-"Hər halda onlar bunu zarafat üçün deyirlər." "Hə.. hə başqa nə səbəbi ola bilər ki?" "Axı mənim ailəm belə şeylər haqda heç danışmazdı" "Axı mənim nə yaşım var ki?" "Hə yüz faiz bunların hamsı boş söhbətlərdir" Mən artıq otağımda güzgüdəki əksimə baxaraq özümü sakitləşdirməyə başlamşdım. Hər kəs belə anlarda ən yaxını ilə danışmağa ehtiyac duyur. Mən indi Rənanı hardan tapa bilərdim axı? Elə buna görə özümə ən yaxını özümü bilib, güzgü ilə dərdləşirdim. Bu vaxt, anamın otağa gəlməsi ilə qapıya tərəf döndüm:
-"Sən ki, gəlmisən.." onun əlində bəyaz bir qutu var idi. Qutunu yatağımın üstünə qoydu. "Mən də deyirəm bu qız harda qaldı?.. Bəs niyə xəbər etmirsən?" sözümü tamamlamağıma icazə vermədən söhbətinə davam edirdi. " Yaqub gil neynirdilər? Yeməyi bəyəndilər?" Yenə ağzımı açmağa imkan vermədən "Bax, Kərim dayın sənə nə gətirib" qutunu mənə doğru uzatdı.
Anam ümumiyyətlə mənim üzümə belə baxmırdı. Sanki indi bütün etdikləri onun sadəcə vəzifəsi idi, bunu icra etdikdən sonra digər işlərinə qayıdacaqdı. Onun üçün, mənim üzümdəki narahat ifadənin heç bir önəmi yox idi. O qədər başı başqa düşüncələrlə məşğul idi ki, bunun fərqində belə deyildi."
-"Bu nədir?" həvəssiz şəkildə qutuya yönəldim. Bu qutu mənə yad deyildi. Kərim dayı hər zaman getdiyi fərqli ölkələrdən belə qutularda mənə hədiyyələr gətirərdi. Qutunu yavaşca araladım. İçindəki parçanı dartıb çıxarmağa çalışdım. Elə bu vaxt anam qutunu əlimdən aldı.
-"Aaa bu nə ehtiyyatsızlıqdı? Həyata küsmüsən qızım? ya çox işləyib yorulmusan? səbrlə niyə açmırsan? Bəlkə elə bir şeydir ki zədələnəcək!?" həm narahat, həm əsəbi şəkildə danışırdı.
Qutunun kənarından ehtiyyatla açmağa başladı, qutudan sarı rəngdə uzun bir ətək çıxdı. Parçasından bəlli idi ki, bu keyfiyyətli materialdır.
-" Bunlar indi çox dəbdədir." özümdən asılı olmayaraq həvəslə ətəyə yönəldim. Üstümdə tutaraq güzgüdə özümə baxdım. Ətəyin duruşu məni məst etmişdi ki, güzgüdə özümlə göz-gözə gəldim. Tez onu yatağın üstünə atdım.
-"Elə də bəyənmədim"
-"Bəs dedin dəbdədir."
-"Hə, amma böyük qızlar geyinir belə."
-"Sən çox balacasan?"
-"Hə, hələ heç 12 yaşım olmayıb."
-"Yaxşı get, Kərim dayına hədiyyə üçün təşəkkür et." Anam yenə son cümləmi eşitməmiş kimi edirdi.
-"Bu gün özümü yaxşı hiss etmirəm, ana. Mən indi yatmaq istəyirəm." Niyəsə Kərim dayını görmək onunla qarşılaşmaq və söhbətləşmək istəmirdim. Sanki onun gözümdəki səmimi obrazı bir anda yox olmuşdu. O indi mənə qorxulu gəlirdi. Bəlkə də, yaşımdan qaynaqlanırdı, ona qarşı olan münasibətimin belə tez dəyişməyi. Hər nə idisə, mən o günnən sonra Kərim dayı və ailəsindən ancaq qaçmağa başlamışdım.
Amma necə deyərlər, insan taleyindən qaça bilmirmiş. Nə qədər uzağa qaçsan da, əgər bir şey olacaqsa o səni tapırmış. Ən azından anam belə düşünürdü və zaman məni ona haq verməyə vadar edirdi. Elə çox keçmədi mənim bu qaçışlarımdan ki, qapıda Raul və Kərim dayıyla qarşılaşdım.
-"Əzizə necəsən qızım? Hədiyyəni bəyəndin?"
-"Hə çox gözəldir, çox sağ olun" zorla gülümsəməyə çalışdım. Onun gözləri həmişəki kimi gülürdü, amma mən əvvəlki səmimiyyətimlə danışmırdım indi. Ondan qorxurdum, artıq gözümdə hər şeyi qarşılıq üçün edən birinə çevrilmişdi. Təmənnasız yaxşılıqlarından heç bir iz qalmamışdı
-" Mən istədim ki, çəhrayı rəngi seçim, amma Raul dedi ki, sarı sənə daha çox yaraşacaq."
-"Hə.. lap yaxşı, çox sağ olun" deyib tez addımlarla qonaq otağına ordan da otağıma qaçdım. Qutunu yatağın üstündə görüb, lap əsəbləşdim. Əlimdə olsa onu elə ordaca yandırardım. Amma onu sürətli bir şəkildə yerə atmaqla kifayətlənə bildim.
Artıq gecələr başımı yastığa qoyan kimi yuxuya dala bilmirdim. Düşüncələr məni o qədər boğurdu ki, saatların su kimi axdığının fərqində belə deyildim. Problemim də elə bu idi. Çox düşünməkdən əlavə çox dərin düşünürdüm. Nəyinki ola biləcək, hətta mümkünsüz ssenariləri belə ən incə detallarına qədər düşünürdüm. İki gün əvvələ qədər işıq kimi aydın olan gələcəyimə indi bullanıq bir pərdə çökmüşdü. Mən belə bilmirdim ki, bundan sonra mənim həyatım necə olacaq. İnsanlardan qorxmağa başlamışdım, ən yaxınlarımdan belə. Artıq valideyinlərimin xoş sözləri belə qəlbimi isidə bilmirdi. Sanki bütün dünya məndən xəbərsiz, fikrimi soruşmadan məni istəmədiyim həyata itələyirdi. Bunu hər keçən gün daha yaxşı hiss edirdim. Bəzən bir baxışda, bəzənsə yersiz gələn sükutlarda. Bir yandan qorxu, bir digər yandan isə qəribə bir həyəcanla valideyinlərimin mənlə bu mövzunu danışacaqları günü gözləyirdim. Hər dəfə güzgünün qabağında onlarla necə mübarizə aparacağımı məşq edirdim. Tez bir zamanda Rənayla görüşüb, danışmaq istəyirdim. O bizə artıq gec gəlirdi. Hətta heç gəlmirdi. Mənsə bunu necə deyəcəyimi bilmədiyimdən cəsarətimi toplayıb gedə bilmirdim. Amma valideyinlərimlə danışmnazdan əvvəl mütləq ən yaxın dostumla məsləhətləşməli idim. Bilirdim ki, onunla söhbət mənə yaxşı təsir edəcək. Əgər valideynlərimin fikrimi soruşmaq planı var idisə...
ŞİMDİ OKUDUĞUN
Əzizə
General FictionHələ həyatımın çox qəribə nöqtələrə gələcəyini bilmədiyim vaxtlarda, yəni uşaqkən çox həyat dolu uşaq olduğumu xatırlayıram.Sadəcə xatırlayıram. Artıq o duyğular məndən çox uzaqdadır. Çox cəhd etsəm də mənə verilən o xoşbəxt anları artıq hiss edə bi...