Fərqli baxışlar, fərqli hisslər

105 15 5
                                    




Qaranlığa doğru ilk addımımı o gün, o baxımsızlıqdan çürümüş taxta qapıdan girərək atmışdım. İndi bəzən kaş içəri girməsəydim deyirəm. Əgər bütün olacaqları bilsəm, qayğısız olan son 5-6 saatımı buna hədər etməzdim.  Rənanı çağırardım, birlikdə kəndin aşağısındakı meşəyə gedərdik. Lap uşaqlığımızdakı kimi, meşənin sonuna kimi gəzər, ən hündür ağacların ən hündür nöqtsinə çxıb bütün kəndi izləyər, evə qayıdanda isə ağacların dibində bitən çobanyastıqlarını yığıb, səhəri gün üçün tac düzəldərdik. Hətta bir az ləngidiyimiz üçün qorxudan evə tələsərək qaçar və bu qorxunu əyləncəli hala gətirərdik.

Amma mən bu gün sadəcə "kaş" deyə bilirəm. Həyatın gözlənilməz müjdələri əlinizdən çox şey ala bilirmiş. Mənsə bunu tamam dərk edəndə, əlimdə artıq məni gülümsədəcək bircə şey belə qalmamışdı.

Ayaqqabılarımı çöldə çıxardım və məsumca içəri girdim. Əlbəttə ki, köynəyimin qollarını əlimdə yumruq şəklində sıxmağı unutmamışdım.

Bu dəfə yemək otağımız tamamn fərqli idi.  Anam yemək masasına indiyə qədər heç görmədiyim təzə bir süfrə sərmişdi. Hərhalda toxunmağa qıymadığı cehizindən idi.  Otağın pərdələri də dəyişmişdi, masadakı qab-qacaq da, hətta masa başında oturan ailəmin geyimi də... Bəlkə bunlar otağa xoş görünüm qatmışdı, amma eyni zamanda süfrə başındakı səmimiyyəti və sevinci özü ilə köhnə sandıqlara qıfıllamışdı, eynən anamın köhnə süfrəsi, qab-qacağı və pərdəsi kimi.

Otağın ab-havasını qəbullandıqdan sonra gözlərim çox səmimiyətsiz və mənə nifrətlə baxan bir cüt gözlə qarşılaşdı. Ona daha diqqətlə baxdıqda əsəbdən parlayan yaşıl gözlər məni özümdən şübhələnməyə vadar edirdi. Görəsən mən həqiqətəndəmi,  bu ən pis arzularla yanıb tutuşan  baxışlara layiq idim?

Buna artıq dözə bilmədiyimi hiss edib baxışlarımı yayındırdım.  Amma nə çarə? otaqdakı nifrət dolu gözlər getdikcə artırdı. Bu dəfə də anasının yanında oturan Səmanın qıyıq amma lənət dolu baxışları mənə tuşlanmışdı.

Artıq kimi suçlayacağımı bilmirdim?  Baxışların sahiblərinimi?  Otağa girən mənimi?  yoxsa masanın qapıya doğu baxan hissəsində oturmadığı üçün ailəmimi?

Çünki onlar mənim nəyə məruz qaldığımı görmürdülər. O gündən sonra da heç görmədilər.

Nəhayət, bu dəfə gözümü  sağa tərəfə yayındıranda səmimi bir baxışla qarşılaşdım. Bu Kərim dayı idi. O mənə hər zamanki kimi dərin bir səmimiyət və mehribanlıqla baxırdı.

-"Mənim qızım! Əzizə, xoş gəldin."  Dərin sükuta yaydığı xoş sözlərdən sonra əks tərəfə oturan ailəm də arxaya doğru çevrilib varlığımı hiss etdi. Bu anda mən iki şeyin fərqinə vardım. Birincisi, ailə üzvlərim də mənə fərqli baxırdı . Bu o demək idi ki, mütləq böyük bir problem var.  İkincisi, Kərim dayının sözlərindən sonra Hülya xanımın baxışları daha da çirkinləşmişdi. Bu da o demək idi ki, bu qadın kənddən daha çox məndən nifrət edir.  Amma niyə?

Gülümsəyərək Kərim dayının səmimiyətinə qarşılıq verdim və irəliyə doğru addımladım.

-"Xoş gördük." Gülümsədim-"Siz də xoş gəlmişsiniz " bu sözləri deyəndə artıq baxışlarım Hülya xanımla rastlaşdığı üçün gülümsəmirdim və səsim titrəməyə başlamışdı. Görəsən nəyi səhv edirdim ki, bu qadın mənə əzəli və əbədi düşməni kimi baxırdı?

-"Əzizə, qızım gəl qardaşının yanına otur , yemək ye.." Atamın sözlərindən sonra indi süfrə düzəninə daha yaxşı fikir verirdim. Kərim dayı və ailəsi solda sırayla oturmuşdu, eyni sıraya uyğun olaraq anam, atam və Yaqub da sağdan oturmuşdular. Səma eyni nifrəti Yaquba da göstərirdi: O ətrafa elə narazı baxışlar yayırdı ki, başqa vaxt sakitləşdirə bilmədiyimiz Yaqub indi başını aşağı dikmiş, süfrənin naxışlarını sayırdı.

ƏzizəHikayelerin yaşadığı yer. Şimdi keşfedin