12. Bölüm- 3 Mart 2021

26 10 40
                                    

Əvvəla salam:)

Yeni bölümə xoş gəldiniz ulduz ilə komenti əskik etməyənlər və səssizcə oxuyub keçənlər. Bu hissəni oxumadan keçmiyin.

Bu kitab gələcəkdə oxunarmı bilmirəm. Hal hazırdakı oxunmasından da məmnunam düzünü desək. Yenə də bu açıqlamanı sizə borcluyam.

Mən bütün obrazlara bir rol model tapa bilərəm. Heraya, Michaelə, Mariaya, Lidyaya. Lakin Kimliksizə tapa bilmərəm. Çünki mən bu kitabı ilk yazanda Kimliksizə ad belə verməyə çəkinmişdim. Nə olursa olsun heç bir adı ona yaraşdırmırdım. Zehnimdə var olan bu insana heç cürə ad verə bilməzkən bir model də seçə bilmərəm. Onu qıvırcıq saçlı, mavi gözlü biri olaraq bilməyinizi istəyərəm. Yenə də illustrasiya rəsmlər qoyacağam Hera və Kimliksizi ifadə edən:)

Eynən medyadakı kimi:)

Nəysə bölümə keçək. Xoş oxumalaar:)

●●●

Siz hiç,kırıldığınız yerlerden tamir olup defalarca aynı yerden kırıldınız mı? Paramparçayken,tuzla buz olmuşken tekrardan parçalanmak için birleştiniz mi? Bile bile yürüdünüz mü acıya? Hiç, ''Sonunda acı olduğunu bile bile neden seviyorum ki seni...

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Siz hiç,kırıldığınız yerlerden tamir olup defalarca aynı yerden kırıldınız mı? Paramparçayken,tuzla buz olmuşken tekrardan parçalanmak için birleştiniz mi? Bile bile yürüdünüz mü acıya? Hiç, ''Sonunda acı olduğunu bile bile neden seviyorum ki seni?'' dediniz mi? Dediyseniz, siz de kırık bir kızsınız demektir. Ve kırık bir kızı etkilemek, hiç ama hiç zor değildir, en iyi siz bilirsiniz.

                          Cemal Süreya

"Hera." Məni çağıran səsi qulaqardı edərək yataqda sağıma döndüm. "Hera, oyan." Səs, başımı ələ keçirən ağrıya duz bibər olub məni məhv etməyə başlamışdı. Sanki beynimin içində bir fil sağa sola təpinirdi. "HERA." Səsin yüksəlməsilə yerimdə dik atılıb yatağın bir küncündə oturan Kimliksizə baxdım.

"Nə var?"

"Bu nədi belə?" Çatıq qaşları ilə verdiyi sualdan sonra başıyla pəncərə önündəki siqaret kötüklərini və yarısı bitmiş Jack Daniels'i göstərdi. Baş ağrımın səbəbini görmək məni daha da narahat etdiyindən qaldırdığım başımı təkrar yastığa qoydum.

"Bağışla, səndən icazəsiz aldığım üçün."

"Məsələ məndən icazə almaq deyil, Hera. Səni bu qədər içməyə nə vadar etdi?"

Sən deyə bilmədim. Gözlərinə baxdım, gözlərimi yumdum. Birdən barmaq ucları saçlarım arasından keçib boynumu qavradı, yavaş hərəkətlərlə boynumun arxasını ovuşdurması baş ağrımı bir nəbzə də olsa azaldırdı.

"Yaxşı görünmürsən." Narahat səsi qulaqlarımı oxşadı.

"Yaxşı deyiləm." Çatlamış, yorğun səsimi ona eşitdirdim.

"Niyə bu qədər içdin?"

"Ad günüm idi. Yalnızkən ad günümü necə qeyd etməyimi umurdun ki?"

Kimliksizin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin