9. Bölüm - 26 Fevral 2021

24 8 19
                                    

Salamlar Səmamın ulduzları:)

Yeni bölümə xoş gəldiniz

Əgər yazım səhvlərimi görsəniz qeyd etməkdən çəkinməyin.

İnstagram ünvanım @lockedssoul

Ümid varam yeni bölümü sevərsiniz

Xoş oxumalar:)

●●●

Hər şey o qədər möhtəşəm olmuşdu ki, özüm də heyrətə gəlirdim

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


Hər şey o qədər möhtəşəm olmuşdu ki, özüm də heyrətə gəlirdim. Səmadakı ulduzlar bizim üçün yanıb sönürdü, musiqi bizim üçün çalırdı. O isə tam qarşımda qollarını mənə açmışdı. Ona doğru bir addım atdım. Qolları qırılacağımdan qorxarmış kimi zərif şəkildə belimdə yerini aldı. Məni yavaşca özünə çəkdi.

"Sonunda." Dedi zəif səsi ilə. "Sonunda oldu." Yanağımı öpdü. "Artıq heç kim bizi ayıra bilməz." Bir anda geriyə doğru düşdüm, lakin sərt yox yumşaq bir yerə düşmüşdüm. "Artıq bir bütün olacağıq." Qaranlıq olmasına baxmayaraq gözlərinin necə parladığını görürdüm, baxışlarında yer edinmiş ehtirası, sevgini hiss edirdim.

"Artıq bir bütün olacağıq." Deyə təkrar etdim. Dodaqları dodaqlarıma toxunduğu an qəlbim surətini artırdı. Dodaqlarımı aralayaraq ona imkan yaratdım məni öpə bilməsi üçün. Həyatım boyu qarşıma çıxan heç nə məni bu qədər xoşbəxt hiss etdirməmişdi. O an o qədər möhtəşəm idi ki...

Belimdəki qolları, birləşmiş dodaqlarımız, sürətlə atan qəlbim...

Hər şey möhtəşəm idi.

Mən yuxudan oyanana qədər...

Qurduğum saat çalmağa başlayanda yerimdə dik atıldım. Az qala yataqdan düşəcəkkən son anda özümü yığışdırıb ayağa qalxdım. Birdən birə oyanmağımın təsiri ilə otağa göz gəzdirdim. Hər şey gecə necə idisə indi də elə idi. Kimliksiz yox idi, belimi qucaqlayan qollar, məni öpən dodaqlar...

Hamısı yuxunun bir parçası idi.

Dərin bir nəfəs aldım.

Bu necə yuxu idi belə? Mən hislərimi cilovlamağa çalışarkən bu qədər irəli getmiş bir xəyal məni çətinə salmaq üçün bilərək mi göndərilmişdi? Bəs mən onun üzünə necə baxacaqdım? Mədəmdə hiss etdiyim bu qarışıqlıq bir yandan məni narahat etsə də bu qədər yaxşı hiss etdirməsi normal idi?

"Sadəcə yuxu idi. Unudulub gedəcək. Əlini üzünü yu və hazırlan." Öz özümə verdiyim əmrlə hamam otağına keçib soyuq su ilə yuyundum, gəlişigözəl hazırlandım və otaqdan çıxdım. Kimliksiz yemək süfrəsini çoxdan hazırlamış, hətta oturmuş yeməyini yeyirdi. Məni görəndə geniş gülümsəməsi dodaqlarında yerini aldı.

"Sabahın xeyir." Dedi.

"Sabahın xeyir." Zəif çıxan səsimlə ona baxmamağa çalışaraq özümə çay süzdüm və masa qarşısındakı yerimə oturdum

Kimliksizin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin