İnsan öldüyü zaman,ən sevdiyi insanın onu unutma müddəti 18 ay imiş
Yəni,18 ay sonra insan o yoxluğa alışar və o,sizi şirin bir xatirə olaraq yad edərmiş.
Yaxşı bir iş,geniş bir ev,bahalı bir maşın,qocalanda təqaüdə çıxmaq xəyalları qurursan,
"bunu da edim rahatlayacam"
deyirsən və birdə baxırsan ki,həyatın sonundasan.
Amma bizim yaradılış səbəbimiz ev,maşın,bağ-bağça deyil ki,
Heç bir dəyəri olmadan,bir iz qoymadan yaşadığımız həyat 80 il deyil 800 il olsa da nə xeyri var ki?Şəhriyar demişkən:Çalış adın gələndə rəhmət oxunsun sənə.Dünyada səndən qalan axırda bir ad olur.
18 ayda unutulduqdan sonra yazıq olar yaşadığımız ömrümüzə...
Çox ucuza gedirik....