4. Bölüm- 20 Fevral 2021

27 8 38
                                    

Səhəri qapının sərt şəkildə vurulması ilə açdım. Kimliksizin hər səhər 07:30-da evdən ayrılması və evə gələndə, əsasən, açardan istifadə etməsi ilə yanaşı, təmizlik şirkətindən gələcək olan çalışanların da gəliş günü olmadığı məlumatına sahib idim. Yəni gözlədiyimiz hər hansı birinin olduğunu düşünmürdüm.

Burada tanıdığım insan sayı bir əlin beş barmağını keçmədiyindən əvvəlcə çalıb-çalıb gedəcəyini düşündüm. Qapıdakı şəxs getmək yerinə daha sərt zərbələr endirməyə başlayanda  məcbur olub yataqdan qalxdım və  söyə-söyə qapını açdım.

"Səhər-səhər nə olub? Nə istəyirsən?" Əvvəlcə, sanki qapı öz-özünə açılmış kimi məni görməzdən gələrək içəri girdi, sonra yuxudan yeni ayılmışcasına heyrətlə mənə döndü. Boyu həddindən artıq uzun olduğundan mənə yuxarıdan aşağı baxırdı, ifadəsinə naxış salan sərt baxışları, insana, istər-istəməz güvənilməz biri olduğunu düşündürürdü. Üzündəki incə qırışları, kəmərli burnu və soyuq baxışları güvənsizlik abidəsinə duz bibər olmuşdu.  Hər şey bir yana, damdan düşərmiş kimi məndən icazəsiz evə daxil olması daha dəhşətli bir təsir bağışlayırdı.

Mən qorxudan səsini çıxartmazkən, o iyrənən baxışlarını gizlətmədən məni başdan aşağı süzdü. Yaxşı, üstümə normaldan çox-çox bol olan hoodie, qısa şort və üstündə pizza dilimləri olan corablarımla elə də yaxşı görünmədiyimi bilirdim. Evə gözlənilmədən girən və məni yuxulu şəkildə qapının qarşısına gətirən o ikən məni yarğılama haqqı olduğunu düşünmürdüm.

Nəsə dedi, yuxulu zehnim dediyi hər nə idusə əvvəlcə anlaya bilmədi, ona görə də təkrar etməsini xahiş etdim. Əsəb və tükənmiş səbri ilə sözləri tək tək deyərək daha aydın şəkildə sualını çatdırdı.

"Sən kimsən və burada nə işin var?"

Barmağımla özümü işarət edərək əmin olmaq istədim.

"Mən?"

"Burada sən və məndən başqa kimsə yoxdursa, sualı özümə verəcək deyiləm."

"Evə anidən gəlib məndən icazəsiz içəriyə daxil olan və tanımadığım adam olan sən mənə bu sualı verirsən? Sualı elə özünə versən yaşıdı, çünki bu vəziyyətdəyəmsə..." əllərimi yuxarıdan aşağı hərəkət etdirərək geyimimi təqdim etdim. "...deməli burada icazəsiz qalmıram və əgər mənim buradakı varlığımla əlaqəli hər hansı problemin və ya sualın varsa, mənə yox Ki-" bir an dayandım. Ona Kimliksiz deyən tək mən olduğum üçün böyük ehtimal anlamayacaqdı. Odur ki, adı ilə səsləndim. "Anthony ilə görüşsən yaxşı olacaq. İndi ." Qapını tamamilə açıb ona çölü göstərdim. "Zəhmət olmazsa mənim kim olduğumu sorğulamaq yerinə buranı tərk et! Səni tanımıram və burada durmağın məni narahat edir." Gözlərini qısaraq güldü. Qapının alt hissəsinə ayağı ilə vurması, qapının yavaş hərəkətlərlə örtülməsiilə nəticələndi.

"Bu ev..." əlini qapıya qoydu. "...sənin..." mənə doğru yaxınlaşdı, qorxudan nəfəsimi tutmuş halda arxamdakı divara daha da söykəndim. "... deyil." Mənə olan yaxınlığı, nəfəsini üzümdə hiss etməyimə səbəb oldu. "Harada qalıb haradan gedəcəyimə də..." Danışarkən artıq dodaqları yanağımla təmas etməyə başladı. Qorxunun üzərimdəki yükü o qədər artmışdı ki, qəlbim sürətini azaltmadan dörd nala qaçan at misalı sürətlə atırdı. "... özüm qərar verərəm." Yanaqlarımla təmas edən dodaqları artıq boynuma doğru yol almağa başlayanda beynim onu itələməyi üçün siqnallar göndərirdi, keçirtdiyim şok isə inadla əl qolumu zincirləmişdi. Hərəkətsizcə olacaqları gözləyirdim.

Kimliksizin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin