Ürək"ə gedib doyunca əylənmişdik. İmtahanlar tamamilə bitəndən sonra da tətilimizi çox gözəl dəyərləndirmiş, şəhərin ən gözəl guşələrini görməyə getmişdik.

Mən ikinci kursa başlayanda isə artıq bəzi şeylər yolunda getməməyə başlamışdı. Atamın işləri get-gedə pisləşirdi. Bu səbəbdən son 5 ayım çox durğun keçmişdi. Atam heç nə deməsə də işlərinin yaxşılaşmayacağını bilirdim, çünki məndən universiteti dondurmaq barədə məlumat alırdı.

Həyatımın çöküş xronologiyasından məni çəkib çıxaran, qolumu çəkən Aytən olmuşdu.

"Hera, sənə söz deyəcəm." Başımı ona çevirib sözü deməsi üçün gözlədim. Qulağıma əyildi, əlini sözünə sipər edib danışmağa başladı.

"Qabaq masada oturan adam sənə baxırdı." Geri çəkildi və çayından bir udum aldı. Gözlərini bir an olsun məndən çəkmədən verəcəyim cavabı gözləyirmiş kimi görünürdü. Zərifə və Gülər hələ də gəzmək barədə danışırdı, fikirləri bizdən tamamilə uzaq idi.

"Mənə nə?" Çiyinlərimi çəkib qarşı masaya baxdım. "Hər kimi deyirdinsə çıxıb gedib artıq." Masaya qoyduğum telefonumdan mesaj səsi yüksəldi.

"Bax o adamı deyirəm, qapıda siqaret çəkir." Gözüm təsadüfən telefonumun ekranına ilişdi. Mesaj göndərənin adını görəndə qəlbim həddindən artıq sürətli atmağa başlamışdı.

Kimdən: Kimliksiz

Danışa bilərik?

Kimliksiz adına kontaktımda hər rast gələndə fikrim o adın gəldiyi ilk günə gedirdi və bu qəribə şəkildə mənim xoşuma gəlirdi. Ona əsla öz adı ilə səslənməmişdim. Səslənməyə niyət belə etməmişdim. Hətta ailəmlə ilk dəfə tanış olanda da onu Kimliksiz olaraq tanıtmışdım. Telefonumdan yüksələn ikinci mesaj səsi ilə yuxudan oyandım.

Kimliksizin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin