14. Bölüm- 5 Mart 2021

15 7 6
                                    

Salamlaaar

Medyada Hera və Kimliksiz var. (Şəkil tapa bilməyib özüm çəkmişən hihi.

Ümid varam yeni bölüm xoşunuza gələr.

Xoş oxumalar:)

●●●

G

ünə çox gözəl başlamışdım. Kimliksizin yanında yatmağıma baxmayaraq, yatağımda oyanmış, kəsintisiz bir yuxudan sonra bütün enerjimi toplamışdım. İçdən içə Kimliksizin məni otağıma gətirdiyini bilir, bunun üçün özümü buludların üstünə çıxmış kimi hiss edir və oyanandan bəri dəli kimi gülümsəyirdim.  Dünənə nisbətən çox daha yüksək əhvali-ruhiyyəyə sahibkən iş üçün erkəndən oyanıb yataqda oturdum. Telefonumda Lidyadan gələn bir ton mesaj var idi. Əksəriyyəti ad günümdə çəkilmiş şəkillər olsa da arada mənə hazırladığı albomu axşam gətirəcəyinə dair mesajlar da var idi. Yazdığım təşəkkür mesajından sonra şəkillərdən birini seçib paylaşmaq düşüncəsilə hamam otağına keçib işlərimi həll etdim. Geri qayıdanda telefonumda yeni bir şəkil və yeni bir mesaj daha vardı.

Kimdən: Bilinməyən nömrə

Tanış olacağımız günü səbirsizliklə gözləyirəm.

Şəkil, təxminən, mənim yeni oyandığım və telefonda şəkillərə baxarkən çəkilmişdi. Nə reaksiya verəcəyimi bilmədən aralı dodaqlarımla pəncərədən çəkilmiş şəklimə baxırdım. Qəlbim boğazımda atırdı qorxudan. Gözüm qaralır, əllərim titrəyirdi. Nə edəcəyimi, kimə deyəcəyimi bilmirdim. İlk şəkil şirkətin kafesində çəkildiyindən vecimə almamışdım, ancaq bu mənim otağımın pəncərəsindən çəkilmişdi. Bəs necə və niyə? Mənim kimi lazımsız birinə belə hədəqorxu gəlmək kimin nəyinə lazım gələ bilərdi ki?

Özünə gəl, Hera.

Başımı sağa sola yelləyib ayağa qalxdım və pərdələri sona qədər çəkdim. İş geyimlərimi geyindikdən və saçlarımı topladıqdan sonra mətbəxə keçəndə özünə qəhvə tökən Kimliksizlə qarşılaşdım. Məni görməyi gözləmirmiş kimi bir bir halı vardı.

"Hera? Bu gün istirahət edəcəyini düşünmüşdüm."

"Mən... işə getmək istəyirəm."

"Sənə nə olub?" Kölgə düşmüş baxışları üzərimdə gəzindi. Qəhvə fincanını masaya qoyub mənə yaxınlaşdı. "Solğun görünürsən." Dedi əlini alnıma qoyarkən. Əlini tutub itələdim.

"Yaxşıyam."

"Yox, deyilsən."

"Yaxşıyam " dedim daha yüksək səslə. O da daha çox üstələmədi. Durğun halda məndən uzaqlaşıb qəhvəsini aldı və masa qarşısına oturdu.

İçimdən bir səs bunu, yəni mənə bilinməyən nömrədən gələn mesajları Kimliksuzlə bölüşməyimin yaxşı olacağını təkrar təkrar desə də görməzdən gəldim. Çünki Kimliksizi çox yormuşdum. Həll edə bilməyəcəyim hala gələnə qədər bu məsələni gizlətmək mənim və onun eçün daha yaxşı olacaqdı. Artıq mənimlə kiçik bir uşağammış kimi rəftar edib qayğıma qalmasını, mənim üçün çalışarkən yorulmasını istəmirdim. Yox, bu olmayacaqdı.

●●●

"Növbətçi xəstə olduğunu demişdi."

"Hə xəstəxanaya getməli oldum." Bir yandan Lidyanın göndərdiyi şəkillərdən seçməyə çalışarkən, digər yandan da Maria ilə söhbət edirdim. Fikrimi məşğul edəbiləcək bu qədər hadisə ətrafımda dövrə vurarkən zehnimi ələ keçirən tək şey səhər gələn mesaj idi. 

Kimliksizin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin