Külək gəldi səni məndən əsib almağa çalışdı, bacarmadı, yalnızca ətrafımdakı xəzanları tərpətdi...
Tufan gəldi kükrədi, yenə heçnə bacarmadı, ətrafımdakı toz-torpağı, zir-zibili bir yerə yığıb təmizlədi...Sonra yağış gəldi, sənə olan sevgimi yuya bilmədi... Amma, ətrafdakı toz-torpağı yatıra bildi, sevgimizə nəfəs verdi...
Sonda qar gəldi, sevgimizi dondurmağa çalışıb, üzərini ağ kəfənlə örtmək istədi.
Ancaq, bacarmadı...
Soyuqluğu ilə qəlbimi bir anlıq dondura bildi, amma sənə olan sevgimin hərarətini görüb özü buxarlandı...Və nəhayət səssizcə, asta-asta xəyanət, güvənsizlik gəldi...
Heç ruhumu incitmədən, təbiətin bacarmadığını onlar bacardı və səni məndən alıb uzaqlara apardı...
Qoşqar İsmayılzadə