15🍓

352 74 324
                                    

Adi, adi ən adi və sıxıcı günlərdən birini daha yaşayırdım. Mükəmməl. Niyə mənim həyatım belə sıxıcıdır? Niyə də niyə ! Instagram'dan camaatın həyatının necə maraqlı olduğunu izləyirdim, baxırdım, və 'ilgilenmiyorum'a basırdım. Mənə lazımdı onların 'ekşınlı' həyatları? Ya da bilmirəm, bəlkə də elə göstərmək istədikləri həyatı?

Off nəysə!

Qalın dərs kitablarımdan birini alıb arabamı pəncərənin qarşısına gətirdim. Dərs oxumalı idim! Beynimdə dolaşan gərəksiz və lazımsız düşüncələrdən qurtulmağın ən yaxşı yolu bu idi, kim nə deyirsə desin.

'Kim ne derse desin aşk için' beynimin içimdən keçən musiqini susdurub, diqqətimi dərsə verməyə çalışdım. Çalışdım, çünki indi də ağlım Fəridin iki gün öncə dediklərini düşünürdü. O yazdığından sonra geri cavab yazmamışdım. Yazmayacaqdım!

Mən.. onunla görüşə bilməzdim, ona bunu açıqlamağa çalışmaq heç istəmirdim. Əgər görüşsə idik, nəyin nə olduğunu anladığı an üz ifadəsini görmək istəmirdim. O baxışlarda 'yazıq' ifadəsini görəcəyimə əmin idim. Harasa gedəndə insanların dönüb-dönüb bizim kimilərə baxması kimi..

Evdən çıxmağı, harasa gəzməyə getməyi sevirdim əlbəttə, və bəzi düşüncəsiz insanlara görə bundan əl çəkməzdim də. Ancaq ki..hələlik Fəridlə bağlı nə edəcəyimi qərarlaşdırmamışdım deyə belə alınmışdı.

Bu səfər düşüncələrimi həqiqətən susdurduğuma əmin olaraq kitabdan oxumağa başladım, fikrimi heç nə dağıtmamışdı hələ ki.

*Bildiriş səsi*

Tez danışdım deyəsən. Kim yazıb, görən?

'Dərs oxumalıyam, mənə lazım deyil.'

Görəsən, nə yazılıb?

'Mənə maraqlı dey-'

Lənətə gələsən! Özümə söyə söyə telefonu alıb baxdım. Bir bildiriş səsinin topladığım diqqətimi dağıtmağı cəmi bir saniyə çəkmişdi. Ah, ah, görürsüz? Bu qədər acımasızdı bu həyat.

Mesaja baxdım. Onsuz da ondan başqa heç kimin yazmayacağını bilirdim, ancaq yenə də mesajın ondan olduğunu görəndə qəribə hisslər keçirməyə başlamışdım. Damn it!

Ürəyim sözümə baxmır bu aralar nəsə. Yanlış yollardayam. Allahım, nəydi günahım?

Ç. S. O: Mən yazmasan heç yazmaq fikrin olmayacaq deyəsən. (15:22)

Siz: Bəziləri sənin kimi boş bekar deyil nə yazıq ki. (15:26)

Ç. S. O: Masamdaki qalın fizika kitabını görsəydin heç elə deməzdin..(15:27)

Siz: Onda get oxu? (15:28)

Ç. S. O: Bayaqdan oxuyuram, fasilə verməyim yəni, yazıq deyiləm mən? (15:28)

Siz: Sən də mənim dərs oxumağımı böldün. (15:28)

Siz: Diqqətimi yeni toplamışdım. (15:29)

Siz: Bildiriş səsi diqqətimi necə böldüsə, uzun müddət toplana bilməyəcək. *qaşqabaqlıemoji* (15:29)

Ç. S. O: Uhmm, sorry madam! *dişlərinigöstəribgülümsəyənemoji* (15:30)

Siz: Madmazel olacaqdı. (15:30)

Ç. S. O: Sənin haqqında daha bir şey öyrəndim! (15:31)

Maraqlı baxışlarımı pəncərəyə çevirib düşünməyə çalışdım. Nə ola bilərdi?

Siz: Nəymiş o elə? (15:34)

Ç. S. O: Səhv düzəltməyi çox sevdiyini ;) (15:34)

Önəmli bir şey sanmışdım. Mal kafam!

Siz: -,- Önəmli bir şey sanmışdım. (15:35)

Ç. S. O: Sənin haqqında öyrəndiyim hər şey mənim üçün önəmlidir, madam. (15:36)

Ç. S. O: Madmazel olacaqdı da nəysə. (15:37)

Ekrana donub qalmış bir şəkildə baxmağım xaricində başqa bir problem yoxdur!

Dərin nəfəs alıb, içimdəki az-az mənə qonaq olan utancaq qızı geri itələyib, sərt və cavab istəyən qızı geri gətirdim.

Siz: Nə demək istəyirsən? Niyə önəmli olsun ki, Fərid? (15:39)

Ç. S. O: Önəmlidir, çünki səni daha yaxından tanıyıram. (15:40)

Siz: Mən də onu deyirəm, neyniyirsən yaxından tanıyıb? Nəyinə gərəkdi? (15:41)

Ç. S. O: Çünki tanımaq istəyirəm? Nə də olsa səninlə danışırıq, söhbət edirik, məni güldürürsən..bunlar tanımağımı istəməyim üçün yetərli səbəb deyilmi? (15:43)

Siz: Yaxından tanımaq istəməyin üçün, xeyr. Onsuzda bu danışmağımız müvəqqətidir, nə zamansa bezəcəyik və adımızı belə yadımıza salmayacayıq. Haqqımda öyrəndiyin şeyləri beynin lazımsız bir məlumat kimi siləcək. Niyə özünə əziyyət verəsən ki? (15:45)

Ç. S. O: Məni məcbur edirsən..(15:45)

Siz: Nəyə? (15:46)

Ç. S. O: Birincisi..bu danışmağımız müvəqqəti olmayacaq, olmamalıdır. (15:47)

Ç. S. O: İkincisi, insan sənin kimi birindən niyə bezsin ki? (15:48)

Gülümsədim, cacab yazmaq istədim, ancaq hələ da yazdığını görüb, dayandım.

Ç. S. O: Üçüncüsü, sənin haqqında öyrəndiklərim, və sən.. heç zaman lazımsız məlumat kimi silinməyəcəksən. (15:49)

Ç. S. O: Əslində üç dənə olmalıydı, amma nəysə. (15:50)

Ç. S. O: Dördüncüsü, insan qəlbinin ritmini dəyişdirən birini..yaxından tanımaq istəməzmi? (15:51)

*

Cənnət şok, Cənnət iptal! Bsbzksjsksks

Uzun zamandan sonra bu sətirləri yenidən yazmaq gözəldir, fəqət ki finalın yaxınlaşması biraz kədərlidir. **

Fəriddən etiraf gözləyəniniz var idi heç?

Sizcə Cənnət nə edəcək?

Başqa fikirləriniz varsa sevərək oxuyaram ♡

Görüşənə qədər. :)






ÇİYƏLƏKLİ SÜD..🍓/ yarıtextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin