Ümid..

3.4K 372 161
                                    

Ağrılı keçən iki ildən sonra Rəhim evə gəldiyi günlərin birində Həvvanın üzündə sezilən zərif bir gülümsəmə gördü.. Ümid ən sonda ölürdü və həyat bəzən həddən ziyadə simic olsa da nadir hallarda ürəyi açıq tərəfinə tuş gələ bilirdin.. Həvva Rəhimin üzünə baxıb əlini qarnının üzərinə tutdu..Yeni bir şans günəşi daha doğacaqdı.. Keçən iki il ərzində Rəhim Həvvanın bütün sözlərinə, özünü günahlandırıb saçlarını yolmasına, yeməkdən içməkdən kəsilməsinə ağır da olsa sinə gərmiş, bir an belə olsun qəlbini sındıracaq bir söz deməmişdi. Gecələr boyunca onunla bərabər yuxusuz qalmış, bəzən uşaq kimi əli ilə bəsləmişdi. Məhəmmədin qanad açıb uçduğu il , Rəhimin həyatında ikinci zərbə daha yaşandı.. Balaca fidandan sonra qoca çinarın da kökü qurumuş, budaqları yavan qalmışdı. Rəhim atasının son nəfəsini eşidə bilmədi. Məhəmmədin vəfatından cəmi iki həftə sonra Rüstəm dayı da haqqın rəhmətinə qovuşmuşdu. Anası elə hey ağladı, Rüstəm kişinin sona qədər nə qədər mübarizə aparıb heç nəyi bildirməməyə çalışmasını amma sonunda qəlbindəki həsrətə məğlub olub "Rəhim hələ də gəlməyib?" deyə soruşmasını dönə dönə danışdı.. Rəhim araları nə qədər pis olur olsun atasından heç zaman imtina etməmişdi. Ən çətin zamanlarında çiynində onun əlini hiss edib güc tapmışdı, amma gəl ki, həyat gecikənləri həqiqətən bağışlamırdı.. Rəhim atalıq duyğusunu yarımçıq da olsa daddığı üçün qəlbinin dərinliklərində inanırdı ki, atası onu bağışlayıb, ölümünə çata bilməsə də bu dünyadan küsülü getməyib.. Ceyran xala əvvəl razılaşmasa da Rəhimin Həvvanın mənəvi köməyə ehtiyacı olduğunu deməsindən sonra Bakıya gəlmək üçün razılaşdı. Həqiqətən də belə oldu, Həvva Ceyran xalanın mənəvi dəstəyindən, doğma anası kimi isidən qucağından güc aldı.. Yavaş yavaş, çətin də olsa ayağa qalxa bildi.. Əvvəlcə göz yaşları get gedə azaldı, sonra saralmış üzünə qan gəldi.. Rəhimlə danışmağa, yenidən ünsiyyət qurmağa başladı, bu dəfə də həyata şans tanımağı seçdi.. İkinci oğulları olduqdan sonra onları heç də həmişə xoş günlər izləmədi. Bəzən elə oldu ki, günlərlə adicə çörəyi şirin suya batırıb yedilər, bəzən də elə oldu ki, soyuducuda boş yer qalmadı..Enişli çıxışlı, sevincli kədərli beş il daha keçdikdən sonra bir qızları daha oldu. Rəhim işlərini qaydasına saldı, Tərlan dayı rəhmətə gedənə yaxın bütün mal varlığını Rəhimlə Həvvanın adına keçirdi.. Heç ağlına gəlməyəcəkkən ona belə gözəl bir həyat bəxş etdikləri üçün ikisinə də minnətdarlığını bildirdi.. Övladlarını oxutdular, əllərindən gələ bildiyincə yaxşı geyindirib, gücləri çatan ən yaxşı həyatı yaşatmağa çalışdılar. Oğulları universitet bitirdi, iş, ev sahibi oldu.. Bir gün belə olsa bir birlərini sevdikləri ,inandıqları üçün peşmanlıq duymadılar.. Qızları? O da yaxşıdır, sizi də çox sevir, çünki hal hazırda onun yazdığı hekayəni oxuyursunuz.. :)

You've reached the end of published parts.

⏰ Last updated: May 30, 2015 ⏰

Add this story to your Library to get notified about new parts!

Gözünü qırpWhere stories live. Discover now