Qaranlığa doğru ilk addım

207 23 9
                                    




İndi hər yer qaranlıqdır.  Sağım və solum, önüm və arxam. Başımı hansı tərəfə çevirsəm eyni mənzərəni görürəm: sonsuzluğa doğru uzanan dərin qaranlıq. Düzü, açıq gözlərlə bu mənzərəni görmək artıq məni qorxutmur. Hətta bu günə qədər, kaş kor olsaydım deyirəm. Fərqli işıqlar altında şahidi olduğum mənzərələr bu zil qaranlıqdan daha tükürpərdici idi. İndi burdayam. Harda olduğumu bilmədiyim o yerdə. Tək bildiyim, heç nə görmədiyim bu yerdə daha uzun müddət yaşaya bilərəm. Bu lənətlənmiş həyatıma son qoyacaq günə qədər. Ümid edirəm ki, o gün yaxındır.

Heç nə görməməklə bərabər, indi heç nə eşitmirəm.  Rahatladıcı bir sükut var indi mənim üçün. Bu da sizə qorxuducu gələ bilər, amma bu günə qədər eşitdiyim səs-küylərin və boğucu sükutların arasındakı ən məsum səs budur, səssizlik. Bunu dərk etdiyim andan etibarən, eşitdiyim bütün səslərə nifrət ediriəm. Çünki istədiyim zaman gözümü yumub qaranlığa qovuşa bilirdim, amma hər dəfə qulaqlarımı bərk-bərk qapatdıqda dərin sükutumu qorxunc bir səs pozurdu. Bu xoşagəlməz səslərin əksəriyyəti isə, ölümün müjdəcisi olan roketlərin səsi idi.

Amma indi nə tükürpərdici görüntülər var, nə dəhşətli bomba səsləri, nə qanlı görüntülər, nə qayğısına qalmalı olduğum insanlar....İndi heç nə və heç kim yoxdur.  Mən varam.  Qaranlq, sükut və mən.....

******


Əlbəttə ki, bu nöqtəyə gəlmək elə də asan olmadı. Mənim burda olmağımın başlanğıcı lap əvvəldən qoyuldu. Bəlkə də dünyaya gəldiyim ilk gündən. Mən bütün bu olanlarda dünyaya gəldiyim ailəni,  şəraiti,  şəhəri,  zamanı, insanları günahkar tuturam. Onlarsa bütün bu olanlarda sadəcə taleyi günahkar görürdülər.

Hələ həyatımın çox qəribə nöqtələrə gələcəyini bilmədiyim vaxtlarda, yəni uşaqkən çox həyat dolu uşaq olduğumu xatırlayıram. Sadəcə xatırlayıram.  Artıq o duyğular məndən çox uzaqdadır. Çox cəhd etsəm də mənə verilən o xoşbəxt anları artıq hiss edə bilmirəm.

İnsanlar mənim həyatımı hələ mən dünyaya gəlməmişdən idarə etməyə başlamışdılar.

1970 fevral ayının yeddisi, danışılan hekayələrə görə çox soyuq bir gün olub. Hətta anam dolu yağdığını deyərdi.  Atamsa bunun sadəcə anamın şişirtməsi olduğunu deyərdi. Hansının düzgün danışdığını bilmirəm, amma çox soyuq gündə dünyaya gəldiymə əminəm. Çünki içimdə bir yerlərdə hər zaman mənimlə böyüyən bir soyuqluq vardı. Bəzi günlər bu soyuqluq o qədər dərindən özünü göstərirdi ki, içimdə buz parçası daşıdığıma əmin olurdum. Bu qəribə xüsusiyətimə görə kənddəki uşaqlar hər zaman sehrli güclərim olduğunu düşünər və mənim kimi olmağı arzu edərdilər. Lakin onlar mənim illər sonra bu buz kimi soyuqdan nələr çəkəcəyimi görsələr, belə bir arzu etmələrinə dəfələrlə peşman olardılar.

Bu soyuqluğu ciddiyətlə qarşılayan sadəcə üç nəfər var idi. Qardaşlarım Əsəd və Yaqub və ən yaxın rəfiqəm Rəna. Böyük qardaşım Yaqub dəfələrlə valideyinlərimə "Əzizənin böyük xəstəliyi var, o günün ən isti vaxtlarında da üşüyür. Mütləq həkimə getməlidir" Deyərdi.  Məndən 1 yaş kiçik olan Əsəd də hər zaman Yaqubun tərəfini tutardı. Eyni sözləri qətiyyətlə Rəna da təsdiq edərdi.  Amma mənim etirazlarımdan sonra, anam " Əgər ciddi bir şey yoxdursa , güclə yığdığımız pulu həkimlərə qurban etməyək." Deyərdi.  Mənsə hər zaman bu fikri təsdiq edər və qətiyyən bu mövzunun üzərində çox durulmasına icazə verməzdim.

Aprel ayı idi, hava o qədər gözəl idi ki, bəlkə də ilin ən gözəl günü idi. Hər tərəfdən gələn quş səsləri, tarlalar boyu uçuşan kəpənəklər, saçları səliqə ilə geriyə doğru ataraq havada süzən sərin meh nağıl səhnələrini xatırladırdı.

ƏzizəHikayelerin yaşadığı yer. Şimdi keşfedin