Bölüm 6

24 5 4
                                    


Günlərin birində yenə Kərim dayı bizə gəlmişdi. Hətta kənddə tək dəyişməyən şey, Kərim dayının bizə gəlməyi idi. Bizimlə birlikdə oturar, yeyər, içər, söhbətləşib bulaq suyunu da götürüb gedərdi. 

Həmin gün Əsədlə, Yaqub tarlada çox yorulduqları üçün, anam tapşırmışdı ki, onlara çay və bir az atışdırmalıq aparım. Anamın"Bir az atışdırmalıq" anlayışı bizmkindən fərqli idi, səbət o qədər ağır idi ki, elə bil, Əsədlə Yaqub bir həftə tarlada ac sususz qalacaqdılar.  Bir təhər səbəti sürüyüb onların işlədiyi sahəyə çatdırmışdım. Son addımda fərqinə vardım ki, belimi hiss etmirəm.  Uzaqdan mavi traktoru gördüm. Bu qardaşlarım idi. Yaqub traktoru yanıma qədər sürdü və tez aşağı düşüb, əlimdəki səbəti götürdü.

-"Zalımın qızı, görürsənki biz gəlirik uzaqdan, qoy bu səbəti yerə. İndi bütün günü belin ağrıyacaq."

-"Zalımın oğlu" bir-birimizə belə xitab etməyi adət etmişdik, " sən özünə bax! yemək görən kimi, uşaq yadından çıxdı qaldı traktorun içində." Əsədə əl edib gülümsədim.

-"Deyirəm sənə yaxşılıq yaramır da." əli ilə çiynimdən tutub məni özünə doğru çəkib başımı ovmağa başladı.

-"Mən uşaq deyiləm. Hətta artıq traktoruda sürə bilirəm." Əsəd başını traktordan çıxarıb dedi.

-" Bacına yaxşılıq yaramır da. Səbətinə kömək edirik vay, işləyirik vay" Yaqub hələdə deyinirdi.

Qolumu təzə-təzə hiss etməyə başlamışdım ki, dönüb tarlaya baxdım. tərəvəzlərin arasında fərqli-fərqli traktorlar var idi. Hər birində iş gedirdi. Adətən kişilər traktoru sürür, qadınlar isə tərəvəz yığımına kömək edirdi. Burda hər yaş kateqoryasından insan tapa bilərdiniz. Yeddi yaşlı balaca uşaq da, otuz beş yaşlı ailəli qadın və kişilər də, ahıl yaşına çatmışları da. Hə bu cəhətdən deyərdim ki, kəndimizin camaatı yaman işgüzardır. Bəzilərinin heç pula ehtiyacı olmasa da gəlib burda işləyir. Onlar dünyaya gözlərini açdıqları ilk gündən əməklə tanışdırlar. Bu səbəbdəndən, işləmək onlar üçün, necə deyərlər hobbidir. Çox nadir hallarda görərsiniz ki, kimsə işindən şikayətlənir.  Bu ancaq o halda baş verər ki, ya kimsə həqiqətən də belə işləri sevmir, ya da gün başına çox vurduğundan huşunu itirib.  Bu isə yalnız işə yeni başladığın zamanlarda baş verir. Zaman keçdikcə hansı ayda, günün hansı saatının, nəyinki saatının dəqiqəsinin belə sənə necə  təsir edəcəyini bilib hazırlıqlı gəlirsən. Hətta mən belə, burda işləməməyimə baxmayaraq, bütün bunlardan xəbərdaram.

-"Yaxşı de görək anam bizə nə göndərib?"

-"Nə göndərməyib ki? Bir həftəlik tədarük."

-"Onda gəl sən də qonaq ol."

-"Yox, Kərim dayı gəlib. Yəqin qab yumaqda anama lazım olacam." deyib qardaşlarımla sağollaşdım. Elə bu vaxt tanış bir səs məni səslədi.

Arxaya dönüb baxdım ki, sinif yoldaşım Seymurdur.  O əlləri qoları palçıq içində, yarısı cırıq köhnə paltarda mənə doğru gəlirdi. Bilinirdi ki, o bu gün səhərdən axşama qədər tarlada işləyib. Mənə qəribə gələnsə onun tarlada işlədiyini bilməməyim idi. Bəzən elə olurdu ki axşamları qohum-qonşu bizə yığılıb söhbət edərdi. Çox vaxt söhbətləri elə tarlada baş verənlər haqda olardı. Amma xatırlamıram ki, nə vaxtsa Seymurun adı keçsin. Seymur qardaşlarımla salamlaşdıqdan sonra yanıma gəldi.

-"Düzü səni gözləmirdim"

-"Düzü mən də məni belə gözləmirdim" gülümsədi "atam dedi ki, gəlim tarlayla tanış olum. Gələcəkdə çox yolum düşəcəkmiş."

ƏzizəHikayelerin yaşadığı yer. Şimdi keşfedin