2🍓

1K 153 318
                                    

"Baxma telefona! Baxma! Lənət olsun! Baxma!"

Masanın üzərində olan telefonuma baxmamağa çalışıram. Çünki ağlımda sonumu heç yaxşı etməyəcək bir fikir var idi!

Cəmi bir neçə saat bundan əvvəl mağazaya getmişdim çiyələkli süd almaq üçün. Gəl gör ki, o böyüklükdə mağazada cəmi bir ədəd çiyələkli süd qalmışdı! Cəmi bir! Onu da tam mən mağazaya daxil olanda, bir oğlan almaq üçün kassada idi. Gözümün önündə çiyələkli südümü aldıqdan sonra terminala yönəldi və kontur yüklədi. Təsadüfə bax ki sən onun nömrəsi (anasının və ya atasının belə ola bilərdi) yadımda qaldı. Heç nəyi yadında saxlaya bilməyən mən, səbəbsizcə o nömrəni yaddaşıma qeyd etdim. Axmaq kimi.

İndi evdə olmağıma rəğmən onun çiyələkli süd əlində mağazadan çıxmasını unuda bilmirəm. Axı o mənim olmalı idi! İlahi!

Evimin yaxınlığında bircə dənə mağaza var idi. Bircə dənə. O mağazada sağ olsun, bir məhsulu qurtarmayıncaya qədər gətirmir. Çox sağolsun! Çox!

Çiyələkli süd mənim həyatım idi. Onsuz bir günü belə keçirəcəyim ağlıma belə gəlməzdi. Hər gün bu vaxtlarda gedib 1-2 qutu alar, bütün günü idarə edərdim! Sonra da ya kinoya baxar, ya da bir şeylər yazardım.

Bu günsə..onun üzündən..ÇİYƏLƏKLİ SÜDDƏN MƏHRUM OLMUŞDUM. Oğru idi! Çiyələkli südümün oğrusu! Lənətə gələsən səni!

Telefonu necə götürdüyümü bilmədən, artıq kontaktlara daxil olmuşdum belə. Sabahdan bəri beynimin içində təkrar olan rəqəmləri yazıb "çiyələkli süd oğrusu" adı ilə qeyd etdim.

Bunu etməməliyəm. Nə qədər ki, gec deyil tök bu daşı ətəyindən Dəniz!

Yenə masanın bir kənarına itələdim telefonu. Yazmayacaqdım heç nə. Nə yəni sabaha qədər dözə bilməzdim çiyələkli süd həsrətimə? Dözə bilərdim..güclü idim axı mən.

Amma əsəbimi və nifrətimi qusmamış sakitləşə bilməyəcəkdim!

Telefonu alıb telegrama girdim cəld. WhatsApp deyil də Telegram.

İstifadəçi adım Ceraunophile idi. (Şimşək və göy gurultusunu sevən şəxs)

Telegram istifadə edirdi görəsən? Nömrəsini axtarış yerinə yazdığımda gəlmişdi. İstifadə edirmiş,  "çiyələkli süd oğru" muz.

Üzümdəki böyük gülümsəmə ilə ağlımdakı mesajları yazmışdım belə.

Siz: Mağazada qalan son çiyələkli südü sən almaq məcburiyyətində idin? (18:17)

Siz: Mən alacaqdım onu. (18:17)

Siz: Yaxşı ki, MilliÖn-də kontur yükləyəndə telefon nömrəni gördüm. (18:18)

Siz: Yoxsa necə nifrətimi qusacaqdım?
(18:18)

***

Son🍓
Çiyələkli südlə qalın🍓

ÇİYƏLƏKLİ SÜD..🍓/ yarıtextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin