gerçəkləşən diləyim

2.3K 227 14
                                    

Günün irəliləyən saatlarında Həvva fərqinə vardı ki, eyni anda içində o qədər hiss eyni anda mövcuddur ki, o , artıq heçnə hiss edə bilmir. İndi o, Rəhimgilin evində oturub sadəcə gözləyirdi. Mağardan gələn çalğı və insanların sevinc səsləri Həvvanın olduğu otaqda uğultu kimi əks səda verirdi. Saatlar bir birini qovaladıqca, günəş kənddən biran əvvəl getməyə tələsdikcə Həvva gözlərini bir nöqtəyə zilləyib bundan sonraki həyatında nələr olacağını təxmin etməyə çalışırdı.. Amma gəl gör ki, həyat, xəyallarla saziş bağlayacaq qədər açıqürəkli deyildi..
Artıq ulduzlar görünməyə başlayıb..Gecədən keçib, çox insan artıq yuxudadır..Kənddə arabir hürən itin və gecə böcəklərinin səsindən başqa heçnə eşidilmir.. Hə, bir də Həvvanın ürək döyüntülərindən başqa..

- Həvva, mənə inanırsan?
- Ə..Əlbəttə ki..
- İnanırsan ki, sənə zərrə zərər gəlsə mənim ürəyim dağlanar? inanırsan ki, sənin xoşbəxtliyin hər zaman öz xoşbəxtliyimdən öncə gələcək? İnanırsan ki, sən qocalıb deyingən bir qarı olanda da səni indiki kimi çox sevəcəyəm? Uçaqlarımız gecə yatmağa macal verməyəndə onların nazını səninlə birgə çəkəcəyəm.. Xəstə olanda qayğına qalacaq, pis günündə başqasından mədət ummağına əsla şərait yaratmayacağam. Hansı tərəfə çönsən mən qollarımı açıb səni gözləyəcəyəm..
Həvva gözündən axan yaşı cəld silib gülümsəyərək əlini Rəhimin yanağında gəzdirdi. Barmaqlarını saçlarına toxundurub astaca boynuna qədər sürüşdürdü. Heçnə demədən saçındaki örpəyi açıb yatağın qırağına qoydu. Ayağa qalxıb əlini Rəhimə uzadaraq gözlədi..
Günəş dağların arxasından tərəddütlə, asta asta çıxarkən, pəncərədən otağa süzülən şəffaf işıq bir birinə zilləyən iki cüt gözün parlaqlığını ortaya çıxardı.. Rəhim qollarına sığınan Həvvanın qar dənəsi kimi təmiz simasının hər nöqtəsini yenidən süzüb gözlərini yumaraq gülümsədi.. Həmin anlarda o, göz qapaqlarının altında canlandırdığı gələcək körpəsinin Həvvaya bənzəyərsə necə heyrətamiz olacağını düşünürdü..

Gözünü qırpWhere stories live. Discover now