2. bölüm- 4 fevral 2021

37 10 10
                                    

Kimliksizlə olan söhbətimizin üzərindən artıq 2 gün keçmişdi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Kimliksizlə olan söhbətimizin üzərindən artıq 2 gün keçmişdi. Məni ölkədən çıxarma planının nə olduğu haqqında qram fikrim olmadığı və atamın verəcəyi reaksiyanı təxmin belə edə bilmədiyim üçün vaxtın keçməsi ilə yaranan səbirsizlik hissi artıq qorxuya çevrilməyə başlayırdı.

Anam otağıma daxil olanda üçüncü dəfə başlamağıma baxmayaraq fikrimi verə bilmədiyim kitabı örtüb çalışma masasına qoydum və anama döndüm.

"Atan səninlə danışmaq istəyir."

"Nə barədə?" Çiyinlərini çəkib otaqdan çıxdı. Çox durğun görünürdü. Bu yerdə məsələnin nə olduğunu anlamamaq mümkün deyildi: Kimliksiz atamla danışmışdı. İndi isə nəticələrlə üzləşmək vaxtı idi.

Anamın ardınca otağımdan çıxdım və salona keçdim. Anam, atam və qardaşım Əli hər üçün divanda əyləşmişdilər. Anamın ifadəsinə hakim olan durğunluğu atamın da üzündə oxumaq mümkün idi. Qardaşım Əli isə eləcə oturub danışılacaqları gözləyirdi.

Keçib onların qarşısındakı kresloda oturdum.

"Hera, sən bilirsən məsələ nədir? Mən gələndən bəri sakitcə oturublar." Susdum. Heç nə demədim. Kimliksizin atama nə dediyini bilmirdim. Ona görə də sözə ilk girənin atam olmasını istəyirdim.

"Bilir." Dedi atam. "Bəllidir ki, qərarını da verib."

"Nə qərarı?" Atamın dediklərindən sonra Əli mənə baxdı. "Nə baş verir burada?"

"Bunu, həqiqətən, istəyirsən?" Atam Əlinin suallarını qulaqardı edərək oturduğu yerdə mənə çevrildi. Rahatlamaq və stresi bir nəbzə olsun azaltmaq məqsədilə dərin bir nəfəs alsam da öz nəfəsimdə boğulduğumu hiss edirdim.

"Qızım." Yorğun səsi ilə təkrar danışdı. "Vəziyyətimizi bilirsən. Mənim artıq gücüm çatmır. Bacarmıram. O da mənə belə bir təklifi olduğunu və sənin də razı olduğunu dedi. Əgər bunu bacaracağını düşünürsənsə, get."

"O kimdi? Hera hara gedir?" Başı qarışmış olan Əli bir atama, bir anama baxırdı.

"Mən gedirəm. Kimliksizlə."

"Haraya?"

"Ingiltərəyə, Londona."

"Səbəb?"

"İş tapmışam."

"Atam da buna icazə verir?"

"Əli." Atam dərin bir nəfəs aldı və əlini Əlinin dizinə qoydu. " Hera artıq 20 yaşındadır, tələbədir. Eynən sən də. Doğru olduğunu düşündüyünüz qərarları verərkən məndən icazə almağa məcbur deyilsiniz. Gələcəkdə bir çox ciddi qərar qəbul etməyə məcbur olacaqsınız və mən yanınızda olmayacağam. Ona görə də öz ayaqlarınızın üzərində durmağı öyrənməlisiz. Anam və atam öləndə mən hələ ikinci kursda oxuyurdum. Heç bir qohumum, heç bir dostum mənə dəstək olmadı. Bu yad şəhərin qollarında tək başıma oxudum, işlədim, öz həyatımı qurdum. Heç kimin köməyi olmadan bunu bacardım. İndi isə öz həyatınızı qurmaq vaxtıdır."

Kimliksizin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin