16🍓

330 73 294
                                    

...

Uşaqkən oynadığım bir oyun yadıma düşmüşdü nədənsə. Dondurma, kim gülsə onda! Eyni o oyundaki kimi qalmışdım, hərəkətsiz. Sadəcə eyni mesajı dəfələrlə oxuyur, düz oxuduğuma əmin olmaq istəyirdim.

O yazdığı..doğru idi mi? Yoxsa sadəcə mənimlə oynayırdımı? Bu suallara heç bir cavabım yox idi ancaq ki, əmin olduğum bir şey var idi; o da mənim qəlbimin ritmini sürətləndirirdi.

Amma mənə maraqlı idi, məmi görməmişdi, haqqımda demək olar ki heç nə bilmirdi, amma yenə də məndən xoşu gəlirdi..Buna inanmaq nə dərəcə də, düzgün olardı? Görmədən, səsini eşitmədən sevmək mümkünmüydü ki?

Ona cavab yazacaqdım təbii ki də. Aradan qaçmaq heç mənlik deyildi, üzləşməli idim. Həm də..əslinə qalsa bu bəlanı özüm açmışdım başıma.

Ey Çiyələkli Süd..nələr açdın başıma sevdiceğim?

Udqunub cavab yazmağa başladım. Hələ də online idi, cavab gözləyirdi böyük ehtimal.

Siz: Axı.. (16:02)

Siz: Bu nə dərəcə də mümkündür? (16:02)

Siz: İnsan görmədiyi birini necə sevə bilər, Fərid? (16:03)

Ç. S. O: Sənə xarici görünüşün önəmli olmadığını öyrətməyiblər deyəsən. (16:03)

Siz: Sən məni görməmisən, Fərid. (16:04)

Siz: Və mən qorxuram. (16:04)

Siz: Məni görəcəyin gün (16:05)

Siz: Aramızdaki hər şeyin bitə biləcəyindən qorxuram. (16:05)

*

Xarici görünüş önəmli deyildi yəni? Əlbəttə, önəmliydi, boş-boş yalanlarınızı kənara atın.

Gözəlsənsə, həyata bir sıfır öndə başlayırdın, çünki hara gedirdinsə göz önündə olan sən olurdun. Və yaxud da varlı idinsə..hər kəs səninlə dost olmaq istəyirdi. Amma bunların heç biri yoxsa, onda həqiqi məna da həyatın pis üzüylə qarşılaşacaqsan deməkdir.

Bu dediklərim, oğlanlardan çox qızlara aiddir əslində. Sizə sadəcə xarici görünüş səbəbiylə yaxınlaşanlardan uzaq durun. Çalışın, öz ayaqlarınızın üzərində durasınız, güclü olasınız. Ən birincisi oxuyasınız.

Çox belə şeylərə şahid olmuşam, ailə çox çalışıb öz övladlarını hazırlığa qoyur, amma nəticəsində övlad oxumaq əvəzinə sevgili tapır. Üstəlik də əllərində özlərindən yekə telefon, hər şey edirlər. Nə dərəcə də normal idi bu?

Nəysə hardan-haraya gəldik!

Xarici görünüş..

Çirkin deyildim əslində.

Amma ayaqlarım..

Bunu necə izah edəcəkdim? Ömür boyu yeriyə bilməzdim mən, ona yük olmaq istəmirdim.

Bunu çox düşündüyümü, türklər demişkən 'kafama taktığımı' düşünə bilərsiniz, amma sizdən sadəcə məni anlamağınızı istəyirəm.

Bir insanı anlamağın ən yaxşı yolu, özünü onun yerinə qoymaqdır, deyə oxumuşdum hardansa. İndi, məni anlamaq üçün, özünüzü mənim yerimə qoymağı sınayın.

Necə davranardınız?

Heç nə olmamış kimi, görüşməyə gedərmiydiniz, onla?

Özünü onun yerinə qoy demişkən..Fəridi də anlamaq lazımdır, əslində. Sən düşün ki, nə vaxtdır kim iləsə danışırsan, onun necə biri olduğunu bilmirsən, və üstəlik ondan xoşun gəlməyə başlayır. Görmək istəməzmiydim onu? Əlbəttə istəyərdim..

Bu hekayədə hamı haqlı çıxır be aga!

Bəlkə..

Bəlkə onunla görüşüm? Nə olursa olsun, sınamaq istəyirəm. Zatən məni o halda görüb əlaqəni kəssə onunla heç danışmamalıyam demək idi həm də, bu. Xarici görünüşə görə yarğılayarsa..

Bəli, onunla görüşəcəyəm. Hər şeyə rəğmən.

Telefonu əlimə alıb, telegram'a girdim.

Siz: Fərid.. (18:03)

Siz: Sabah saat 3-də, *** parkında ola bilərsən? (18:04)

*

Salam, əzizlərim, necəsiniz? <3

Cənnətin beyninin içində üçüncü dünya müharibəsi gedirdi, və nəhayət tərəfdaşlardan Fərid ilə görüşmək istəyən qazandı skksodksjisksdjjs

Böyük ehtimal bundan sonra final bölümüdür, hazır olun, canlarım ♡

Sizi sevirəm )

ÇİYƏLƏKLİ SÜD..🍓/ yarıtextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin