Bu gün vəd olunmuşdu ki, hava yağmursuz keçəcək.....
Qəribədir,biz görmədiyimiz hər şeyə inanmağa adət etmişik.Nu inama görə isə ən böyük hədiyyəmiz-görə bilmədiyimizi görmək xoşnəxtliyi ola bilər.Nə yazıq ki,bu hədiyyədən məhrumuq...
Və bir də...Insanlar əksər vaxtlarda isbata ehtiyacı olmayan həqiqətdən çox özlərinə sərf edən qeyri-müəyyənliyə inanırlar.
Axı kim bilmir ki, sevmək-insanın özünü aldatmasından başlayır,başqasını aldatmasında bitir?
Qadın ona görə aldadır ki,hiss etmədiklərini göstərsin.
Və ən nəhayət..sevgini yalan qədər möhkəmləndirən və həqiqət qədər dağıdan ikinci bi şey yoxmuş,əslində.
Bu gün vəd olunmuşdu ki,hava yağmursuz keçəcək.
Ancaq bütün günü yağış yağdı.......Sevgi və hava məlumatında heç vaxt yalan olmur.
Sadəcə səhv olur...
Varis-in "Sənə inanıram" romanından...
.....