6. Bölüm - 23 Fevral 2021

29 10 19
                                    

Saatı yeddiyə qurmağıma baxmayaraq saat altıdan oyandığımdan tezcə hazırlanıb dərslərin başına keçmişdim

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


Saatı yeddiyə qurmağıma baxmayaraq saat altıdan oyandığımdan tezcə hazırlanıb dərslərin başına keçmişdim. Dərslərim bitəndən sonra süfrəni də hazırlayardım, yemək də yeyərdim. Odur ki, komputerdəki mühazirələri oxuyub əsas yerlərini qeyd dəftərimə yazdım.

Masa başından qalxanda artıq saat 07:15 idi. Dərslər bitməsə də süfrəni hazırlamalı olduğum üçün qeydləri aldığım dəftəri çantama qoydum ki, işdə yemək arasında oxuya bilim.

Hər şeyimi topladım, çantamı hazırladım və mətbəxə keçdim. Kimliksizi mətbəxtə görəndə heyrətlənmişdim. Məndən əvvəl davranaraq artıq süfrəni hazırlamış, çayı dəmləmişdi, hətta doğradığı göbələklərdən gördüyüm qədər ilə göbələkli yumurta hazırlayırdı. Mətbəx qapısında heyrətlə ona baxdığımı görəndə geniş gülümsəməsi üzünə yayıldı

"Sabahın xeyir." Dedi yumuşaq səsilə.

"Sabahın xeyir." Deyə qarşılıq verdim.

"Keç otur." Dediyini elədim. Bir neçə dəqiqə sonra bir fincan südlü çayı və bir boşqab yumurtanı qabağıma qoydu.

"Dünən üçün üzr istəyirəm. Sənə bacımın evə gələ biləcəyini əvvəlcədən deməli idim."

"Üzr istəmək üçün belə bir süfrə hazırlamağın vacib deyildi. Heç üzr istəməklik bir məsələ də yoxdur."

"Yox, səni tanımadığın insanlarla istəmədiyin münasibətlərə girməyə məcbur edən mənəm. Əvvəl qardaşım, sonra bacım. Bu süfrədən artığına layiqsən." Sadəcə başımı yellədim və çayımdan bir udum aldım.

"Kimliksiz, sən mənim gələcəyimi xilas etməyimə kömək etdin. Gəl belə edək. İkimiz də bu yolda bir-birimizə daima dəstək olacağıqsa, əsla üzr istəməyək və təşəkkür etməyək." Gülümsədi. Bu düşüncənin uşaqca olduğunu mən də yaxşı bilirdim, lakin bizim aramızdakı münasibət, hər nə qədər xoşuma gəlməsə də, dostluqdan çox qarşılıq tələb edilən bir münasibət idi; mən ona ailəsi barədə kömək edirdim, o da mənə iş vermişdi. Bunun üçün də üzrlərin və təşəkkürlərin yersiz və lazımsız olduğu açıq idi.

"Necə istəyirsənsə." Qısa söhbətimizdən sonra səssizliyin də iştirakı ilə yeməyimizi yedik, maşına mindik və yola düşdük. Son iki gündür qar yağmırdı. Hətta qarlar əriməyə belə başlamışdı. Günorta tutqun səmanı aydınladan titrək günəş işıqlarından sonra gecə düşən şaxta, qar suyunu donduraraq həm sürücü, həm də piyadalar üçün təhlükəli bir şərait yaradırdı. Bir neçə dəfə yolu keçməyə çalışan piyadaların sürüşərək yıxıldığına şahid olmuşdum, hətta xəbərlərdə də sürüşən yola görə baş verən nəqliyyat qəzalarını görmək mümkün idi.

"Bu gün iclas var?" Kimliksizin səsi ilə fikrim bulud kimi dağılmışdı.

"Bu gün aylıq büdcə iclası olacaq." Başı ilə təstiqlədi. "Michael gələcək?" Sualım onu durğunlaşdırmışdı, oturduğu yerdə narahat şəkildə tərpəndi. Michael şirkətin yüzdə iyirmi hissəsinə sahib olduğu üçün bu iclasda yer alması məcburi kimi bir şey idi, yenə də mən onunla qarşılaşmağı istəmirdim.

Kimliksizin GündəliyiHikayelerin yaşadığı yer. Şimdi keşfedin