12🍓

301 78 83
                                    

Gördüyüm yuxudan oyananda cəld telefonu götürüb saata baxdım, 10:34. Nəəə? İlahi dərs!

Başımı qayıdıb yastığın altına qoydum, yatıb qalmışdım. Boş yerə qayıb yazılacaqdı indi. Püf!

Gördüyüm yuxunu yadıma salmaq istəsəmdə, bacarmadım. Özümə, yuxuma ağzıma gələni deyərək yatağımdan qalxdım.

Əynimi dəyişib, əl-üzümü yudum hamama gedərək. Dərsin ilk üçünə qatılmamışamsa, geri qalanına da qatılmayacaqdım. Eh, bir gün də kef çəkək də.

Hə, birdə bu gün mağazaya gedəcəkdim. Fərid mənə nəsə verəcəkdi guya. Əslində mənə heç lazım deyildi, ancaq ki insanda maraq deyə bir şey olduğunu və mənim də buna qarşı çıxmaq gücüm yox idi.

Qəlyanaltı etdikdən sonra rahatlıqla telefonu əlimə almışdım. Üni whatsApp qrupundan gələnləri nəzərə almayaraq ki, hamısı dərslə əlaqədar idi, telegrama girdim. İlk sıralarda qatıldığım bir neçə kanallardan/qruplardan bildirişlər var idi. Uzun bir axtarışdan sonra Çiyələkli Süd Oğrusunu (Ç. S. O) tapmışdım. Ah, əlbəttə axtarış yerindən tapa bilərdim amma nədənsə elə axtarmaq istəməmişdim.

Ç. S. O : Hara getdin? (20:59)

Ç. S. O : İnandın ciddən? (20:59)

Ç. S. O : Safsanmış baya. (20:59)

Siz: Nə deyirsən sən? Kimdi saf ? (11:12)

Təəccübləndiyim bir şəkildə tez cavab gəlmişdi. Telefon başındamı yatırsan oğlum?

Ç. S. O : Hələ şükür yazdın. (11:12)

Ç. S. O : Sənsən saf, yalanıma tezcənə inandın çünki. (11:12)

Nə yalanı?

Siz: Nə yalanı? (11:14)

Ç. S. O : *əlinibaşınavuranemoji* (11:15)

Ç. S. O : Çiyələkli südü sevgilimə almamışdım. (11:15)

Ç. S. O : Bilirsən, niyə? (11:15)

Siz: Küsülüsünüz ¿ (11:17)

Ç. S. O : shshshahshysshysshdhsudjjdjdjd (11:19)

Ç. S. O : Çünki sevgilim yoxdur. (11:19)

What?

Nə deyir a bu?

Dəlidirlər, nədilər?

Sənə gəlirəm Ya Rəbbim!

Siz: Bunda məqsədin? (11:21)

Ç. S. O : Boş ver.

Dəli kimi səbəbini öyrənmək istəyirəm!

Siz: Yaxşı. (11:23)

Mənə niyə belə bir yalan demək ehtiyacına gərək duymuşdu? Səbəbi nəydi, bilmirdim.

Ç. S. O : Marketə gələcəksən? Sənə məxsus olanı, kassir xanıma vermişəm, Cəno. (11:25)

Cəno yazdığını görəcək üzümə bir təbəssüm qondu, Cəno nə idi, adımın qısaltması? (😂)

Siz: Gələcəm, gəlməyinə də, Cəno nəydi ya shshshsh. (11:25)

Ç. S. O: İçimdən gəldi hahshshhshxhs (gözümdən qaçmadı, randomlarımı oğurlayırsan .d) (11:26)

Siz: Gəlmirəm. (11:27)

*

Saçlarımı arxadan yığmış, üzümə xəfif makyaj etmişdim. Əynimə açıq mavi rəngli cins şalvar, yenə açıq çəhrayı rəngli, çiyni açıq köynək geyinmişdim. Bu iki rəngin uyğunluğunu çox sevirdim. Ağ rəng krassovkamı geyindikdən sonra çantamıda alıb çıxdım. Hazır idim, demək olar ki.

Əgər özü də orada olsaydı, heç içəri keçmədən geri qayıtmaq fikrim var idi. Heç təhlükəyə ata bilməzdim öz gizliluyimi. O da əlil olduğumu görüb, mənimlə əlaqəsini kəssin istəmirdim, digər "dostlarım" kimi. Uzun zamandan sonra belə səmimiyyətlə danışdığım yeganə insan idi Fərid. Və mən onu itirmək istəmirdim..

Marketə daxil olmamışdan əvvəl gözlərimlə içərini yoxlamaya aldım. Görünürdə yox idi, bəlkə özü heç gəlməmişdi?

Sizə bir şey deyim? Öz güvənliyimi garanti altına almaq adına dediyi vaxtdan bir saat tez gəlmişdim. Daha bilmirdim ki özü buradadır, ya yox.

İçəridə olmadığından əmin olduqdan sonra kassadaki qızın yanına gedəcəkdim ki, orada sıra-sıra duran çiyəkli südlər məni özünə tərəf cəzb etdi. Əlil arabamı onlara tərəf sürüb, birinə əlimi attım, götürmüşdüm ki..başqa bir əl, onu götürdü.

Qurduğum cümlənin məntiqsizliyinə fikir vermədən, davam edirik.

Keçən dəfə ki kimi bir şey yenə. İndi kimdir?? Tək fərq o idi ki indi bir dənə yox, çox sayda çiyələkli süd var idi. Sadəcə sırf mənim əlimi uzatdığımı götürməsi qəribə gəlmişdi.

-Bağışlayın,- dedi yanımdaki səs. Ona əsəbləşməyəcəkdim. Başımı qaldırıb üzünə baxdım.

Amma..

Niyə özümü 'klişe' bir serial içərsində hiss edirəm, ilahi?

Bu qədəri də..

ARTIQDI!

-Eybi yoxdur,- dedim tez tələsik başqa bir çiyələkli süd götürərkən.

-Mən dostuma hədiyyə hazırlayırdım, bunu çox sevir, yadımdan çıxmışdı,- əlimdəki südə baxdı, -Siz də çox sevirsiniz?

-Mənn! Yox əşi, nə sevmək. Mənim də dostum sevir ona almışdım,- əlim şokaladlı südlərə getdi, -Mənim ki şokaladlıdı.- dedim saxta təbəssümlə. Üzr istəyirəm çiyələkli süd! Sənə xəyanət etdim..

-Lap yaxşı,- deyib gülümsədi. Öz aramızdı 32 diş göstərərkən heç də pis görünmür.

O marketdən çıxarkən mən əlimdəki iki südlə kassaya yaxınlaşdım.

-Salam, bəyaq çıxan..

Qız sözümü yarıda kəsərək, -Siz Cənnətsiniz eləmii,- kassanın altına əyildi, bir qutu çıxardı, çəhrayı rəngdə. Çiyələkli süd rəngində, - bu sizə çatacaq.

-Sağolun,- deyib əlimdəkilərin pulunu ödəyərək çıxmışdım, mağazadan. Qızın hədiyəni mənə belə tez verməsi şüphəli olsa da, mən bunu sorğulaya bilməyəcək qədər yorğun idim.

*
Salammms ♡

Qısa olduğu üçün bağışlayın ancaq unutmayaq ki, bu bir qısa hekayədir, finalımız yaxındadır.

Suallarınız falan var mı?

Bu bölümü @televiyondakiinsan adlı oxuyucuma həsr edirəm. Hesabını silib və rəylərinin mənim üçün nə qədər dəyərli olmasını bilməyini istərdim.

ÇİYƏLƏKLİ SÜD..🍓/ yarıtextingHikayelerin yaşadığı yer. Şimdi keşfedin