Rənglər solur

23 3 0
                                    

O gün dərsdən çıxan kimi, Rəna gilə getdim. Hətta getdim deməzdim, Rəna gilə qaçdım. Düşündüm ki,  bir az söhbət edərik sonra birlikdə əsər təhlili hazırlayarıq. Mənə xəbər vermədən dərsə gəlmədiyi üçün, xəstə  olduğunu düşünürdüm. Bu səbəbdən yol üstü evə gedib onun üçün bir az meyvə   götürdüm. Əlbəttə ki, onların evində meyvə vardı. Amma biz düşünürdük ki, dost meyvəsi insanı daha tez sağaldır.  Əlimdə meyvə səbəti tələsərək addımalayarkən havanın qaraldığının fərqinə vardım. Günəşin batması ilə Səmanın bütün rəngi dəyişirdi. Axı səma necədə gözəl idi. Uçuşan quşlar, təbiətin ən gözəl rənglərini özündə birləşdirən səma və əsən sərin külək kəndimizə başqa bir ab-hava qatırdın. Kəndimizə günün bu saatlarında gəlsəniz, deməzdiniz ki bu, bizim köhnə "Aşırımlı" kəndidir. Bu saatlar daha çox mənə dünyada var olmayan nağıllar aləmini xatırladırdı. İllər keçsədə, bu mənzərədə yeriyərkən elə hiss edirdim ki, mən həqiqətən də bu dünyada hər şeyi bacararam. Doğurdan da bir görüntü insanın əhval-ruhiyəsini bu qədər dəyişə bilərdi?

Mənzərəni diqqətlə izləyərkən, gözüm paslanmış yarısı  boz, yarısı qara qapıya qapıya sataşdı. Bu o demək idi ki, mən artıq Rəna gilin qapısındayam. Əslində kənddə demək olar bütün qapılar paslanmışdı. Bu qapını xüsusi edən isə, yarısnın boz digər yarısnın isə qara olması idi. Həmişə Rənanın anası Səriyyə xala zarafatla deyərdi ki " bu yeni modeldir, kənddə ancaq bizdə var."

Həmişə açıq olan qapı indi bağlı idi. Bu isə çox qəribəydi. Çünki kənddə heç vaxt qapılar bağlanmazdı. Hər kəs bir-birinin evinə rahatlıqla gedib-gələrdi. Elə evlər vardı ki qəftənini çöl tərəfdən də açmaq olurdu. Nə bir oğurluq hadisəsi olardı, nə cinayət. Kərim dayı deyirdi ki, kəndi ən çox bu səmimiyyətinə görə sevir. Bəs yaxşı Rəna gil harda idi? Bəlkə şəhərə getmişdilər? Bütün ailə? yaxşı, bütün ailə getmişdilər, bəs niyə bu vaxt? bu vaxt heç bazar da açıq olmazdı.

Qapını dəfələrlə bərk vurduqdan sonra, taleyimi qəbullanıb, meyvə səbətimi götürüb məyus bir halda evə qayıtdım. Yolda qabağıma çıxan hər kəsdən souşduğum yetmirmiş kimi, evdəkilərdən də dəfələrlə Rənanı soruşmuşdum. O qədər soruşmuşdum ki, anam da narahat olub onlardan xəbər almağa çalışırdı.

O gün ən yaxın rəfiqəm Rənanı düşünməkdən başqa heç nə etmədim, nə yemək yedim, nə kitab oxudum, nə kitab təhlili etdim. Yerimə uzanıb düşüncələr içində yuxuya daldım. O səhər  Rəna mənimlə dərsə gəlmədi. "Axı harda idi bu qız? Bəlkə başına nəsə gəlmişdi? Bəlkə gecəilə kəndi tərk etmişdilər? Məndən xəbərsiz?  Bəlkə artıq mənimlə danışmaq istəmirdi? Axı mən neynəmişdim?.." Off bu düşüncələr çox pis şeydir. Heç vaxt bitmir. Sabaha qədər bir çox variant düşünə bilərəm. Düşünmək pis bir şey deyil, amma bu qədər çox düşünərkən, düşüncələrinin bir kənarında bu variantların doğru olmayacağı, hisslərinin səni yanıldacağı fikri isə lap aləmi qatır bir-birinə.  Sonra çarəsizlikdən düşüncələrin və hisslərinin dava edərkən səni incitməklərinə icazə verməli olursan.

Sinifə daxil olanda, hələ də hiss və düşüncələrimin arasında qanlı müharibə gedirdi. O qədər güclü idi ki, Rənanın gəldiyini ancaq onun yanına oturub kitabımı çıxaranda tam dərk etdim. O isə mən daxil olduğum andan bəri gözucu mənə baxırdı. Fərqinə vardığım anda onu qucaqladım. O qədər bərk qucaqladım ki, deyəsən qız nəfəssiz qalmışdı. 

-"Sən harada idin?!" bir daha qucaqladım. Rənadan bir gün ayrı qalsam bu qədər darıxacağımı bilməzdim. Söhbət ayrı qalmaqdan getmirdi əslində, nədə günlərin sayından, söhbət narahat olmaqdan gedirdi. Hə bu bir gündə onun üçün çox narahat olmuşdum. Bir də gülümsəyərək-"Axı sən hardasan?" dedim.

ƏzizəHikayelerin yaşadığı yer. Şimdi keşfedin